Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bakıya heyran qalanlar danışır - TURİSTLƏRİN İSLAMİADA TƏƏSSÜRATLARI
Tarix: 18.05.2017 | Saat: 17:46:00
Bölmə:Reportaj | çapa göndər

Ölkəmizdə keçirilən və mayın 12-dən start götürən IV-cü İslam Həmrəyliyi Oyunlarının artıq bir həftəsi arxada qalıb. Yarışların ən həyəcanlı mərhələsidir. Otuz ölkənin mükafatçıları sırasına adını yazdırdığı islamiadanın əsas bəzəyi sözsüz ki, xarici qonaqlardır – yəni turistlər. Onları əsasən media mərkəzlərinin, BEGOC-un, eləcə də yarışların keçirildiyi arenalarda görmək olar.

Onların bir neçəsi ilə söhbətləşib, ölkəmizdə keçirilən 10 günlük idman bayramı haqqında fikirlərini öyrənməyə çalışdıq.

Albaniyadan ölkəmizə təşrif buyuran Ali Masudovic və oğlu Musa hafta.az-a açıqlama verərək, islamiadanın çox yaxşı təşkil olunduğunu bildiriblər. Ali Masudoviç islam oyunlarına ailə üzvləri ilə birgə gəldiyini deyir:

“Çox gözəl şəhəriniz var, ilk dəfədir paytaxtınızda oluram. Gecələr yorğun olsam da, nağıllar aləmini xatırladan işıqlandırmaya baxıb fotoqrafımı götürüb şəhərə çıxıram. Dörd gündür ki, Bakıdayam. Kabablarınızı çox sevdim, bir də pitini. Piti bizim “qudya” adlı yeməyimizi xatırlatdı. Tamı fərqli olsa da, görünüşü eynidir (gülür). Mən Albaniyaya azarkeşlik edirəm”.

Elə bu vaxt Musa Masudovic atasının sözünü yarımçıq qoyur və söhbətin axarına özü istiqamət verir:

“Taekvandoda bəxtimiz gətirmədi. Atıcılıqda da işlərimiz yaxşı getmədi. Medal ümidlərimiz çox idi. Hələlik, medal hesabımızı açmamışıq. Düzdür heyət də az gəlib. Ümid edirik ki, idmançılarımız bizi sevindirəcək. Amma medalsız da qalsaq üzülməyəcəyik. Çünki 4 gün ərzində möhtəşəm adrenalin yaşamışıq. Qonaqpərvər insanlarınız var. Hər kəsə gülümsəyirlər. Təşkilatçılıqdan da narazı deyilik”.

Pakistanlı Heydər Qarçabayi isə Pakistan millisinə azarkeşlik etdiyini deyir. Onun da islamiadanın təşkilatçılığı və yarışların həyəcanı barədə fikirlərini öyrənməyə çalışırıq. Üç il əvvəl  Bakıda Tibb Universitetini bitirən Qarçabayi artıq dilimizi də öyrənib:

“Nə yalan deyim, iki ölkəyə azarkeşlik edirəm, Pakistana və Azərbaycana. Siz ev sahibi kimi yüksək performans göstərmisiniz. Artıq 50 qızıl medal qazanmısınız. İdmançılarınızı və azarkeşlərinizi təbrik edirəm. Bizim isə cəmi beş medalımız var. Amma hələ də qızıl medala həsrətik. Ümid edirəm o da olacaq. Bura mənə çox doğmadır. 6 il Bakıda yaşamışam. İslam Oyunlarına çox gözəl hazırlaşıbsınız. Könüllülərin işi, əməyi təqdirolunandır. Otellər, yeməklər, istirahət mərkəzləri, arenadan-arenaya pulsuz nəqliyyat, bir sözlə, hər şey çox möhtəşəmdir. Təşəkkürlər, Azərbaycan”.

Əfqanıstan nümayəndəsi Əhmədxan Putayibar isə deyir ki, Bakıya ilk dəfə düşəndə gözlərinə inanmayıb:

“Elə bildim Avropanın hansısa şəhəridir, Bakını belə təsəvvür etmirdim. Çox gözəldir. Bizdə dəniz yoxdur. Xəzəri çox sevdim. Dəniziniz neft qoxuyur, bu da o deməkdir ki, neft ölkəsisiniz və işıqlı sabahınız var. Olimpiya stadionunun yanındakı asma körpünüzə isə lap heyran qaldım. Bizdə belə körpü yoxdur. Bunun müsəlman ölkəsində olması isə qürurvericidir. Təşkilatçılıq çox xoşuma gəldi, turistlərin rahatlığı üçün hər şey edilib. İnanın ki, Bakıya bir daha gəlmək istəyirəm. İçərişəhərdə oldum, yeməklərimiz demək olar ki, bir-birinə dad və oxşarlıq baxımından çox yaxındır. Plov isə demək olar ki, eynidir”.

