Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Rusiyada 17, Gürcüstanda 16, Azərbaycanda 13,8…- Ana ölümlərinin səviyyəsi
Tarix: 17.05.2017 | Saat: 13:52:00
Bölmə:Sosial | çapa göndər

“Ana ölümlərinə nəinki Azərbaycanda, eləcə də bütün dünyada rast gəlinir və bu tək həkimlərin səhlənkarlığı üzündən baş vermir. Buna səbəb həm də sosial faktorlardır”. Bu barədə Hafta.az-a Səhiyyə Nazirliyin Doğuşayardım Komissiyasının sədri, Respublika Perinatal Mərkəzinin baş həkimi, ölkənin baş mama-ginekoloqu Sevinc Məmmədova məlumat verib.

O, aparılan təbliğat nəticəsində son illər ana ölümlərinin azaldığını deyib: “Xatırlayırsınızsa, beş-on il bundan əvvəl daha böyük ajiotaj var idi, ana ölümü faktı çox idi. Amma indi vəziyyət xeyli dəyişib. Ana ölümünün sviyyəsi də xeyli aşağı düşüb. Səbəb düzgün təbliğat, əhalinin maarifləndirilməsidir.


Elə məsələlər var ki, kütləvi informasiya vasitələri onun dərinliyinə gedib araşdımaq istəmir sanki və ancaq ana ölümü faktını vurğulayırlar. Ana ölümü niyə baş verir sualının cavabını ancaq həkim səhlənkarlığında axtarmaq düzgün deyil. Faciənin baş vermə səbəbləri var axı, onu da demək lazımdır. Cəmiyyətdə hamilə qadının üzləşə biləcəyi problemlər barədə məlumatlar çox kasaddır. Media bunu işıqlandırsa, daha faydalı olar. Məsələn, elə ailələr var ki, hamilə qadının həkimə müraciət etməsinə qarşı çıxır, mütəmadi müayindən keçməsini əngəlləyir, nəticədə fəsadlı hamiləliklər, faciə ilə baş verən doğuşlar olur”.

Baş ginekoloq son illər ana ölümlərinin sayının azalmasında medainın bu məsələyə hərtərəfli yanaşmasının da səbəb olduğunu deyib: “Düzgün informasiya verilməsi, həkimlərlə, doğum şöbələri ilə əlaqə qurmaq bizim işimizə çox kömək edir. Beş-altı il əvvəl elə qaynana-qaynata var idi ki, gəlini ginekoloqa gətirmək istəmirdilər, təbliğat nəticəsində indi vəziyyət xeyli dəyişib”.

Sevinc Məmmədova son 25 ildə ana ölmünün səviyyəsinin sürətlə azaldığını deyib: “Əgər 90-cı illərdə ana ölümü göstəricisi 27-32 promille idisə, 2016-cı ildə bu göstərici 13,8 promille olub. Son 25 ildə ilk dəfədir ki, belə aşağı göstərici qeydə alınır. Rusiyada ana ölümünü səviyyəsi 17, Gürcüstanda 16 promilledir. Bizdə isə bu ölkələrdən xeyli aşağıdır. Çalışırıq ki, bu göstərici daha da azalsın.

İl ərzində 160-170 min doğuşdan cəmi 20-22-i ölümlə nəticələnir ki, bu da səbəbsiz deyil. Qeyd edim ki, heç 170 min doğuşun da hamısı normal hamiləlik deyil. Bunlar arasında fəsadlı hamiləlik, təhlükəli doğuşlar kifayət qədərdir. İl ərzində 170 min doğuşu qəbul edən ginekoloq heyəti 20-22 doğuşun da öhdəsindən gələ bilər, amma burada söhbət təkcə həkim məsuliyyətindən getmir. Hər halda ölkə üzrə 2770 mama-ginekoloqun heç biri istəməz ki, onların əmək faəliyyətində xoşagəlməz hadisə olsun”.
Baş ginekoloq ana ölümündə həkim məsuliyyətsizliyinə də rast gəlindiyini və o barədə də tədbirlər görüldüyünü vurğulayıb.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.11.2017
18.11.2017
17.11.2017
“Evlənəndə məni ölümdən qurtaran yəhudi həkimdən xeyir-dua aldım” – Zəlimxan Məmmədli
“Son gecəsində səhərədək atamın yanında qaldım” – Mərhum prezidentin qızı
“Nə özümü nə də başqa birini bədbəxt etmək istəmirəm” – MİNTAC ELSEVƏR
"Həftə içi" qəzetinin əməkdaşı yol qəzasında həlak oldu
Nizami rayonunda yaşıllığı məhv edib obyekt tikirlər – FOTO-VİDEO
“Zəngilanla bağlı səhifəni oranı görməyən gənclər də maraqla izləyir” – Təranə Şükürlü
Bir nömrənin izi ilə - İcra Hakimiyyətindən gözəllik salonuna…
“Avstriya və Macarıstanda “Soros”un bağlanmasının iki səbəbi var” – Elnur Soltanov
Sevginin zaman üzərində qələbəsi - John From
Sərdar Cəlaloğlu yeni elm sahəsi yaratdı – EKSKLÜZİV