Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bu qızlar bakirə olmadığı üçün öldürüldü - FOTO
Tarix: 19.05.2017 | Saat: 12:59:00
Bölmə:Hadisə | çapa göndər

Zaman-zaman ailədaxil münaqişələr ağır cinayətlərlə nəticələnir. Buna səbəblərdən biri də bakirəlik məsələsidir. Mətbuat.az bununla bağlı ağır cinayətləri təqdim edir:

Toydan bir gün sonra özünü öldürən gəli...

1997-ci il təvəllüdlü Aytən Nəzərova toy gecəsi gəlin getdiyi evdən qaçaraq, səhər saatlarına qədər şəhərin naməlum ərazilərində gizlənib. Səhər saat 9 radələrində Tovuz rayonunun mərkəzi bazarının yaxınlığında yerləşən, təxminən 10-12 metr hündürlüyündə dəmir yolu xəttinin üzərində yerləşən körpüdən özünü ataraq intihar edib. Mərhum aldığı ağır xəsarətlərlə Tovuz rayon mərkəzi xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Mərhum Aytən Nəzərova toydan təxminən 1 ay əvvəl həyat yoldaşı, 25 yaşlı Amin Qasımov tərəfindən rayonun Düz Cırdaxan kəndinə ana babası Məhəmməd Abbasovun evinə qaçırılıb və 27 gün o evdə saxlanılıb. El adətincə ailələr arasında barışıq olub, toy günü də iyun ayının 10-na təyin olunub.Toy gecəsi oğlanın anası Şəhri Qasımovaya oğlanın yengəsi tərəfindən, həmçinin oğlu Amin Qasımov tərəfindən gəlinin bakirə olmaması xəbərini alması hadisənin bu yerə çatmasına səbəb olub.

Ata 10 yaşlı qızını "əxlaqsız" sayıb öldürdü...

Yəmənin Səna şəhərində qəddar ata 10 yaşlı qızını bir neçə gün vəhşicəsinə döyüb, uşağın bədəninə qızdırılmış bıçaq və qayçı basıb, dəhrə ilə belindəki dərisini kəsərək şırımlar açıb, elektrik cərəyanı ilə işgəncələr verib, əl-ayağını kəsik-kəsik edib. Qız işgəncələrə dözə bilməyərək ölüb.

"Qızımı döydüm ki, qonşudakı kişi ilə yatağa girdiyini boynuna alsın", - deyə həbs olunan ata bildirib.

Nişanlısını bıçaqlayaraq qətlə yetirib

Hadisə Oğuz rayonunun Padar kəndində qeydə alınıb. Oğlan nişanlı olduğu qızla mübahisə edib. Mübahisə zamanı İlkin Rəsulov üzərində gəzdirdiyi bıçaqla Səbinə Əhmədovaya 4-5 bıçaq zərbəsi vuraraq qətlə yetirib. Hadisənin qısqanclıq zəminində baş verdiyi açıqlanıb. Belə ki, cinayəti törədən şəxs nişanlısının ona bakirə olmadığını dediyini iddia edib.

Nişanlısını amansızlıqla qətlə yetirən 26 yaşlı gənc...

Hadisə Türkiyənin Kayseri şəhərində baş verib. 26 yaşlı Yasin Tarlaçı 23 yaşlı nişanlısı Neslihan Tarlaçını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.

Təqsirləndirilən şəxs peşman olmadığını deyib:

"Bakirə olmadığına görə öldürdüm".


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
28.05.2017
27.05.2017