Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Şahzadə tacını eşqinə qurban verdi - FACEBOOK GÜNDƏLİYİ
Tarix: 17.05.2017 | Saat: 18:15:00
Bölmə:Facebook gündəliyi | çapa göndər

Mayın 17-də sosial şəbəkə istifadəçiləri bir çox maraqlı mövzularla bağlı statuslar, rəylər paylaşıblar. Onlardan bəzilərini sizlərin də diqqətinə təqdim edirik.


Şahzadə tacını eşqinə qurban verdi

 

Yaponiyanın imperatoru Akihito və imperatriça Mitikonun ilk nəvəsi, şahzadə Mako Aksiino tacından, titulundan və əlahəzrət ailəsinə məsxus olan bütün imtiyazlardan imtina etməyə qərar verib. O, "adi şəxs" olan sevgilisinə ərə getmək niyyətindədir. Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 25 yaşlı şahzadə Mako Tokiodakı Beynəlxalq Xristian Universitetini (International Christian University, İCU), 2016-cı ildə isə Britaniyadakı məşhur Lester Universitetini başa vurub. Daha sonra şahzadə Mako Dublin və Edinburq universitetlərində doktoranturanı bitirib. Kulturologiya doktoru olan şahzadə Mako hazırda Tokio Universiteti Muzeyində elmi işçidir. O, 25 yaşlı sevgilisi Key Komuro ilə İCU-da oxuyarkən tanış olub. 2012-ci ildə şahzadə Mako Tokionun Ginza səmtindəki restoranlarından birində olarkən Komuro ilə rastlaşıb, bu tanışlıq sonradan sevgiyə çevrilib. Yokohama şəhərində yaşayan K.Komuro bankda çalışır. Şahzadə Mako sevgilisini atası, şahzadə Akisino və anası, şahzadə Kiko ilə tanış edib. Onlar nikaha razılıq veriblər.Yaponiyadakı qanunlara və adətlərə görə, şahzadə Mako "adi vətəndaş"a ərə gedəndən sonra imperator ailəsinin mənsubuna şamil edilən bütün imtiyazlarından və titullarından məhrum olacaq.

Fəridə Cavadova: "Ağlı yoxdur, mən olsam heç kimə görə o cür imtiyazlardan əl çəkməzdim".


Ebru Gündeşin qazancı heyrətləndirdi


Müğənni Ebru Gündeşin 7 ayda qazandığı məbləğ heyrətləndirib. Axşam.az bildirir ki, sənətçi ötən ilin oktyabrından başlayaraq İstanbulun əsas konsert salonlarından olan "Günay"da 25 konsert verib. Mövsümün son konserti üçün dünən səhnəyə çıxan Ebru bu aylar ərzində ümumilikdə 2,5 milyon lirə (təxminən 1,3 milyon manat) qazanıb. O, hər konsertində 3 saat səhnədə qalıb, təxminən 50 mahnı səsləndirib.
Mətanət İbadova: "Bizim müğənnilərə çata bilməz, yarım saatı 5000 manat".


Brilyant sırğalar 57 milyon dollara satılıb


İsveçrənin "Sothebys" hərracında hər biri 16 karat olan brilliant sırğa rekord qiymətə - 57.4 milyon dollara satılıb. Lakin buna baxmayaraq sırğaların ilkin dəyərləndirmədən aşağı qiymətə satıldığı bildirlir. Sırğaların 70 milyon dollara satılacağı gözlənilirdi. Heç bir qüsuru olmayan hər iki daş Cənubi Afrika Respublikasındakı mədəndən hasil edilib. Sırğaları alan şəxs adının açıqlanmasını istəməyib. Sırğalar "Appollo və Artemis" adını alıb. Onlar rəngi istisna olmaqla tamamilə eynidilər "Artemis" briliantı çəhrayı, "Apollo" isə mavi rəngdədir. Buna görə briliantların qiyməti də fərqlənir. "Artemis" daşı 15.5 milyon dollara, "Apollo" isə 42,5 milyon dollara satılıb. Qiymətlərdəki fərq mavi brilliantın çəhrayı ilə müqayisədə nadir rast gəlinən brilliant olmasıyla izah olunub.
Məhəmməd Əliyev: "Bu qədər pulu 500 il işləsəm də qazana bilmərəm".

Anar,
hafta.az


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.11.2017
19.11.2017
18.11.2017
“Evlənəndə məni ölümdən qurtaran yəhudi həkimdən xeyir-dua aldım” – Zəlimxan Məmmədli
“Son gecəsində səhərədək atamın yanında qaldım” – Mərhum prezidentin qızı
“Nə özümü nə də başqa birini bədbəxt etmək istəmirəm” – MİNTAC ELSEVƏR
"Həftə içi" qəzetinin əməkdaşı yol qəzasında həlak oldu
Nizami rayonunda yaşıllığı məhv edib obyekt tikirlər – FOTO-VİDEO
“Zəngilanla bağlı səhifəni oranı görməyən gənclər də maraqla izləyir” – Təranə Şükürlü
Bir nömrənin izi ilə - İcra Hakimiyyətindən gözəllik salonuna…
“Avstriya və Macarıstanda “Soros”un bağlanmasının iki səbəbi var” – Elnur Soltanov
Sevginin zaman üzərində qələbəsi - John From
Sərdar Cəlaloğlu yeni elm sahəsi yaratdı – EKSKLÜZİV