Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
ÜAK-ın bağlanması münasibətlərə kölgə sala bilər - ŞƏRH
Tarix: 18.05.2017 | Saat: 12:55:00
Bölmə:Siyasət | çapa göndər

Mayın 15-də Rusiya Ali Məhkəməsi Ümumrusiya Azərbaycanlıları Konqresinin bağlanması ilə bağlı qərar qəbul etdi.  Adıçəkilən ölkədə yaşayan soydaşlarımız isə deyir ki, bu onlara qarşı hörmətsizlikdir.

Azərbaycan-Türkiyə Evinin icraçı direktoru, diaspor məsələləri üzrə ekspert, vaxtilə ÜAK-la sıx əlaqələrə malik olmuş Toğrul Allahverdili deyib ki, Rusiya Ali Məhkəməsinin Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatını ləğv etməsi hər bir azərbaycanlını üzür, bu hal xüsusən Rusiyada və digər xarici ölkələrdə yaşayan diaspor nümayəndələri tərəfindən təəssüf hissi ilə qarşılanıb:

“Azərbaycanın dövlət qurumları, ayrı-ayrı diaspor təşkilatları, ÜAK rəhbərliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin bütün səylərinə baxmayaraq, Rusiya Ali Məhkəməsi Azərbaycanın ən böyük diaspor təşkilatının ləğvi barədə iddianı təmin etdi və ədalətsiz qərar qəbul etdi. Bir daha qeyd edim ki, bu qərar Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlıq münasibətlərinə, iki xalq arasında dostluq əlaqələrinin mahiyyətinə tamamilə ziddir. Azərbaycan və Rusiya arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdiyi bir vaxtda qəbul olunmuş bu qərar Azərbaycan və Rusiya arasında formalaşmış etimada kölgə sala bilər.

Toğrul Allahverdili həmçinin qeyd edib ki, ÜAK ətrafında bir neçə aydır davam edən qalmaqal və son olaraq təşkilatın fəaliyyətinin dayandırılması barədə qərarın arxasında Azərbaycan-Rusiya tərəfdaşlığını özünə təhlükə kimi görən qüvvələrin, xüsusilə erməni diasporu və erməni lobbisinin təsirində olan bəzi şəxslərin fəaliyyəti dayanır:

“Rusiya nəzərə almalıdır ki, Azərbaycanda yaşayan rusların mədəniyyətinə, dəyərlərinə və dilinə dövlət qayğısı var. Bu, belə də olacaq, çünki Azərbaycanda yaşayan ruslar bizim həmvətənimizdir, Azərbaycanın övladlarıdır".

Ümumrusiya Azərbaycanlıları Konqresinin ilk günlərindən təşkilatın üzvü olmuş Yekaterinburq şəhərində yaşayan soydaşımız Xatib Namazov hafta.az–a açıqlamasında deyib ki, Rusiya Ədliyyə Nazirliyinin konqres haqqında bu qədər qərəzli mövqe tutmasını anlamır:

“Nizamnamədə edilən xırda dəyişikliklərə görə, iki ölkə arasında körpü rolunu oynayan bir təşkilat niyə dağılmalı idi. Görünür, burada erməni məkri və ermənilərə simpatiyası olan rusların böyük əməyi var. Bircə onu deyə bilərəm ki, Rusiya hakimiyyəti  ÜAK-ın bağlanmasına göz yummaqla, Azərbaycanla olan körpüləri laxlatdı. Heç olmaya Bakıda, Sumqayıtda və başqa şəhərlərimizdə ruslar üçün yaradılan mədəniyyət ocaqlarına, dövlət hesabına təmir olunmuş kilsələrimizə baxıb utansınlar. Ümid edirəm ki, apelyasiya şikayətinə Moskvanın Ədalət Məhkəməsi qərəzsiz baxacaq. Haqq-ədalət bərpa olunacaq. Çünki təməlini ulu öndər qoymuş, xeyir-duasını ümummilli liderimiz vermiş bir təşkilata bu cür ögey münasibət qəbulolunmazdır”. 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.11.2017
23.11.2017
“Ərdoğanla Putin bir-biri ilə ən yaxşı anlaşan liderlər hesab edilir” - Hasan Oktay
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi
"Erməni məzarları üzərində tikilmiş ayaqyolu sökülməyəcək" - Atif Çiçəkli
“Bu il 750 avtobus əsaslı təmir olunaraq yenidən xəttə buraxılıb” – Mais Ağayev
Gəlin, ailə mədəniyyətini birlikdə qoruyaq
“Neftin qiymətlərinin artması bizi arxayınlaşdırmamalıdır” – Fikrət Yusifov
Yeni ildə 5 gün iş olmayacaq
“Lirə və rublun məzənnəsinin dəyişməsi manata təsir edir” – Vüqar Bayramov
“Bulvar İdarəsi yeni illə bağlı “Tədbirlər planı” hazırlayır” – APARAT RƏHBƏRİ