Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Polkovnikin məhkəməsində şahidlər ifadə verib – “MTN İŞİ”
Tarix: 17.05.2017 | Saat: 17:44:00
Bölmə:Gündəm | çapa göndər

Mayın 17-də Bakı Hərbi Məhkəməsində ləğv edilmiş MTN zabiti Mirəziz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 1 il 8 aylıq ibtidai istintaqdan sonra növbəti dəfə müttəhim kürsüsündə əyləşən MTN polkovniki ona qarşı irəli sürülmüş ittiham üzrə zərərçəkən Vidadi Əziz adlı şəxsin vəkillərini dinləyib.

Qeyd edək ki, Mirəziz Əsgərov sahibkarlıq fəaliyyəti ilə məşğul olan Vidadi Əzizovdan hədə-qorxu yolu ilə külli miqdarda pul almaqda təqsirləndirilir. Əziz Vidadi Əsgər oğlu Zaminbankdan 975 min manatdan 675 min manatını hesabından çəkərkən MTN əməkdaşları tərəfindən həbs edilib. Zorla onun qoluna qandal vurulub. 24 aprel 2012-ci ildə Mirəziz Əsgərov Vidadi Əzizdən 100 min manat pul tələb edib. Zorla, silah tətbir edərək və vəzifə səlahiyyətlərini aşaraq ondan rüşvət alıb.

Hafta.az-ın əməkdaşının verdiyi xəbərə görə, proses hakim Elbəy Allahverdiyevin sədrliyi ilə aparılıb. Məhkəmə ictimaiyyətə açıq şəkildə keçirilib. Prosesdə zərərçəkmiş şəxs Vidadi Əzizlə yanaşı onun ailə üzvləri və şahidlər, eyni zamanda keçmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları iştirak ediblər. Əvvəlcə Vidadi Əzizin məhkəməyə şahid qismində təqdim etdiyi şəxslər ifadə verib.

İlk olaraq hakim qarşısına şahid qismində Elyar Abdullayev çıxıb. O, 1993-cü ildən sahibkar Vidadi Əzizlə dostluq münasibətlərinin olduğunu deyib. E. Abdullayev 7 aprel 2012-ci ildə - yəni, dostunun MTN əməkdaşları tərəfindən Zaminbankdan pul çıxararkən qolları qandallanarkən ölkədə olmadığını deyib. Hadisə ilə əlaqədar məlumatları dostundan eşitdiyini vurğulayıb. Hakim Elbəy Allahverdiyev Elyar Abdullayevdən təqsiriləndirilən şəxsi görüb-görmədiyini soruşub. Şahid isə MTN polkovnikinə baxaraq belə bir şəxsi ilk dəfə gördüyünü bildirib. Sonra sərbəst ifadəsinə davam edən Elyar Abdullayev qeyd edib ki, dəfələrlə Mirəziz Əsgərov dostunun yanında olarkən Vidadi Əzizə zəng edərək ondan pul tələb edib:

“Aralarında nə danışdıqlarından xəbərim yoxdur. Amma Vidadi deyirdi ki, Mirəziz müəllimdir, pul istəyir. 2012-ci ilin iyun-iyul aylarında Mirəziz Əsgərov Vidadiyə üç dəfə zəng edib. Deyib ki, “işlə, gətir bizə də ver”. Sonra Vidadi Əziz deyir ki, MTN-də sorğu-sualdan sonra 1 milyon manatdan 300 min manatı ona qaytarmaqlarına peşman olublar. Bunların hamısını Vidadidən eşitmişəm. Mənə o deyib, öz qulaqlarımla duymamışam”.

2012-ci ilin yayında Vidadi Əzizlə “Marxal” restoranını icarəyə götürdüklərini deyən Elyar Abdullayev qeyd edib ki, zərərçəkən şəxs Türkiyədən, İrandan gübrə alveri edib. Şahid Mirəziz Əsgərovun həmin vaxtlar Vidadi Əzizə adətən günorta saatlarında zəng etdiyini bildirsə də, protokolda şahidin həmin zənglərin müxtəlif vaxtlarda edilməsi ilə bağlı ifadə verdiyi vəkil tərəfindən qeyd olunub. Sonra Mirəziz Əsgərov şahidə bir neçə sual ünvanlayıb.

Mirəziz Əsgərov:

- Siz deyirsiniz ki, Vidadi burada olmayanda onun ailəsini ora-bura siz aparıb gətirmisiniz. Həmin vaxtlar (2012-ci ilin aprel ayı –red.) Vidadi Əziz hansı evdə qalırdı?

Elyar Abdullayev:

-Montindəki evində.

Mirəziz Əsgərov:

-Möhtərəm hakim, amma bundan əvvəlki məhkəmələrdə Vidadi Əziz, onun həyat yoldaşı və digər vəkillər qeyd edib ki, həmin vaxt onun evi təmirdə olduğu üçün bacısının evində qalıblar. Bu şahidin həmin şəxslərlə ifadəsi düz gəlmir.

