Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Körpələri heyvan südü ilə qidalandırmaq olmaz - Baş pediatr
Tarix: 15.05.2017 | Saat: 17:31:00
Bölmə:Müsahibə | çapa göndər

Xalidə Quliyeva: “Ana südü ilə qidalanma uşaqların xarakterinə təsir edir”

Ana və uşaqların sağlamlığının qorunması məqsədi ilə Səhiyyə Nazirliyi BMT-nin Uşaq Fondunun (UNICEF) birgə təşkilatçılığı ilə paytaxtda və bölgələrdə maarifləndirmə tədbirləri həyata keçirir. Məqsəd ana südünün üstünlükləri, onunla qidalanmağın vacibliyi və bu sahədə ananın məsuliyyətini artırmaqdır. Bu baxımdan Sumqayıtda vəziyyətin necə olması barədə hafta.az-ın suallarını şəhərin baş pediatrı, əməkdar həkim Xalidə Quliyeva cavablandırıb.

- Körpələr niyə ana südü ilə qidalanmalıdır?

- Təbiətin yaratdığı hər bir canlı qidalanmaq istəyir. Yeni doğulmuşların mədə-bağırsaq sistemi anatomik-fizioloji xüsusiyyətlərinə görə bir qidaya uyğunlaşır ki, bu da ana südüdür. Ana südündə uşağın infeksiyalardan qorunması üçün əks cisimlər, sulu kapbohidrogenlər, zülallar, yağlar elə bir nisbətdə yaranıb ki, bunların parçalanaraq bədənə sərf olunması üçün tam uyğunluq var. Bunlardan əlavə, ana südü uşağın ana ilə ilk bioloji təmasıdır. Ana uşaqla təmasda olarkən ananın sevgisi, şəfqəti uşağa ötürülür.

- Ana südü ilə qidalanan uşaqların digərləri ilə müqayisədə daha sağlam olması barədə sübutlar kifayət qədərdir. Bəs, bunun həyat tərzinə təsiri də araşdırılıbmı?

- Əlbəttə. Bununla bağlı kifayət qədər araşdırmalar, elmi cəhətdən sübut olunmuş faktlar var. Məsələn, bir müddət əvvəl Fransanın bir şəhərində hüquq pozuntusu və cinayət törətmiş uşaqların düşərgəsində aparılan araşdırma zamanı məlum olub ki, oradakı uşaqların 90 faizi vaxtilə ana südü ilə qidalanmayıb. Belə faktlar kifayət qədərdir. Yəni, artıq bu elmi cəhətdən də sübut olunub ki, ana südü ilə qidalanma uşaqların xarakterinə, davranışlarına da təsir edən amillərdən sayılır.

- Bəzən körpələrin narahatlığını, yuxusuzluğunu aclığı ilə əlaqələndirirlər və bunlar süni qidaya keçməyə səbəb olur...

- Bu, düzgün deyil. Hər uşağın özünün mədə-bağırsaq quruluşu, qidanı həzmetmə fərqliliyi var. Ana süd ilə qidalananda körpə özünə lazım olan miqdarda qidanı götürür. Doymayanda isə ana adi toxunuşla bilir ki, südü yetərli qədər olmadığı üçün körpə narahatdır. Amma uşağın hər bir narahatlığı onun ac olmasına səbəb deyil.

- Körpənin digər canlıların – inək, keçi, qoyun südü ilə qidalandırılmasının hansı fəsadları var?

- Bunu edənlər var, amma nəzərinizə çatdırım ki, heyvan südündəki zülallar, fermentlər çox kobud zülallardır. Bunu körpə orqanizmi həzm edə bilmir və nəticədə mədə-bağırsaq xəstəliklərinin yaranmasına gətirib çıxarır.

- Bir halda ki, süni qidalar ana südünün tərkibinə uyğun hazırlanır və onda heyvan südündən fərqli olaraq ağır zülallar olmur, o zaman ana südünün vacibliyi arxa plana keçmirmi?

- Süni yeməklərin içərisində uşağın inkişafı üçün lazım olan əlavələr, vitaminlər, fermentlər ola bilər, amma bu qidalar ana südündəki təbii əks cisimləri, proporsiyaları əvəz edə bilməz. Ana südü təkcə uşağın təkcə fiziki inkişafı üçün deyil, bu, həm də ananın övladına yaxınlığıdır. Övladın anasını yaxınında hiss etməsidir.

- Körpələrin yaşına görə ana südü ilə qidalanması da hər zaman mübahisə mövzusu olub...

- UNİSEF-in təlimatına və bizim də təkliflərimizə görə uşaqlar 6 ayınadək ancaq ana süd ilə qidalanmalıdır. Bu müddət ərzində uşağa əlavə maye, qida əlavəsi, süni yeməklər verməyə ehtiyac yoxdur. Çünki bu saydıqlarımız və daha artığı ana südündə var. Uşaqların ala biləcəyi yağlar, sulu karbohidrogenlər ana südündə kifayət qədərdir. Ana südü hər zaman steril vəziyyətdə, ekoloji təmizdir. Uşaqlar istədikləri vaxt, istədikləri qədər bundan istifadə edə bilir. Süni qidaların kommersiya tərəfinin də olduğunu unutmamalıyıq. Uşağın fiziki və psixi inkişafı baxımdan, bioloji təmas və iqtisadi cəhətdən ana südü əvəzolunmazdır.

- İqtisadi vəziyyətdən söz düşmüşkən, ana südünün olması üçün də ananın normal qidalanması şərt deyilmi?

- Əsla belə deyil. Ananın orqanizmində gedən laktasiya elə bir prosesdir ki, ana qidalanmasa belə süd əmələ gəlir. Bu təbiət tərəfindən uşağın inkişafı üçün verilən nemətdir.

- Bəzi analar bədən formasının dəyişməsi qorxusundan körpəni ana südü ilə qidalandırmaqdan çəkinir...

- Əslində, bu, yersiz təlaşdır. Əksinə, laktasiya dönəmində orqanizmdə gedən proseslər qadının bədəninin daha da cavanlaşmasına kömək edir. Kim deyir ki, ana çox yeyərsə, südü çox olar? Tamamilə yanlışdır. Bayaq da qeyd etdiyim kimi, laktasiya qidalanma ilə bağlı proses deyil. Analar qida rasionlarına fikir verməklə, bədən quruluşunu qorumaqla da uşağını qidalandıra bilər. Bundan əlavə, məsələnin mənəvi tərəflərinə varsaq, ana üçün övladının marağından daha vacib nə ola bilər ki?

- Hamiləlik zamanı qanda çıxan bir çox infeksiyaların südlə uşağa yoluxma ehtimalı varmı?

- Ana südündə infeksiyaların əksəriyyətinə qarşı əks-cisimlər var. Hətta təhlükəli saydığımız hepatitin də formasından asılı olaraq süd vasitəsilə körpəyə yoluxma riski çox aşağıdır.

- Baş pediatrı olduğunuz Sumqayıtda yeni doğulan uşaqların neçə faizi ana südü ilə qidalanır?

- Şəhər üzrə yeni doğulan uşaqlar 85 faizi ana südü ilə qidalanır. Bu 3 aylıq körpələr üzrə göstəricidir. Heç olmasa körpələrin 6 ayına qədər bu və bundan yüksək göstəricinin əldə olunması uğrunda təbliğat aparırıq. Uşağının sağlamlığını istəyən hər bir ana körpəsinə ana südü verməkdə maraqlı olur.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
28.07.2017
27.07.2017
26.07.2017