Yolumuz “Dalğa Arena”yadır. Azərbaycan və Əlcəzair futbolçularının oyununa tələsirik. Arenaya çatanda turistlərin yer aldığı sektaya doğru gedib özümə boş oturacaq tapıram. Yanımda müsəlman Hindistan və Tunis vətəndaşları əyləşib. Hindistanlı Muhammad Ali Vassan deyir ki, o, Azərbaycana azarkeşlik edir:

“Komandanızın oyunu çox xoşuma gəldi. Əlcəzairə azarkeşlik etməyəcəyəm, çünki vaxtilə Praqada təhsil alarkən sevdiyim qız da bu ölkədən idi. Məni atıb getdi, ona görə də əlcəzairlilərdən xoşum gəlmir. Mən daha çox futbol oyunları üçün Bakıya gəlmişəm. Kamerun və Azərbaycan millisinə azarkeşlik edirəm. Fikrimcə, finalda bu iki komanda qarşılaşacaq”.

Tunisdən olan Xuan Tomar Merrakin isə millimiz qol vurduqca ayağa qalxır, qışqırır. Yerli komandaya azarkeşlik etdiyini deyir. Həyat yoldaşı da Azərbaycan əsillidir:

“Yoldaşım Təbrizdəndir, azərbaycanlıdır. Biz Tunisdən olsaq da, Türkiyədə yaşayırıq. Konyadan Bakıya təşrif buyurmuşuq. İlk dəfədir ki, Bakıdayıq. Çox gözəl ölkəniz var. Havası da çox xoşdur, Bakının küləyini çox sevdim. Yarışlar haqqında onu deyə bilərəm ki, təhlükəsizlik çox yaxşı təşkil olunub. İdmançılar, turistlər üçün hər şey yaradılıb. Tunisə, Türkiyəyə və Azərbaycana azarkeşlik edirik. Türkiyə və Azərbaycan medal sıralamasında birinci və ikinci yeri bölüşür. Tunis isə on medal qazanıb. Onun cəmi bircəciyi qızıldır. Amma məncə pis nəticə deyil”.

Azərbaycan Əlcəzair oyunu başa çatır. Oyun 2:0 hesabı ilə millimizin xeyrinə yekunlaşır. Komandamız finala yüksəlməklə tarixində ilk dəfə olimpiadanın ən azı gümüş mükafatını özü üçün təmin etməyi bacardı. 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.11.2017
21.11.2017
BakuBus avtobusunun salonundan qədim pullar tapıldı
“Ərdoğanla Putin bir-biri ilə ən yaxşı anlaşan liderlər hesab edilir” - Hasan Oktay
"Erməni məzarları üzərində tikilmiş ayaqyolu sökülməyəcək" - Atif Çiçəkli
“Sözə həmişə qənaət etməyə çalışmışam” - ƏDƏBİ DÜŞÜNCƏ
“Bu il 750 avtobus əsaslı təmir olunaraq yenidən xəttə buraxılıb” – Mais Ağayev
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi
Gürcüstandakı soydaşlarımız ana dilində dərslik çatışmazlığı ilə üzləşiblər
Qazaxıstanın müstəqilliyinin simvolu - təngə
“Neftin qiymətlərinin artması bizi arxayınlaşdırmamalıdır” – Fikrət Yusifov
“Bulvar İdarəsi yeni illə bağlı “Tədbirlər planı” hazırlayır” – APARAT RƏHBƏRİ
“Evlənəndə məni ölümdən qurtaran yəhudi həkimdən xeyir-dua aldım” – Zəlimxan Məmmədli
“Son gecəsində səhərədək atamın yanında qaldım” – Mərhum prezidentin qızı
“Nə özümü nə də başqa birini bədbəxt etmək istəmirəm” – MİNTAC ELSEVƏR
"Həftə içi" qəzetinin əməkdaşı yol qəzasında həlak oldu
Nizami rayonunda yaşıllığı məhv edib obyekt tikirlər – FOTO-VİDEO
“Zəngilanla bağlı səhifəni oranı görməyən gənclər də maraqla izləyir” – Təranə Şükürlü
“Budapeşt mələyi” tamaşaçıların ürəyini parçaladı - FOTO
Bir nömrənin izi ilə - İcra Hakimiyyətindən gözəllik salonuna…
“Avstriya və Macarıstanda “Soros”un bağlanmasının iki səbəbi var” – Elnur Soltanov
Sərdar Cəlaloğlu yeni elm sahəsi yaratdı – EKSKLÜZİV