Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
KİVDF-nin şərtləri ədalətlidir - SORĞU
Tarix: 16.05.2017 | Saat: 17:14:00
Bölmə:Sosial | çapa göndər

Mayın 16-da Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Şurasının sədri Vüqar Səfərli dövlət tərəfindən media nümayəndələrinə təqdim olunacaq evlərə namizədliklə bağlı şərtləri ictimaiyyətə açıqlayıb.

Şərtlərə görə mənzillər ən azı son üç ildə fasiləsiz fəaliyyət göstərən kütləvi informasiya vasitəsi-televiziya və radio yayımçıları, qəzet, jurnal, informasiyq agentliyi, internet xəbər portalı və saytında çalışan media əməkdaşlarına veriləcək.  Bundan başqa namizədliyi verilən KİV əməkdaşı həmin redaksiyada ən azı fasiləsiz üç il, KİV-lərdə isə ən azı fasiləsiz on il fəaliyyət göstərməlidir. Bunun üçün KİV-lər ümumi iclas çağırmalı, şərtlərə uyğun olaraq namizədlərini müəyyənləşdirməlidir. Televiziya və radio yayımçıları 10, gündəlik qəzet və jurnallar, informasiya agentlikləri 6, həftəlik qəzetlər, jurnal və portallar 3 namizəd müəyyənləşdirə bilər.

Bəs jurnalistlərin, redaktorların KİVDF-nin ev almaqla bağlı qayda və şərtlərinə nə kimi əlavələri var? Görəsən, mövcud şərtlərdən başqa komissiyanın nəzərindən yayınmış zəruri müddəalar da varmı? Elə bu sualları həmkarlarımızın özünə ünvanladıq. Onların bir çoxu hafta.az-a açıqlamalarında bildirdilər ki, qaydalar ədalətlidir:

Sevinc Seyidova - "Həftə içi" qəzetinin baş redaktoru:

"Mətbuatın inkişafı ilə bağlı son illərdə cənab Prezidentin təşəbbüsü ilə çoxsaylı alqışalayiq addımlar atılıb. Media nümayəndələri olaraq biz hər zaman bu təşəbbüsləri yüksək qiymətləndiririk. Dünyanın heç bir ölkəsində jurnalistlər üçün mənzillər tikilib təmannasız paylanılmır. Azərbaycanda isə artıq ikinci dəfədir ki, mənzilə ehtiyacı olan həmkarlarımız dövlətin qayğısı nəticəsində evlə təmin olunacaqlar. Fondun açıqladığı qayda və şərtləri tam ədalətli hesab edirəm. Bu qaydalarda ən kiçik detalların belə dəqiqliklə nəzərə alındığı qənaətindəyəm".

 

 

Cəlalə Nəzəroğlu“Asan” Radio (redaktor):

“Jurnalistlərə veriləcək evlərlə bağlı qayda və şərtlərlə artıq  tanış olmuşam.  Bu sahədə uzun illərdir ki, külüng çalan və maddi təminatı yaxşı olmayan həmkarlarımız var. Arzu edərdim ki, təcrübə müddətinin çox olması nəzərə alınsın. Adları ev almaq üçün namizəd kimi irəli sürülənlərin həqiqətən də maddi durumunun ciddi şəkildə araşdırılacağına, ədalətli qərar veriləcəyinə inanıram”.

Elçin Mirzəbəyli –  “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru:        

“Komissiyanın müəyyənləşdirdiyi qaydalar tamamilə ədalətlidir. Çox güman ki, bu qaydalar ciddi araşıdırma və təhlillər nəticəsində ortaya çıxıb. Bu baxımdan hər hansı bir əlavə təklifim yoxdur. Həm komissiyaya, həm də mənzil bölgüsündə iştirak edəcək bütün həmkarlarıma uğurlar azrulayıram”.

Arzu Nağıyev (Trend İnformasiya Agentliyinin baş direktorun korporativ inkişaf üzrə müavini):

“Düşünürəm ki, dünya praktikasında Azərbaycandan başqa heç bir ölkədə jurnalistlərə ev verilmir. Bu gün KİVDF-nin fəaliyyəti və jurnalistlərə verilən evlərlə bağlı komissiyanın gördüyü işlər müsbət hal kimi qiymətləndirilməlidir. Qaydalara görə, dövlət tərəfindən hədiyyə olunan evlər milli jurnalistikamız və dövlətçiliyimiz qarşısında xidmətləri olan media nümayəndələrinə veriləcək. Bu qərarın özü alqışalayiqdir. Bu artıq ikinci binadır ki, jurnalistlərə paylanacaq. Dövlət tərəfindən bu cür diqqət və qayğı jurnalistlərimizdə ruh yüksəkliyi yaradacaq. Qaydalarla və şərtlərlə tanışam, çox bəyəndim. Əlavə şərhim yoxdur. Düşünürəm ki, lazımi müddəaların hamısı orada öz əksini tapıb”.

Elgiz Əkbər (ARB tv, aparıcı):

“Ev almaq üçün namizədliyi irəli sürülən jurnalistlərlə bağlı KİVDF-nin komissiyasının qaydalarına və şərtlərinə heç bir əlavəm yoxdur. Sadəcə onu istərdim ki, ehtiyacı olan həmkarlarımız evlə təmin olunsun. Evləri olmayan jurnalistlərimizin bir qisminin evlə təmin olunmasını, dövlətimizin onlara qayğısını sadəcə alqışlaya bilərəm. Televiziyalar üçün 10 nəfər namizədin müəyyənləşdirilməsinə imkan verilməsi ilə bağlı müddəanı da alqışlayıram. Çünki əvvəllər bu say daha az idi, indi 10 nəfərin ev əldə etmək şansı var. Bu da yaxşı haldır”.

Bəhruz Quliyev  -“Səs” qəzetinin baş redaktoru:

Jurnalistlərə dövlət qayğısı ilk dəfə ulu öndər Heydər Əliyevin ölkəyə ikinci dəfə hakimiyyəti dövründə başlayıb. Qəzet və jurnalların nəşriyyatlara olan borcları ləğv edildi. Senzura aradan qaldırıldı. Sonradan bu işi ölkə başçısı İlham Əliyev öz üzərinə götürdü. 2013-cü ildə dünya praktikasında ilk dəfə jurnalistlərə ev verildi. Bu ilin yayında növbəti evlər paylanacaq. Ev veriləcək jurnalistlərlə bağlı prosedurlarla tanışam. Nəzərdən qaçan heç bir detal yoxdur. Düşünürəm ki, KİVDF evlə bağlı redaksiya tərəfindən namizədliyi irəli sürülən jurnalistlərlə bağlı müddəalar standartlara uyğundur. Əlavə heç bir şərhim, nəzərdən qaçmış hesab etdiyim detal yoxdur. Kimliyindən asılı olmayaraq ev alan jurnalistləri indidən təbrik edirəm. 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
28.05.2017
27.05.2017