Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Rusiyanın Azərbaycana münasibətini dəyişməliyik” – ÜAK NİYƏ BAĞLANDI?
Tarix: 19.05.2017 | Saat: 14:02:00
Bölmə:Siyasət | çapa göndər

Mayın 15-də Rusiya Ali Məhkəməsinin Ümumrusiya Azərbaycanlıları Konqresi ilə bağlı qərəzli qərarı təkcə ölkə hakimiyyətinin deyil, ictimaiyyətin, eyni zamanda Rusiyanın Azərbaycandakı icmasının da sərt reaksiyası ilə üzləşib. İcma rəhbərliyi Rusiya Ədalət Məhkəməsinin qərarını sərt şəkildə tənqid edib. Çıxarılan qərarın əsassız olduğu, ÜAK-ın apelyasiya qərarına düzgün baxılacağını ümid edildiyi vurğulanıb.

Bəs Azərbaycan indiki məqamda hansı addımları atmalıdır. Rəsmi Bakı Moskvaya hansı adekvat addımla cavab verə bilər?

Məsələyə münasibət bildirən millət vəkili, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa hafta.az-a açıqlamasında deyib ki, Azərbaycan indiki məqamda Ümumrusiya Azərbaycanlıları Konqresinin bağlanması ilə bağlı məhkəmə qərarını davam etdirməlidir. Bu məsələdə çox da kəskin ritorikaya getməməliyik:

“Çalışmalıyıq ki, hüquqi yollarla konqresə və ümumrusiya azərbaycanlılarına qarşı irəli sürülən ittihamların əsassızlığını sübut edək. Hüquqi bəhanələri kəsək. Sonrakı məqamlarda yerdə qalan məsələlərlə bağlı düşünüb bir addım atmaq olar. Hər halda bu iki ölkə arasındakı münasibətlərin pisləşməsinə səbəb olan bir addım olduğuna görə məsələnin mürəkkəbliyi özünü qoruyur. Məsələ ətrafında geniş fikir mübadiləsi aparmalıyıq. Rusiya Azərbaycana qarşı xoş niyyət sərgiləmir. Onu da unutmamalıyıq ki, Qarabağın işğalında da əsas rolu Moskva oynayıb. Faktiki olaraq Ermənistana dəstək verib. Adətən güclü ölkələri nədəsə ittiham etmək əvəzinə, böyük dövlətlərin siyasətinin dəyişməsi, yumşalması istiqamətində addım atmaq bizim üçün daha vacibdir. Ona görə də Rusiyanın bu cür yanlış siyasətinin ölkəmizə daha çox zərər vurmaması üçün çalışmalıyıq. Rusiyanın Azərbaycanla münasibətlərinin korlanmasının onun maraqlarına cavab vermədiyi fikrinə varması üçün addımlar atmalıyıq”.

Millət vəkili, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri (ADİP) Asim Mollazadə isə deyib ki, Moskvanın məsələyə yanaşma tərzi düzgün deyil və bu, haqsız, ədalətsiz yanaşmadır:

“Hesab edirəm ki, ÜAK-ın bağlanması ilə bağlı məsələnin gündəmə gətirilməsi və məhkəmə prosesinin təşkil edilməsi Azərbaycana qarşı təzyiqin bir formasıdır. Rusiyanın hansı planı vardırsa, bu yolla Azərbaycana təzyiq edib, mövqeyini diqtə etmək istəyir”.

Millət vəkilinin sözlərinə görə, Rusiyanın ÜAK-la bağlı qərarı ümumiyyətlə beynəlxalq prinsiplərə və qaydalara zidd olan haldır. Bu hadisə bir daha Rusiya daxilində milli və dini azlıqlara qarşı haqsız və ədalətsiz münasibətin göstəricisi kimi dəyərləndiriləcək:

“Rusiyanın ÜAK-a qarşı bu niyyətinin arxasında, qurumu öz nəzarəti altına alması durur. Bu yolla Rusiya Azərbaycana qarşı təzyiq etmək istəyir”, - deyə o, vurğulayıb. ÜAK-dan sonra belə hallar digər milli və dini azlıqlara qarşı təqibləri davam etdirəcək. Kim ki, Rusiyanın diqtəsi ilə hərəkət etmir, o ölkənin Rusiyada fəaliyyət göstərən milli və dini azlıqlara qarşı belə təzyiqlər olacaq”.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
28.07.2017
27.07.2017
26.07.2017