Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
38 saylı Yaradıcılq Mərkəzi məktəblərdə İslam Oyunları ilə bağlı sərgilər keçirir
Tarix: 19.05.2017 | Saat: 19:15:00
Bölmə:Sosial | çapa göndər

IV İslam Həmrəyliyi İdman Oyunları Bakı şəhər Xəzər rayonunda da yüksək səviyyədə təbliğ olunur. Oyunlarda adıçəkilən rayonun idmançıları qələbə əzmi ilə çıxış edir və yarışlarda qalib gələrək, Azərbaycanın üçrəngli bayrağını qaldırırlar. Eləcə də adıçəkilən rayonda fəaliyyət göstərən təhsil müəssisələrinin şagirdləri, yeniyetmə və gənclərin iştirakı ilə keçirilən tədbir və sərgilərlə idmançılarımıza dəstək olurlar. 

Belə bir tədbir Xəzər rayon Şüvəlan qəsəbəsində fəaliyyət göstərən Bakı şəhər 38 saylı Yaradıcılıq Mərkəzinin iştirakı ilə Buzovna qəsəbəsindəki 206 saylı tam orta məktəbdə keçirildi. Adıçəkilən Yaradıcılıq Mərkəzinin nəzdində fəaliyyət göstərən dərnək üzvlərinin “Bacarıqlı əllər” rubrikası altında İslam Oyunlarına həsr etdikləri əl işləri və rəsm əsərləri yüksək səviyyədə nümayiş etdirildi.


Sərgidə 38 saylı Texniki Yaradıcılıq Mərkəzinin direktoru Rafiq Rəhimov öz çıxışında IV İslam Həmrəyliyi İdman Oyunlarının ölkəmiz üçün tarixi əhəmiyyət kəsb etdiyini dedi. Bildirdi ki, İslam Oyunlarının keçirilməsi İslam ölkələrinin birliyi deməkdir. Azərbaycan yeganə islam ölkəsidir ki, burada sivilizasiya, demokratiya yüksək səviyyədə inkişaf edib: “Eyni zamanda, bir islam ölkəsi kimi digər ölkələrə nümunədir. Fərəh hissi ilə deyə bilərəm ki, bu gün bütün dünyanın gözü və diqqəti Azərbaycana tuşlanıb. Ona görə ki, ölkəmizdə multikulturalizm yüksək səviyyədə inkişaf edir, burada yaşayan azsaylı xalqların dininə, mədəniyyətinə və dilinə böyük hörmətlə yanaşılır, heç kəsə fərq qoyulmur. Hər kəs Azərbaycan vətəndaşı kimi azad və sərbəst, söz demək hüququna malikdir. Yeri gəlmişkən, qeyd edim ki, İslam Oyunları da bu multikulturalizmin bir qoludur. Diqqətinizə çatdırım ki, 2015-ci il I Avropa İdman Oyunları da bizim ölkəmizdə keçirildi. Və dünya ictimaiyyətinə sübut etdik ki, Azərbaycan iqtisadi cəhətdən inkişaf etmiş ölkələr sırasındadır. Beynəlxalq oyunların, eləcə də dünya Olimpiya oyunlarının keçirilməsi iqtidarına malikdir. Ölkəmizdə idman sürətlə inkişaf edir və beynəlxalq oyunların keçirilməsi üçün də hər cür şərait və zəmin var. Bir sözlə, biz dünyada inkişaf etmiş bir ölkədə yaşayırıq. Bizim ölkə dünyada sülhün tərəfdarıdır. Bu cür sərgiləri keçirməkdə də əsas məqsəd Bakı şəhərində keçirilən İslam Oyunlarının mahiyyətini məktəblilərə açıqlamaqdır. Xatırladm ki, sərginn əsasını dərnək üzvlərinin rəsm əsərləri və modellər təşkil edidi. Sərgidə dərnək rəhbərləri Əfsanə Əzizova və Mehriban Ələsgərovanın qrup üzvləri xüsusilə fərqləndi. Dərnək üzvlərinin əl işləri gələn qonaqların böyük marağına səbəb oldu”.
Bakı şəhər 206 saylı tam orta məktəbin direktoru Mirnağı Nəzərli rəhbərlik etdiyi təhsil müəssisəsində bu cür sərgilərin keçirilməsinə böyük dəyər verdi. Söylədi ki, rayon təhsil müəssisələrində istedadlı gənclərin fəaliyyəti, bacarıq və qabiliyyətlərini üzə çıxarmaq üçün hər bir şərait yaradılıb.
Tədbirin sonunda sərgidə fərqlənən dərnək üzvləri Bakı şəhər 38 saylı Yaradıcılıq Mərkəzinin fəxri diplomu ilə təltif olundular.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
28.05.2017
27.05.2017