Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Pensiyaların maliyyələşdirilməsinə nə qədər vəsait yönəldilib?
Tarix: 18.05.2017 | Saat: 18:45:00
Bölmə:Sosial | çapa göndər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun ilkin məlumatlarına əsasən, cari ilin yanvar-mart aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə 824,3 mln. manat vəsait yönəldilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 68,8 mln. manat və ya 9,1 faiz çoxdur.

Dövlət Statistika Komitəsindən aldığımız məlumata görə, vəsaitin 97,4 faizini pensiya xərcləri təşkil edib. 2017-ci ilin üç ayı ərzində əhaliyə 21,5 mln. manat məbləğində müavinət ödənilib ki, bunun da 20 faizi hamiləliyə və doğuma görə, 24 faizi əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 16,8 faizi dəfn üçün, 39,2 faizi isə digər məqsədlər üçün ödənilən müavinətlərə yönəldilib.
2017-ci il aprelin 1-i vəziyyətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda 1 mln. 318,9 min nəfər pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 13,6 faizini təşkil edir. Onların 59,3 faizi yaşa, 29,2 faizi əlilliyə, 11,5 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.
Ölkədə pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan prezidentinin 2017-ci il 21 yanvar tarixli 2611 nömrəli sərəncamına əsasən 2016-cı il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq cari ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılıb.
Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,6 faiz artaraq 200,3 manat təşkil etmiş və orta aylıq əmək haqqının 38,9 faizinə bərabər olub.
2017-ci il aprelin 1-i vəziyyətinə 374,9 min nəfərə sosial müavinətlər təyin olunub. Yaşa görə müavinət alanların sayı 19,1 min nəfər, əlilliyə görə - 154,7 min nəfər, ailə başçısını itirməyə görə - 43,4 min nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşadək uşaqların sayı isə 71,9 min nəfər olub.

Prezident təqaüdü alanların sayı

Əmək pensiyası almaq hüququ olmayan 53,7 min nəfərə kommunal, nəqliyyat və digər xidmətlər üçün müavinət verilib.
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 421 nəfər qəyyumuna aylıq müavinət verilib. Bununla yanaşı, şəhid ailələrinin, müharibə əlillərinin, Çernobıl AES-də baş vermiş qəzanın ləğvində iştirak edərək I və II qrup əlil olmuş şəxslərin və müddətli hərbi xidmət qulluqçularının 9,7 min ailəsinə 18,1 min uşaq üçün aylıq müavinət verilib. Bundan əlavə, 3243 nəfər bir yaşadək uşağa görə 3188 ailəyə və beşdən çox uşağı olan 3,1 min qadına 8,9 min uşaq üçün sosial müavinət verilib.
2017-ci ilin üç ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 30153 nəfərə, o cümlədən 24257 uşağın doğulmasına görə, 3938 nəfərə radiasiya qəzası nəticəsində əlil olmuş şəxslərin müalicəsi üçün, 1143 nəfərə penitensiar müəssisələrində cəza çəkməkdən azad edilmiş şəxslərə və həyatını itirmiş 815 nəfərin dəfni üçün birdəfəlik müavinətlər verilib.
Azərbaycan prezidentinin təqaüdünü almış şəxslərin sayı isə 58,2 min nəfər olub.

İyulun 1-dən pensiyaya çıxanlar üçün

Xəbnər verildiyi kim, iyulun 1-dən etibarən pensiyalar yeni qanunvericiliyə uyğun müəyyən olunacaq. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov hazırda nazirlikdə dəyişikliklə bağlı iş getdiyini deyib: “Bu, indiyədək pensiyaya çıxmış şəxslərə şamil olunmayacaq. Qanuna edilmiş yeni dəyişikliklər 1 iyuldan sonra pensiyaya çıxacaq şəxslərə şamil olunacaq. Burada qaydalarla bağlı bəzi işlər aparılır və qaydalar təsdiq olunandan sonra bunlar bəlli olacaq. Bundan başqa, dəyişikliklərin indiyə qədər pensiyaya çıxmış və sonradan əmək haqları artırılan şəxslərə hansı formada şamil olunacağı da qaydalarda öz əksini tapacaq. İyulun 1-dək işlər başa çatdırılacaq və dəyişikliklər qüvvəyə minəcək. Bu daimi bir prosesdir. Yəni 2006-cı ildə "Əmək penaiyaları haqqında qanun" qəbul olunanda da keçid dövrü kimi 10 illik müddət nəzərdə tutulmuşdu. Düşünürəm ki, bu Azərbaycanda prezidentin göstərişi ilə tam sığorta prinsipləri əsasında fəaliyyət göstərən pensiya sistemini qururuq”.
S.Müslümov əlavə edib ki, cari ilin iyulun 1-dək pensiyaya çıxacaq şəxslərin hər biri hazırda qüvvədə olan "Əmək pensiyaları haqqında" qanunla müəyyən olunmuş müddəalardan yararlanacaq: "İyulun 1-dən pensiyaya çıxanlar isə yeni qanunvericiliyin müddəalarından istifadə edəcəklər".

