Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Hansı jurnalistlərə ev veriləcək? - QAYDALAR-FOTO
Tarix: 16.05.2017 | Saat: 11:18:00
Bölmə:Sosial | çapa göndər

Mayın 16-da Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Şurasının sədri Vüqar Səfərli dövlət tərəfindən media nümayəndələrinə təqdim olunacaq evlərə namizədliklə bağlı şərtləri ictimaiyyətə açıqlayıb. Vüqar Səfərli komissiyanın bu gün açıqlanan qayda və şərtləri haqqında danışarkən qeyd edib ki, KİV rəhbərləri sənədlərin düzgün toplanma qaydasına əməl etməlidirlər. Onu da vurğulayaq ki, tədbirdə Milli Teleradio Şurasının rəhbəri Nüşrəvan Məhərrəmli, Mətbuat Şurasının sədir Əflatun Amaşov və başqa komissiya üzvləri dövlətin jurnalistlərə dəstəyinin nümunəsi olduğunu vurğulayıblar. Vüqar Səfərli iyul ayında jurnalistlərə təqdim olunacaq mənzillərin son olmayacağına ümid etdiyini də qeyd edib. KİVDF sədrinin sözlərinə görə jurnalistlər üçün növbəti mənzillərin tikilməsi ölkə başçısının səlahiyyətində olan məsələdir və bu binanın media nümayəndələri üçün son şans olmadığına ümid etdiyini vurğulayıb.
 
Hafta.az-ın əməkdaşı xəbər verir ki, bu ilin yayında kütləvi informasiya vasitələrində çalışan jurnalistlər üçün dövlət tərəfindən tikilmiş növbəti evlərin açarları media nümayəndələrinə veriləcək. Jurnalistlərə veriləcək mənzillər isə Kütləvi informasiya vasitələrinin əməkdaşlarına mənzillərin verilməsi qaydaları və şərtlərinə əsasən veriləcək. Şərtlər isə komissiyanın 16 may 2017-ci il tarixli iclasında təsdiq olunub. Şərtlərə görə mənzillər ən azı son üç ildə fasiləsiz fəaliyyət göstərən kütləvi informasiya vasitəsi-televiziya və radio yayımçıları, qəzet, jurnal, informasiyq agentliyi, internet xəbər portalı və saytında çalışan media əməkdaşlarına veriləcək. Qaydalarda o da vurğulanır ki, evlər Bakı şəhərində fəaliyyət göstərən əməkdaşlarının namizədliyi irəli sürülə bilər. Bundan başqa namizədliyi verilən KİV əməkdaşı həmin redaksiyada ən azı fasiləsiz üç il, KİV-lərdə isə ən azı fasiləsiz on il fəaliyyət göstərməlidir. Bunun üçün KİV-lər ümumi iclas çağırmalı, şərtlərə uyğun olaraq namizədlərini müəyyənləşdirməlidir. Televiziya və radio yayımçıları 10, gündəlik qəzet və jurnallar, informasiya agentlikləri 6, həftəlik qəzetlər, jurnal və portallar 3 namizəd müəyyənləşdirə bilər. Mənzil almaq üçün namizədliyi irəli sürülmüş KİV nümayəndələri üçün şəxsiyyət vəsiqəsinin sürəti, KİV rəhbəri tərəfindən təsdiq olunmuş formada əmək kitabçasının sürəti, namizədin ailə tərkibi haqqında arayış, namizədin müəyyənləşdirilməsi ilə bağlıiclasın protokolundan çıxarış, eyni zamanda
 
Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti tərəfindən namizədin, onun həyat yoldaşının və övladlarının adına mənzil şəraitinin əsli ilə bağlı sənədin əsli təqdim olunmalıdır. Bundan başqa, adları Mətbuat Şurasının "qara siyahısı"na daxil edilmiş barələrində məhkəmə qərarı olan şəxslər KİV-lər təqdimat verə bilməz. Göstərilən sənədlər 2017-ci il mayın 22-dən iyun ayının 22-dək Komissiyaya təqdim edilməlidir. Öz növbəsində Komissiya toplanmış sənədləri iyunun 30-dək Prezident Administrasiyasına təqdim etməlidir.
 

... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.11.2017
18.11.2017
17.11.2017
“Evlənəndə məni ölümdən qurtaran yəhudi həkimdən xeyir-dua aldım” – Zəlimxan Məmmədli
“Son gecəsində səhərədək atamın yanında qaldım” – Mərhum prezidentin qızı
“Nə özümü nə də başqa birini bədbəxt etmək istəmirəm” – MİNTAC ELSEVƏR
"Həftə içi" qəzetinin əməkdaşı yol qəzasında həlak oldu
Nizami rayonunda yaşıllığı məhv edib obyekt tikirlər – FOTO-VİDEO
“Zəngilanla bağlı səhifəni oranı görməyən gənclər də maraqla izləyir” – Təranə Şükürlü
Bir nömrənin izi ilə - İcra Hakimiyyətindən gözəllik salonuna…
“Avstriya və Macarıstanda “Soros”un bağlanmasının iki səbəbi var” – Elnur Soltanov
Sevginin zaman üzərində qələbəsi - John From
Sərdar Cəlaloğlu yeni elm sahəsi yaratdı – EKSKLÜZİV