Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İslam Oyunları – Məkkədən Bakıya - ARAŞDIRMA
Tarix: 12.05.2017 | Saat: 11:55:00
Bölmə:Araşdırma | çapa göndər

Bu gün Bakıda sayca dördüncü olan İslam Həmrəyliyi Oyunlarına start verildi. Mayın 22-də başa çatacaq bu beynəlxalq tədbirdə 54 müsəlman ölkəsindən ümumilikdə 3 min idmançı 21 idman növü üzrə güc və bacarıqlarını sınanayacaq.

Yollar Azərbaycanadır...

Məlumat üçün bildirim ki, bu yarışların ölkəmizdə keçirilməsi heç də təsadüfi deyil. 2014-cü il iyulun 24-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyası (İSSF) Ali Şurasının 8-ci iclasında indiki oyunların aqibəti həll olunub. Belə ki, həmin iclasdan sonra Azərbaycan Milli Olimpiya Komitəsinin sədr müavini Çüngiz Hüseynzadə, Bakı 2017 Təşkilat Komitəsinin rəsmisi Könül Nurullayeva və İslam Həmrəyliyi Oyunları işçi qrupunun üzvü Mehman Kərimov Bakının tanıtımını həyata keçirib. Hər şeyin qaydasında olduğunu görən federasiya səsverməyə başlayıb və oyunların Bakıda keçirilməsinə qərar verilib.

Yuxarıda qeyd etdiyim kimi, idman yarışları 21 istiqamətdə keçiriləcək. Bunlar suya tullanma, sutopu, üzmə, atıcılıq, atletizm, basketbol, boks, futbol, güləş, halter, həndbol, gimnastika, bədii gimnastika, ritmik gimnastika, cüdo, karate, stolüstü tennis, taekvando, tennis, voleybol, vuşudur.

3 ölkə qatılmır

Bakı oyunlarında İSSF-ə üzv 57 ölkədən, bayaq qeyd etdiyim kimi, 54-ü iştirak edir. Bəs digər üç ölkə niyə idman yarışlarından kənarda qalıb? Bunların tutarlı səbəbləri var. Liviyada daxili siyasi-hərbi vəziyyətin kəskin olması idmançıların İslam Həmrəyliyi Oyunlarında iştiraka hazırlaşmasına imkan verməyib. Digər iştirak etməyən ölkə - Sudan isə maliyyə çətinliklərini əsas gətirir. Küveytin Bakıya idmançı göndərməməsinin səbəbi isə Kuveyt Olimpiya Komitəsinin cəzalı olmasıdır. Düzdür, sonradan Kuveyt idmançılarının "Müstəqil İSSF idmançıları" adı altında yarışlara qatılması gündəmə gətirilib, amma nədənsə bu da mümkün olmayıb.

İştirakçı ölkələr aşağıdakılardır: Əfqanıstan, Albaniya, Azərbaycan, Bəhreyn, Banqladeş, Benin, Birləşmiş Ərəb Əmirlikləri, Bruney, Burkina Faso, Əlcəzair, Cibuti, Çad, İndoneziya, Mərakeş, Fələstin, Qabon, Qambiya, Qvineya, Qvineya Bisau, Qayana, İran, İraq, Kot Dviuar, Kamerun, Qətər, Qazaxıstan, Qırğızıstan, Komor, Livan, Maldiv, Malayziya, Mali, Misir, Mavritaniya, Mozambik, Niger, Nigeriya, Özbəkistan, Pakistan, Seneqal, Syerra Leone, Somali, Surinam, Suriya, Səudiyyə Ərəbistanı, Tacikistan, Toqo, Tunis, Türkiyə, Türkmənistan, Uqanda, Oman, İordaniya və Yəmən.

İslam Həmrəyliyi Oyunları İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin iştirakı ilə dörd ildənbir keçirilən beynəlxalq idman təşkilatçılığıdır. İslam Həmrəylik Oyunları Federasiyası – İSSF isə Hərəylik oyunlarının keçirilməsinə cavabdeh təşkilatdır.

Məkkədə başlayan ənənə

İlk başdan dedim ki, bakıda keçirilən oyunlar sayca dördüncüsüdür. Elə isə hər kəsdə maraq yaranır: görəsən bunadək gerçəkləşən üç oyun harada və necə keçib. Bu marağa su səpmək üçün əvvəlki oyunlar barədə məlumat verirəm:

I İslam Həmrəlik Oyunları 2005-ci ildə Səudiyyə Ərəbistanında – müqəddəs Məkkə Şəhərində keçirilib. İslam dünyasının 55 dövlətindən 6 min idmançının qatıldığı həmin oyunlara aprel ayının 8-də kral Əbdüəziz stadionunda Əbdülməcid bin Əbdüləzizin açılış nitqi ilə start verilib, 20-də təntənəli bağlanış mərasimi ilə başa çatıb.