Sonra şahid qismində 82 yaşlı Ziyad Rzayev ifadə verib. Ziyad Rzayev qeyd edib ki, təqsirləndirilən Mirəziz Əsgərovu şəxsən tanımır. Onun Vidadi Əzizlə görüşməsinin şahidi olmayıb. Sadəcə olaraq onun Vidadi Əzizdən pul tələb etməsi ilə bağlı məlumatları elə zərərçəkənin özündən eşidib:

“Biz bu hadisələrdən iki il əvvəl Goranboyda qoyun və mal ferması yaratdıq. Pulun cüzi hissəsini mən, qalanını isə Vidadi müəllim qoydu. Əziyyətini isə mən çəkirdim. Vidadi mənim bacım qızının yoldaşıdır. Vidadinin göstərişi ilə fermer təsərrüfatını mənim adıma qeydiyyatdan keçirdik. Hadisələr vaxtı Vidadi gəlib dedi ki, Mirəziz Əsgərov ondan 40 min manat tələb edir. Ona görə də heyvanları satası olduq”.

Şahid qismində ifadə verən Fərman Abdullayev isə qeyd edib ki, Vidadi Əzizi 1990-91–ci illərdən – hərbi xidmət dövründən tanıyır. Özü əmlakçı işlədiyini bildirib. O, Vidadini taxta biznesi ilə məşğul olan digər dostu Nəriman Cavadovla tanış edib. Vidadi Əzizin ona həvalə yolu ilə gələn və MTN-dən çıxdıqdan sonra qara sellofanda zərərçəkənə qaytarılan 300 min manatı dostunun ona ev almaq üçün verdiyini deyib. Biz də 297 min manata ev aldıq. Pulun qalanı mənə qaldı:“Mirəziz Əsgərov Vidadiyə dəfələrlə zəng edib onu görüşə dəvət edib”.

Mirəziz Əsgərov söz alaraq bildirib ki, Vidadi Əzizlə 4 dəfə telefon danışığı olub və onun üçü zərərçəkən tərəfindən edilib. Cəmi bir dəfə o sahibkara zəng vurub ki, bu zəngin müddəti də cəmi 19 saniyə çəkib.

Məhkəməyə ifadə verən Nəriman Cavadov isə bildirib ki, xaricdən Vidadi Əzizin adına həvalə yolu ilə gələn pulu o vaxt birdəfəyə bank vasitəsi ilə götürmək mümkün deyildi:

“Bazarda bir nəfər vardı, Namiq. Onun vasitəsi ilə bankdan bir milyon manatı götürdük. Sonra Vidadi mənə zəng etdi ki, pul gəlib getdik götürməyə. Şənbə günü idi. O vaxtlar şənbə günü günortaya qədər bank işləyirdi. Daha dəqiq desəm Miri adlı şəxs dedi ki, Vidadiyə çatacaq pul artıq gəlib, gedib götürmək lazımdır. Bankda 260 min pul qaldı, qalanını götürdük. 100 min manat bir idi, 260 min manat da bir. Sonra bizi MTN əməkdaşları gəlib apardı. Xüsusi geyimdə idilər. Mən Mirəziz Əsgərovu MTN-də gördüm, o mənimlə söhbət aparmayıb. Çıxanda Vidadi döyülməsi ilə bağlı mənə heç nə demədi. Mənə də orada zor tətbiq etməmişdilər. Mənim 11 min manat pulumu stolun üstünə düzmüşdülər. Hamısını özümə qaytardılar. Heç nə almadılar. Mirəziz müəllim nəsə problem olacağı halda mənə zəng et-deyib telefon nömrəsini mənə verdi amma bir dəfə də olsun zəng etmədi”.

Sonra məhkəmə qısa fasilə elan edib və fasilədən sonra iclas qapalı şəkildə davam etdirilib. 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.11.2017
18.11.2017
17.11.2017
“Evlənəndə məni ölümdən qurtaran yəhudi həkimdən xeyir-dua aldım” – Zəlimxan Məmmədli
“Son gecəsində səhərədək atamın yanında qaldım” – Mərhum prezidentin qızı
“Nə özümü nə də başqa birini bədbəxt etmək istəmirəm” – MİNTAC ELSEVƏR
"Həftə içi" qəzetinin əməkdaşı yol qəzasında həlak oldu
Nizami rayonunda yaşıllığı məhv edib obyekt tikirlər – FOTO-VİDEO
“Zəngilanla bağlı səhifəni oranı görməyən gənclər də maraqla izləyir” – Təranə Şükürlü
Bir nömrənin izi ilə - İcra Hakimiyyətindən gözəllik salonuna…
“Avstriya və Macarıstanda “Soros”un bağlanmasının iki səbəbi var” – Elnur Soltanov
Sevginin zaman üzərində qələbəsi - John From
Sərdar Cəlaloğlu yeni elm sahəsi yaratdı – EKSKLÜZİV