Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Dinozavrlara həyatda qalmaq üçün niyə bir neçə saniyə çatmadı?
Tarix: 17.05.2017 | Saat: 13:39:00
Bölmə:Maraqlı | çapa göndər

66 milyon il əvvəl asteroidin Yerə düşməsi nəticəsində meydana gələn Chicxulub krateri üzərində tədqiqat aparan alimlər dinozavrların bu qədər sürətlə ölməsinə aydınlıq gətiriblər. Bu barədə bu günlərdə BBC-nin "Dinozavrların öldüyü gün" adlı televiziya filmində söhbət açılıb.


Krateri araşdıran tədqiqatçılar Meksika körfəzində asteroidin düşdüyü yerdə qalıq nümunələrini aşkar ediblər.
Alimlər tərəfindən toplanan materiallar Yer üzündə təbaşir və paleogen dövründə baş verən hadisələrlə bağlı yeni məlumatların əldə olunmasına imkan yaradır.
Məlum olub ki, diametri təqribən 15 km olan və Yukatan yarımadasına düşən bu nəhəng asteroid enmək üçün daha pis yer və daha pis zaman tapması mümkün deyildi.

Burda sahil suları dayaz deyildi, bu isə o deməkdir ki, atmosferə mineral gillərdən ayrılan böyük miqdarda kükürd atılmışdır.
Göy cisminin yerə düşməsi nəticəsində isə davamlı "qlobal qış" dövrü başlamışdı. Əgər asteroid başqa əraziyə düşsəydi o zaman nəticələr tamamilə başqa olardı.
"Məsələ ondadır ki, dinozavrların ölümünə asteroidin ölçüsü, onun zərbə gücü və hətta təbii fəlakətin qlobal nəticələri səbəb olmayıb.
"Səbəb zərbənin baş verdiyi ərazidir", -deyə "Dinozavrların öldüyü gün" filminin aparıcılarından biri Ben Garrod bildirib.
Əgər asteroid təqribən bir neçə saniyə əvvəl və ya sonra düşsəydi, o zaman o dayaz sahil sularında deyil, dərin okeanda dağılardı.
Asteroid Atlantik və Sakit okeana düşmüş olsaydı o zaman daş süxurlarının buxarlanmasının və asteroidin zərbəsindən Yerdən ayrılan ölümcül kalsium sulfatının sayı daha az olardı. Məhlul daha qatı olardı və günəş şüaları Yerin səthinə doğru irəliləyərdi. Bu isə o deməkdir ki o zaman canlı təbiətin qlobal fəlakətindən qaçmaq olardi.

"Soyuq və qaranlıq okean dünyasında bir həftə ərzində qida bitmişdi, kiçik bir vaxtdan sonra isə quruda da qita bitdi. Planetdə diniozavrlar üçün qida qalmadığına görə onların sağ qalmaq şansları çox az idi ", - deyə Ben Gorrod izah edib.
Kraterin süxurları 1300 metr dərinlikdən hasil edilib. Ən dərin süxurlar isə kraterin daxilindəki "zirvə halqası" adlanan daş radial yaldan çıxarılıb. Bu daş süxurlar zərbə nəticəsində daha güclü deformasiyaya uğrayıblar.
Professor Joe Morgan və Sean Gulick-in rəhbərlik etdiyi təqdiqatçılar qrupu əldə olunan materialları analiz etməklə asteroidin düşməsini və ətraf mühitdə baş verən dəyişiklikləri daha ətraflı təsvir etməyin mümkün olacağına ümid edirlər.

Chickxulub krateri: Yer üzərində həyatı dəyişən zərbə
Diametri 15 km olan göy cismi eni 100 km, dərinliyi 30 km olan çuxura düşüb.
Nəticədə 200 km diametri və bir neçə kilometr dərinliyi olan krateri yaradan cisim partlamışdı
Kraterin mərkəzi yenidən qalxaraq daxili halqanı geridə qoyaraq təzədən məskunlaşıb
Bu gün kraterin böyük hissəsi sahil sularında, 600 metrlik dəniz yataqlarında gizlənib
Quruda isə krater əhəngdaşları qatlarında gizlənib.

Alimlər hesablayıblar ki, kraterin yaranması zamanı ayrılan enerji təqribən 10 milyard atom bombasının (Xirosimaya atılan atom bombaları kimi) enerjisinə bərabərdir.
İndi onlar bizim gördüyümüz qaydaların necə deformasiyaya uğradığını anlayırlar. Bundan başqa tədqiqatçılar asteroid düşdükdən sonra bir neçə il ərzində bu əraziyə həyatın necə geri qayıtmasını araşdırırlar.
"Donozavrların öldüyü gün" filminin aparıcılarından biri Alise Roberts ABŞ-ın New-Jersey ştatındakı canlı varlıqların qalıqlarının 25 min parçasının tapıldığı daş karxanasına yola düşüb. Bu qalıqlar asteroid düşən zaman baş verən təbii fəlakətin bilavasitə qurbanlarının kütləvi ölümünün sübutudur.
"Bütün bu qalıqlar 10 santimetr qat qalınlıqda yerləşib ", - deyə paleonteloq Kenneth Lacovara bildirib.
"Onlar bir anda həlak oldular və torpağa qarışdılar. Bu geoloji zamanın müəyyən anı idi. Bu günlər, həftələr, bəlkə də aylar idi. Amma bu nə min il idi, nə də yüz min il idi. Bu əslində bir anlıq hadisə idi ", - deyə alim iddia edib.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
26.09.2017
25.09.2017