Bu mövzu periodik olaraq Avropada da aktual olub

Dəyişikliklər arasında pensiya yaşını artırmaq təklifi ciddi müzakirə predmetinə çevrildi. Yeniliyə əsasən, kişilər üçün pensiyaya çıxmaq üzrə yaş həddi 2021-ci ilə, qadınlar üçünsə 2027-ci ilə qədər olmaqla hər il 6 ay müddətinə artırılaraq 65-ə çatdırılmalıdır. Maraqlıdır, pensiya yaşı niyə artırıldı və məsələnin kökündə nə dayanır? Ən əsası bu dəyişiklikdən sonra büdcənin yükü nə qədər azalacaq?
Mövzunu şərh edən iqtisadçı-ekspert Pərviz Heydərov deyir ki, pensiya yaşının qaldırılması təkcə bizdə aktual deyil. Hansı ölkə iqtisadi və maliyyə çətinlikləri ilə üzləşirsə, o ölkələrin hökumətlərinin gündəmə gətirdiyi iki-üç mövzudan biri məhz bu məsələ olur: “Avropa ölkələrində bu mövzu periodik olaraq həmişə aktual xarakter daşıyıb. Avrozona Yunanıstan, İtaliya və Portuqaliya ilə bağlı kritik situsiya ilə üzləşdikdə Almaniya kansleri Angela Merkel Aİ ölkələrində pensiya yaşını yuxarı qaldırılmağı təklif etmişdi. Bununla kanslerin hədəfi sosial xərcləri azaltmaq idi. Merkel təklif edirdi ki, Avropa ölkələrində qadın və kişilər pensiyaya 67 yaşında çıxsınlar”.

Qanunsuz yolla pensiyaya çıxma halları aradan qaldırılmalıdır

Ekspert pensiya yaşının artırılması səbəbini belə izah edir: “Birincisi, bu gün ölkədə büdcə təşkilatlarında çalışanların fəaliyyət müddəti 65 yaşa qədərdir. İkincisi, həm neftin ucuzlaşması fonunda, həm də gələcəkdə Dövlər Sosial Müdafiə Fondunun maliyyə dayanıqlılığını təmin etmək baxımından bu, olduqca vacib məsələdir. Üçüncüsü isə, insanların istehsalatda peşə fəaliyyətləri müddəti ilə pensiyaya çıxmaq yaşları arasında həqiqətən də müəyyən uyğunluq yaradılmalıdır.
Fondun xərclərinin 95 fazidən çoxu əmək pensiyalarının ödənilməsinə gedir. Bu isə o deməkdir ki, DSMF-nin yükü çox ağırdır. Bir tərəfdən pensiyaya çıxanların sayının sürətlə artması, digər tərəfdən isə ödənilən pensiyaların istənilən səviyyədə olması üzrə tələb, təkcə fondun öhdəsindən gələ biləcəyi iş deyil. Ölkədə həm məcburi dövlət sosial sığorta ayırmaları üzrə ödənişlərin həcmi durmadan artmalıdır, həm də vətəndaşların pensiya, ümumiyyətlə, sosial müdafiəsi ilə bağlı tədbirlər ilə özəl qurumlar da məşğul olmalıdırlar. Yəni, pensiya məsələsinə kompleks yanaşmaq lazımdır”.
Pərviz Heydərov hesab edir ki, pensiya yaşının artırılmasında DSMF-nın xərclərinin azaldılması və gəlirlərinin çoxaldılması məqsədi güdülürsə və buna nail olmaq istəyiriksə, təkcə pensiyaya çıxmaq yaşını uzatmaq yox, qanunsuz yolla pensiyaya çıxma hallarını tamamilə aradan götürməli, sığorta ödənişlərinin həm şaquli, həm də üfiqi artırılması da təmin olunmalıdır.
Ekspertə görə, ölkədə pensiya islahatının birinci şərtini qanunsuz yolla pensiyaya çıxma hallarının aradan götürülməsi təşkil etməlidir.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.09.2017
22.09.2017
21.09.2017