Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
ÜAK-ın bağlanması Rusiyada yaşayan soydaşlarımızı sarsıda bilər - EKSPERTLƏR
Tarix: 16.05.2017 | Saat: 15:17:00
Bölmə:Siyasət | çapa göndər

Ötən gün Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) Rusiya Federasiyası Ali Məhkəməsinin qərarı ilə ləğ edildi. Beləliklə də Rusiya Ədliyyə Nazirliyinin iddiası və konqresin qeydiyyatının ləğvi ilə bağlı başlatdığı prosedur bizim üçün mənfi sonluqla bitdi. Bir çoxları qurumun qeydiyyatının ləğv edilməsini Rusiyanın bəzi anti-Azərbaycan dairələrinin, dövlət orqanlarındakı ermənipərəst şəxslərin Azərbaycan xalqına və dövlətinə qarşı təxribatçı fəaliyyəti kimi xarakterizə edirlər. Hətta Rusiyada yaşayan azərbaycanlılar da etiraf edir ki, son zamanlar Rusiyanın ədliyyə sistemində yerləşmiş ermənipərəst şəxslərin “fəaliyyəti” daha qabarıq şəkildə özünü büruzə verir.

ÜAK-ın bağlanmasına münasibət bildirən politoloq Fikrət Sadıqov hafta.az-a açıqlamasında deyib ki, bu addım müəyyən mənada gözlənilməz qərar oldu. Moskva iddia edir ki, qurumun fəaliyyəti zamanı bəzi nöqsanları konqres rəhbərliyinin diqqətinə çatdırıblar. Guya ÜAK rəhbərliyi onların qeyd etdiyi “nöqsanların” öhdəsindən lazımi anda gələ bilməyib. Hər halda bütün bunlar xırda, texniki problemlər idi:

“Bunu Ümumrusiya Azərbaycanlıları Konqresinin bağlanmasına gətirib çıxarmamaq da olardı və  o boyda təşkilatın qeydiyyatının ləğvinə ehtiyac yox idi. ÜAK iki ölkə arasında münasibətlərin inkişafına təkan verən, böyük miqyaslı layihələrin həyata keçirilməsində yaxından iştirak edən bir qurumdur. Ən azından Rusiya tərəfindən ÜAK-a belə bir münasibət olmamalı idi. Hesab edirəm ki, konqresin qeydiyyatının ləğvində “erməni əli” də ola bilər. Çünki son zamanlar Rusiyadakı erməni diasporu, iş adamları, dövlət rəsmiləri, ekspertlər və politoloqlar Azərbaycan əleyhinə fəaliyyətə keçiblər. Buna baxmayaraq, konqresin ləğvi iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərə bilər. Hələ də gec deyil, diaspora rəhbərliyi Rusiya məhkəməsinin qərarı ilə barışmayaraq apelyasiya şikayəti veriblər. Hesab edirəm ki, yaxşı hüquqşünaslarla, vəkillərlə bu hökmə bəraət qazandırmaq olar”.

Politoloq Qabil Hüseynli isə deyir ki, ÜAK-ı bağlamaqla Rusiya bizimlə münasibətlərə zədə gətirəcək bir addım atdı: “Başqa vaxt Moskva Bakını özünün tərəfdaşı hesab edir. Siyasətçiləri iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu deyirlər. ÜAK-ın bağlanmasına heç bir ciddi səbəb yox idi. Təşkilatın nizamnaməsindəki dəyişikliyə görə  məhkəmə səviyyəsində konqresi ləğv etdilər. Hazırda Azərbaycanda rus icması fəaliyyət göstərir. Onlar üçün ölkəmiz geniş bina ayırıb, bir neçə otaqlarını təmir də etdirib. Rus icmasının rəhbəri həm də Milli Məclisin deputatıdır. Azərbaycanda rus icmasına münasibət, rus məktəblərinin, mədəniyyət ocaqlarının qorunub saxlanması, onlara diqqət az qala sovet dövrü səviyyəsindədir. Yəni, dövlətimizin mövqeyində hər hansı bir anti-Rusiya münasibəti yoxdur. Şimal qonşumuzda isə son dövrlərdə anti-Azərbaycan mövqeyi durmadan artır”.

Politoloqun sözlərinə görə, bu fonda ermənilərlə Kremlin münasibətləri daha da dərinləşir. Misal üçün rus-erməni ordu birləşməsi yaradılır və onun başına erməni gətirilir. 9 May günündə parad zamanı Qızıl meydanda qondarma Dağlıq Qarabağın bayrağının dalğalanması, ən əsası danışıqlar prosesində Rusiyanın verdiyi vədlərinin heç birinin yerinə yetirilməməsi buna örnək göstərilə bilər:

“Dağlıq Qarabağ ətrafındakı rayonların qaytarılması ilə bağlı Moskvanın vədləri var idi və bu vədlərin üstündən çox asanlıqla ötüb keçdilər. İndiki halda Rusiya Azərbaycanı seçim qarşısında qoyur. Ya bu ölkə ilə əvvəlki tərəfdaşlıq münasibətləri davam etdirilməlidir ya da Azərbaycan başqa siyasi tərəfdaş axtarmalı və digər yollara baş vurmalıdır. Bunun üçün Azərbaycanın seçimi çoxdur. Rusiya ilə münasibətlərin bu məcrada davam edəcəyi təqdirdə Avropa Birliyi və NATO ilə münasibətləri daha da inkişaf etdirmək olar. Əgər ruslar ermənipərəst xətti davam etdirsələr Azərbaycan başqa xətt seçmək məcburiyyətində qalacaq”.

Politoloq Arzu Nağıyev isə deyir ki, ilk növbədə Bakı, daha doğrusu, Xarici İşlər Nazirliyi Rusiya tərəfindən bunun səbəb və məqsədini sorğulamalı, məsələyə aydınlıq gətirməlidir. Hətta XİN bunu Rusiyanın Azərbaycandakı səfirliyi ilə müzakirə etməlidir. Bundan sonra artıq konkret addımlar atıla bilər:

“Diasporla İş üzrə Dövlət Komitəsi də Rusiydakı diaspor təşkilatlarımız vasitəsilə buna aydınlıq gətirməlidir. Azərbaycanın Rusiyadakı səfirliyi də Rusiya Ədliyyə Nazirliyindən izahat tələb etməlidir. Bütün bu prosedurlar həyata keçirildikdən sonra Azərbaycan tərəfi hüquqi normalara uyğun qərar çıxara bilər. Zənnimcə, bütün cavablar geniş ictimaiyyətə açıqlanmalı, müvafiq müzakirələr aparılmalıdır. Bundan başqa, Azərbaycandakı Rus İcması da Rusiya rəhbərliyinə sorğu ünvanlamalıdır.Rusiyada çoxmilyonlu azərbaycanlı icması yaşayır, onlar Rusiyanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəallıqları ilə seçilirlər. Rusiyanın Azərbaycan əsilli vətəndaşları fəal seçici və vergiödəyiciləridir. Ən azından bu qərar onlara hörmətsizlikdir. ÜAK-ın bağlanması Rusiyada yaşayan soydaşlarımızı sarsıda bilər. Ümid edirəm ki, yaranmış problem aradan qaldırılacaq”. 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
28.07.2017
27.07.2017
26.07.2017