Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Arvad ərini ”Koroğlu” metrosunun qarşısında döydü – GÜNÜN TƏZADLARI
Tarix: 18.05.2017 | Saat: 19:15:00
Bölmə:Günün təzadları | çapa göndər

Metronun “Koroğlu” stansiyasının çıxışında xoşagəlməz hadisə yaşandı. Hafta.az-ın “Yeni çağ”a istinadla verdiyi xəbərə görə, ərlə-arvad hər kəsin gözü önündə əlbə-yaxa davaya çıxıblar. Hadisənin canlı şahidi bildirib ki, valideynlərin bu davasını azyaşlı uşaqları göz yaşları içində izləyiblər. Onlar bir-birini yumruqlamaqla yanaşı, təhqirdən də çəkinməyiblər. Maraqlıdır ki, bu davada ən çox zərərçəkən şəxs arvad yox, evin kişisi olub. Qadın tərəfindən ciddi fiziki təzyiqə məruz qalan kişi, uşağının da arvadı tərəfindən küçə ortasında döyülməsini, sadəcə, izləməklə kifayətlənib. Cütlük sonda heç nə olmamış kimi sözügedən ərazidə marşruta əyləşiblər. Olayın videogörüntüləri də yayılıb.


Prezident 11 qadın nazir təyin etdi


Fransa prezidenti Emmanuel Makron hökumətdə 22 postdan (18 nazir və 4 dövlət katibi) 11-ni qadınlara verdi. Hafta.az Qazeta.ru-ya istinadla xəbər verir ki, buna səbəb dövlət başçısının yeni hökumət heyətində gender balansı yaratmaq istəyi olub. Mayın 18-də Nazirlər Kabinetinin ilk iclası keçirilib. Məlum olub ki, Silvu Qular müdafiə naziri, qılıncoynatma üzrə Olimpiya çempionu Laura Futsel idman naziri, Aqnes Buzin səhiyyə, Fransuaza Nissen mədəniyyət, Marlen Skiappa isə hökumətdə gender bərabərliyi naziri təyin edilib.


Bakıda 1 saatlıq intervalla hərəkət edən avtobus olduğu bilindi


Bakının Balaxanı qəsəbəsinə gedən avtobusun 1 saatlıq intervalla işlədiyi bəlli oldu. Hafta.az Musvat.com-a istinadla xəbər verir ki, Balaxanıda “2-ci Mədən ərazisi” adlanan ərazinin sakinləri ictimai nəqliyyat problemindən şikayətçidir. “Sakinlər bildirirlər ki, əraziyə yalnız 54 nömrəli avtobus işləyir ki, onu da bir saat gözləmək məcburiyyətində qalırlar. Deyilənlərin nə dərəcədə doğru olub-olmadığını yoxlamaq üçün biz də qeyd olunan avtobusla “2-ci Mədən ərazisi”nə yol aldıq. “8-ci Kilometr” bazarının qarşısında bir xeyli gözlədikdən sonra nəhayət, avtobus gəldi. Sürücüdən öyrəndik ki, avtobusun 1 saat intervalla işləməsinin səbəbi 54 nömrəli marşrut xətti üzrə yalnız bir maşının olmasıdır. Sürücü bildirdi ki, marşrutun yolu üzrə sərnişin sayı az olduğu üçün əlavə avtobus verilmir. Sakinlər isə fərqli fikirdədirlər. Sakin Sənubər Həsənova aşağıdakıları bildirdi: “Axşam saat 8-dən sonra marşrut, ümumiyyətlə, işləmir. Avtobus kiçiktutumludur və çox narahatdır. Narahatlığına, kiçik olmasına birtəhər dözürük. Ancaq 1 saat intervalla işləməsi bizə çox maneə yaradır...”.


Lənkəranda günün-günortaçağı dükan soyuldu


Cərşənbə günü səhər saatlarında Lənkəran şəhərində marketə basqın oldu. Hafta.az “Report”a istinadla yazır ki, hadisə şəhərin Mirzə Məhəmmədhüseyn Axund küçəsində, 5 saylı tam orta məktəbin qarşısında günorta saatlarında baş verib. Mağaza sahibinin bildirdiyinə görə, hadisə təhlükəsizlik kamerasına da qeyd olunub. Qəzənfər Məhərrəmova məxsus gündəlik tələbat malları satılan marketə daxil olan şəxs satıcıdan siqaret istəyib. Məhəllə sakini olan, əvvəllər məhkumluq həyatı yaşayan Nicat adlı şəxs isə kassaya yaxınlaşaraq özü ilə gətirdiyi bıçaqla kassada oturan işçini təhdid edib və ona təzyiq göstərib. Sonra kassada olan 550 manat məbləğində pulu götürərək, oradan uzaqlaşıb. Hadisə ilə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsinin növbətçi hissəsinə məlumat verilib. Yaradılan əməliyyat-istintaq qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində marketə basqın edən şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır.


Ağdamda idmançı protein qəbul etməkdən öldü


Ağdam rayon sakini protein qəbul etməsi nəticəsində dünyasını dəyişdi. “Report”un Qarabağ bürosunun məlumatına görə, rayonun “Dörd yol – 2” qəsəbəsində məskunlaşan Ağdam rayon sakini 36 yaşlı Sabir İbrahimov qəflətən səhhətinin kəskin pisləşməsi nəticəsində Bərdə Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Həkimlərin müayinəsi nəticəsində məlum olub ki, 36 yaşlı gəncin qara ciyəri sıradan çıxıb. Həkimləri səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Yaxınlarının sözlərinə görə, Sabir İbrahimov 10 ilə yaxın idmanla məşğul olub. Ağırçəkili daşlardan istifadə edən gənc idmançı mütəmadi olaraq “Protein” vitamini qəbul edirmiş. İki azyaşlı övlad atası olan idmançının ölümünə səbəb vitamini həddindən artıq qəbul etməsi olub.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
28.05.2017
27.05.2017