Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
QİÇS-ə yoluxanların şok statistikası
Tarix: 19.05.2017 | Saat: 18:30:00
Bölmə:Sosial | çapa göndər

Respublika QİCS-lə Mübarizə Mərkəzində mətbuat konfransı keçirilib. Tədbir hər il may ayının üçüncü istirahət günündə qeyd olunan QİÇS-dən dünyasını dəyişən insanların Ümumdünya Xatirə Gününə həsr olunmuşdu.

QİÇS-dən vəfat edənlərin yad olunması, insanları QİÇS-ə yoluxma təhlükəsi haqqında düşünmələri, onların irqindən, milliyyətindən, dinindən, sosial vəziyyətindən asılı olmayaraq, QİÇS-dən sığortalanmadığlarını dərk etməyə çağırır.
Eyni zamanda, bu tədbir cəmiyyətin diqqətini, İİV-lə yaşayan insanlara qarşı stiqma və diskriminasiyanı aradan qaldırmaq, onların ailə üzvlərinə, yaxınlarına və dostlarına dəstək vermək və geniş ictimaiyyətə İİV/QİÇS haqqında düzgün informasiya çatdırmaq məqsədi daşıyır.
Tədbirdə çıxış edən QİCS-lə Mübarizə Mərkəzinin direktoru Esmira Almammədova bildirib ki, 2017-cı ilin 3 ayı ərzində Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 108 təşkil edib. Onlardan 107-si (99,1%) Azərbaycan vətəndaşı, 1 nəfəri (0,9%) isə əcnəbidir. Qeydiyyata alınmış 107 Azərbaycan vətəndaşından 71-i (66,4%) kişi, 36-sı (33,6%) qadındır. Bu dövr ərzində QİÇS mərhələsinə keçən Azərbaycan vətəndaşlarının sayı 31 nəfər olub. Həmin müddətdə İİV-infeksiyasından 19 nəfər Azərbaycan vətəndaşının dünyasını dəyişməsi barədə məlumat daxil olub.
2017-ci ilin 3 ayı ərzində İİV-ə yoluxması təsdiq olunmuş Azərbaycan vətəndaşları arasında yoluxma yolları aşağıdakı kimi olub: 10 nəfər (9,3%) parenteral kontakt, 51 nəfər (46,7%) heteroseksual kontakt, 4 nəfər (3,7%) homoseksual kontakt nəticəsində, 4 nəfər ( 3,7%) anadan uşağa ötürülməklə, 39 nəfərin (36,6%) yoluxma yolu müəyyənləşdirilməkdədir.
Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edilidiyi 1987-ci ildən 2017-ci ilin 3 ayının sonunadək, Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-infeksiyası təsdiq olunmuş 5269 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır. Onlardan 3796-sı (73,2%) kişi, 1473-ü (26,8%) qadındır. QİÇS mərhələsində olan vətəndaşlarının sayı 1383 nəfər, İİV-infeksiyasından dünyasını dəyişmiş vətəndaşların sayı isə 828 nəfər olub.
İİV-lə yaşayan insanlardan 45,5%-də İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 43,2%-də heteroseksual, 2,0%-də isə homoseksual kontakt nəticəsində, 1,9%-də anadan uşağa keçməklə, 0,02%-də (1 nəfər) donor qanının köçürülməsi nəticəsində baş vermişdir. 7,4% -də yoluxma yolu müəyyən edilməyib.
Səhiyyə Nazirliyi tərəfindən İİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi əvvəlki illərdə olduğu kimi, Respublika QİÇS-lə Mübarizə Mərkəzində davam etdirilir.
Belə ki, 08.11.2006-cı il tarixdən tətbiq edilən antiretrovirus terapiyaya hazırda 3653 İİV-lə yaşayan insan cəlb olunmuş, onlardan 115 nəfərə müalicə 2017-cı ilin ilk 3 ayı ərzində başlanılıb.
2017-ci ilin I rübü ərzində, Ailə Məcəlləsinə dəyişikliklərlə əlaqədar, nigaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi cərçivəsində 30464 şəxs İİV-ə görə müayinəyə cəlb olunmuş və 11 nəfərdə İİV-ə yoluxma faktı təsdiqlənib.
Esmira Alməmmədova virusa heteroseksual və homoseksual yolla yoluxma hallarının artdığını vurğulayıb. O, həmçinin cavan qadınlar arasında da yoluxmaların bir qədər artdığını deyib.
Tədbirin sonunda İİV-ə yoluxma halları və ondan qorunma üsullarına dair hazırlanmış film nümayiş olunub.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.11.2017
21.11.2017
BakuBus avtobusunun salonundan qədim pullar tapıldı
“Ərdoğanla Putin bir-biri ilə ən yaxşı anlaşan liderlər hesab edilir” - Hasan Oktay
"Erməni məzarları üzərində tikilmiş ayaqyolu sökülməyəcək" - Atif Çiçəkli
“Sözə həmişə qənaət etməyə çalışmışam” - ƏDƏBİ DÜŞÜNCƏ
“Bu il 750 avtobus əsaslı təmir olunaraq yenidən xəttə buraxılıb” – Mais Ağayev
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi
Gürcüstandakı soydaşlarımız ana dilində dərslik çatışmazlığı ilə üzləşiblər
Qazaxıstanın müstəqilliyinin simvolu - təngə
“Neftin qiymətlərinin artması bizi arxayınlaşdırmamalıdır” – Fikrət Yusifov
“Bulvar İdarəsi yeni illə bağlı “Tədbirlər planı” hazırlayır” – APARAT RƏHBƏRİ
“Evlənəndə məni ölümdən qurtaran yəhudi həkimdən xeyir-dua aldım” – Zəlimxan Məmmədli
“Son gecəsində səhərədək atamın yanında qaldım” – Mərhum prezidentin qızı
“Nə özümü nə də başqa birini bədbəxt etmək istəmirəm” – MİNTAC ELSEVƏR
"Həftə içi" qəzetinin əməkdaşı yol qəzasında həlak oldu
Nizami rayonunda yaşıllığı məhv edib obyekt tikirlər – FOTO-VİDEO
“Zəngilanla bağlı səhifəni oranı görməyən gənclər də maraqla izləyir” – Təranə Şükürlü
“Budapeşt mələyi” tamaşaçıların ürəyini parçaladı - FOTO
Bir nömrənin izi ilə - İcra Hakimiyyətindən gözəllik salonuna…
“Avstriya və Macarıstanda “Soros”un bağlanmasının iki səbəbi var” – Elnur Soltanov
Sərdar Cəlaloğlu yeni elm sahəsi yaratdı – EKSKLÜZİV