Məkkə oyunlarında iştirak edən ölkələr: Əfqanıstan, Qırğızıstan, Bəhreyn, Banqladeş, Qazaxıstan, Bruney, İndoneziya, Malayziya, Maldiv, Pakistan, Tacikistan, Türkmənistan, Özbəkistan, Qayana, Surinam, Azərbaycan, Əlcəzair, Kamerun, Qana, Nigeriya, Somali, Tunis, Çad, Benin, Qabon, Qvineya Bisau, Mali, Mozambik, Seneqal, Komor, Qambiya, Kot Dviuar, Mavrutaniya, Niger, Syerra leone, Toqo, Burkina Faso, Mərakeş, Sudan, Uqanda, Misir, İran, İordaniya, Livan, İraq, Küveyt, Liviya, Oman, Fələstin, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən, Suriya, Türkiyə və Albaniya.

Bu oyunlarda qazanılan medalların sayına görə ilk onluqda Azərbaycanın da adı olub. Onluğa daxil olan ölkələr bunlardır: Səudiyyə Ərəbistanı – 24 qızıl, 17 gümüş və 19 bürünc – toplam 60 medal; Misir – 14 qızıl, 15 gümüş və 13 bürünc – toplam 42 medal; Qazaxıstan – 13 qızıl, 8 gümüş və 6 bürünc – toplam 27 medal; İran – 10 qızıl, 9 gümüş və 11 bürünc – toplam 30 medal; İraq – 9 qızıl, 9 gümüş və 7 bürünc – toplam 25 medal; Mərakeş – 8 qızıl, 6 gümüş və 4 bürünc – toplam 18 medal; Malayziya – 5 qızıl, 5 gümüş və 6 bürünc – toplam 16 medal; Azərbaycan – 4 qızıl, 4 gümüş və 7 bürünc - toplam 15 medal; Əlcəzair – 3 qızıl, 10 gümüş və 13 bürünc – toplam 26 medal, Suriya 3 qızıl, 2 gümüş və 5 bürünc - toplam 10 medal...

Göründüyü kimi, Azərbaycan bu oyunlarda medallarının sayına görə ümumi cədvəldə 8-ci pillədə qərar tutub.

Siyasi anlaşmazlıq

II İslam Həmrəyliyi Oyunlarının nədənsə üzü gülmədi və çir çoxları burada siyasətin idmanı üstələdiyi qənaətindədir. Çünki 2009-ci ilin oktyabr ayında İranda keçirilməli olan bu beynəlxalq oyunlar, Tehranla hansısa anlaşılmazlıq yaşandığından, təxirə salındı. Qərara gəldilər ki, oyunun tarixi 2010-cu ilin aprel ayına keçirilsin. Amma sonradan İranda keçiriləcək idman yarışları, ümumyyətlə, ləğv edilib.

Sumatrada coşan izdiham

Növbəti – III İslam Həmrəyliyi Oyunlarına 2013-cü il sentyabrın 22-də İndoneziyada - Sumatranın Palembang şəhərində start verilib. Cakabaring stadionunda keçirilən və 41 müsəlman ölkəsinin iştirak etdiyi oyunların açılışını İndoneziyanın sayca altıncı dövlət başçısı Susilo Bambang Yudhoyono edib. 10 gün davam edən oyunlar oktyabrın 1-də başa çatıb.

Yarışlarda iştirak edən 41 dövlət bunlardır: Əlcəzair, Azərbaycan, Bəhreyn, Banqladeş, Bruney, Burkina Faso, Kamerun, Çad, Komor, Misir, Qambiya, Qana, Qayana, İndoneziya, İran, İraq, İordaniya, Küveyt, Livan, Liviya, Malayziya, Maldiv, Mali, Mərakeş, Oman, Pakistan, Fələstin, Qətər, Səudiyyə Ərəbistanı, Seneqal, Syerra Leone, Somali, Sudan, Suriya, Toqo, Tunis, Türkiyə, Türkmənistan, Uqanda, Birləşmiş Ərəb Əmirlikləri və Yəmən.

Çox maraqlıdır ki, əvvəlki oyunlarda olduğu kimi, bu dəfə də Azərbaycan öz idmançılarının bacarığı sayəsində 41 ölkə arasında 8-ci pillədə yerini qoruyub.

İndi də gəlin medalların sayına görə ilk onluqda adı keçən ölkələrlə tanış olaq: İndoneziya – 36 qızıl, 34 gümüş və 34 bürünc – toplam 104 medal; İran – 30 qızıl, 17 gümüş və 12 bürünc – toplam 59 medal; Misir – 26 qızıl, 31 gümüş və 29 bürünc – toplam 86 medal; Malayziya – 26 qızıl, 17 gümüş və 29 bürünc – toplam 72 medal; Türkiyə - 23 qızıl, 30 gümüş və 50 bürünc – toplam 103 medal; Mərakeş – 10 qızıl, 15 gümüş və 14 bürünc – toplam 39 medal; Səudiyyə Ərəbistanı – 7 qızıl, 3 gümüş və 6 bürünc – toplam 16 medal; Azərbaycan – 6 qızıl, 9 gümüş və 9 bürünc – toplam 24 medal; Əlcəzair – 5 qızıl, 6 gümüş və 8 bürünc – toplam 19 medal, Oman 3 qızıl, 2 gümüş və 5 bürünc – toplam 10 medal ...


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.09.2017
22.09.2017
21.09.2017