Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Makaryanın bəyanatları sərsəm və narahatedicidir” - EKSPERT
Tarix: 15.05.2017 | Saat: 12:51:00
Bölmə:Siyasət | çapa göndər

“Bu gün hər hansı bir rus əsgəri, zabiti erməniyə görə Dağlıq Qarabağda həyatını itirməyə razı ola bilməz. Məsəl  var, deyirlər ki, milçək bir şey deyil, ürək bulandırır. Bu gün Andranik Makaryan həmin milçəyin rolunu oynayır. Sarkisyan Azərbaycan ərazilərinə izinsiz səfərlər edir. Makaryan isə sərsəm-sərsəm danışır. ATƏT-in Minsk Qrupu həmsədrləri isə bu aralar yoxa çıxıb, bəyanat da səsləndirmir. Amerikadan bəyanat verirlər ki, yay aylarında bölgəyə səfər edəcəklər. Görünür, ATƏT rəsmiləri ermənilərlə bu barədə razılaşıblar. Nə vaxta qədər ki, Azərbaycan diplomatiya səviyyəsində onların cavabını verməyəcək, bu cür xoşagəlməz hallarla üzləşəcəyik”.

Bunu hafta.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov erməni general Andranik Makaryanın “Dağlıq Qarabağda müharibə başlayarsa, erməni-rus hərbi qoşunlarını ön xəttə çıxaracağıq” bəyanatına münasibət bildirərkən deyib. Ekspertin sözlərinə görə, Andranik Makaryanın son bəyanatları sərsəm olduğu qədər hiddətləndirici və narahatedicidir:

“Makaryan özü də başa düşür ki, o, təkbaşına heç nəyə qadir deyil. Təkbaşına onun əmri yerinə yetirilməyəcək və bu cür məsuliyyətin altına heç kəs girməyəcək. Buna baxmayaraq, bir həftə ərzində ikinci bu cür bəyanat səsləndirib ki, Ermənistan-Rusiya birgə qoşunları Dağlıq Qarabağa - ön xəttə yeridilə bilər. Təəssüf ki, Azərbaycan Xarici İşlər Nazirliyi bu məsələdə hələ də susur, münasibət bildirmir. Xarici siyasət idarəmiz ermənilərin bu özbaşına bəyanatlar verən generalını öz mövqeyi ilə yerində oturtmalıdır. Azərbaycan indiyə qədər Ermənistanla-işğalçı ölkə ilə bağlı bu vaxta qədər hədyan bəyanatlar səsləndirməyib”.

Ekspert hesab edir ki, Rusiyanın və Azərbaycanın xarici işlər nazirliklərinin məsələyə münasibət bildirməməsi ermənilərin sabah çox rahat şəkildə bu cür addımlar atmasına gətirib çıxara bilər. Ən azından Rusiyanın ölkəmizdəki səfiri Xarici İşlər Nazirliyinə çağırılmalıdır:

“Onlara bildirilməlidir ki, rus-erməni qoşunlarının Dağlıq Qarabağa yeridiləcəyi ilə bağlı  qarşı tərəfin generalı fikir səsləndirir. Rusiya isə onu yerində oturdacaq bəyanat vermir. Azərbaycan bu cür fikir səsləndirsəydi, ən azından Polad Bülbüloğlu Rusiya Xarici İşlər Nazirliyinə çağırılmışdı. Bir sözlə, Azərbaycan haqqını müdafiə etməyənə qədər erməninin ayağı yer alacaq. Makaryan belə bəyanatlar səsləndirəcək səviyyədə səlahiyyətli şəxs deyil. Aydındır ki, bu cür bəyanatlar səsləndirmək haqqında tapşırıq Serj Sarkisyandan gəlib. Bununla da Azərbaycan ictimaiyyətinin nəbzini yoxlamağa çalışırlar. Ondan sonra da bildiklərini etmək üçün variantlar, yollar axtaracaqlar”.

Qeyd edək ki, Naxçıvan və Türkiyə ilə sərhəd istiqamətinə cavabdeh olan 4-cü ordu korpusunun komandanı olan general Makaryan on gün ərzində iki dəfə “Dağlıq Qarabağda müharibə başlayarsa, erməni-rus hərbi qoşunlarını ön xəttə çıxaracağıq” fikrini səsləndirib. Erməni general rus jurnalistin “ola bilərmi ki, Rusiya prezidenti Vladimir Putin sizə hücum etməmək barədə əmr versin?” sualına “xeyr, belə əmr verə bilməz” - Makaryan özündən razı halda cavab verib.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.11.2017
21.11.2017
BakuBus avtobusunun salonundan qədim pullar tapıldı
“Ərdoğanla Putin bir-biri ilə ən yaxşı anlaşan liderlər hesab edilir” - Hasan Oktay
"Erməni məzarları üzərində tikilmiş ayaqyolu sökülməyəcək" - Atif Çiçəkli
“Sözə həmişə qənaət etməyə çalışmışam” - ƏDƏBİ DÜŞÜNCƏ
“Bu il 750 avtobus əsaslı təmir olunaraq yenidən xəttə buraxılıb” – Mais Ağayev
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi
Gürcüstandakı soydaşlarımız ana dilində dərslik çatışmazlığı ilə üzləşiblər
Qazaxıstanın müstəqilliyinin simvolu - təngə
“Neftin qiymətlərinin artması bizi arxayınlaşdırmamalıdır” – Fikrət Yusifov
“Bulvar İdarəsi yeni illə bağlı “Tədbirlər planı” hazırlayır” – APARAT RƏHBƏRİ
“Evlənəndə məni ölümdən qurtaran yəhudi həkimdən xeyir-dua aldım” – Zəlimxan Məmmədli
“Son gecəsində səhərədək atamın yanında qaldım” – Mərhum prezidentin qızı
“Nə özümü nə də başqa birini bədbəxt etmək istəmirəm” – MİNTAC ELSEVƏR
"Həftə içi" qəzetinin əməkdaşı yol qəzasında həlak oldu
Nizami rayonunda yaşıllığı məhv edib obyekt tikirlər – FOTO-VİDEO
“Zəngilanla bağlı səhifəni oranı görməyən gənclər də maraqla izləyir” – Təranə Şükürlü
“Budapeşt mələyi” tamaşaçıların ürəyini parçaladı - FOTO
Bir nömrənin izi ilə - İcra Hakimiyyətindən gözəllik salonuna…
“Avstriya və Macarıstanda “Soros”un bağlanmasının iki səbəbi var” – Elnur Soltanov
Sərdar Cəlaloğlu yeni elm sahəsi yaratdı – EKSKLÜZİV