Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Həftənin “çevrilişşünası” - HƏFTƏ-REYTİNQ
Tarix: 19.05.2017 | Saat: 19:30:00
Bölmə:Həftə-Reytinq | çapa göndər

AXC sədri Əbülfəz Elçibəyin müşaviri və AXC icraiyyə komitəsinin üzvü olmuş deputat Fazil Mustafa 14 may 1992-ci il olaylarını dövlət çevrilişinə cəhd, 15 may hadisəsini isə konstitusiyanın müdafiəsi adlandırdı. Mediaya açıqlamasında sabiq müşavir deyib: “Ayaz Mütəllibov məsələyə öz maraq nöqteyi-nəzərindən yanaşır. Məsələyə hadisələrin canlı iştirakçısı və tarixçi məntiqi ilə yanaşılsa, hüquqi əsaslandırma ilə baxılsa, görünəcək ki, 15 may 1992-ci ildə hər hansı bir şəkildə dövlət çevrilişi baş verməyib. Dövlət çevrilişi baş versəydi, hər hansı bir formada qeyri-konstitusion bir qurum yarana bilərdi, həmin qurum bir müddət ölkəni idarə etdikdən sonra seçkilər təyin edə bilərdi. Amma faktiki olaraq, artıq 1992-ci il martın sonlarında Azərbaycanda prezident seçkiləri 7 iyuna təyin edilmişdi və ölkə seçki prosesinin içindəydi...”.


Həftənin “vətənpərvər davakarı”


Tanınmış azərbaycanlı iş adamı Mübariz Mənsimov ermənilərlə işbirliyi quran türkiyəli şirkət rəhbərini döydü. Türkiyədə restoranların birinin açılışında iştirak edən Mübariz Mənsimovla “Uludağ Limonata” şirkətinin rəhbəri Levent Kızıl arasında mübahisə düşüb. Mübahisəyə səbəb M.Mənsimovun türk iş adamına Ermənistanla biznes əlaqələri qurmasını irad tutması olub. Türkiyənin məşhur spirtsiz içki markalarından biri olan “Uludağ Limonata”nın Ermənistan bazarına çıxarılmasına görə L.Kızıla etiraz edən M.Mənsimov Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətini xatırladaraq bu işğal nəticəsində 1 milyon insanın doğma el-obasından didərgin düşdüyünü qeyd edib. Bu sözlərə etinasız yanaşan L.Kızılla daha sonra Mənsimov arasında mübahisə qızışıb və davaya dönüb. Mənsimov Kızıla stəkan atıb və ona fiziki zərbə endirərək tədbiri tərk edib.


Həftənin “təklifi”


MM üzvü Qüdrət Həsənquliyevin rəhbrlik etdiyi BAXCP İdarə Heyəti son vaxtlar silahlı qüvvələrin bəzi əsgər və zabitlərinin, eləcə də mülki şəxslərin dövlətə xəyanət etmələri barədə məlumatları müzakirə edərək ölüm hökmünün bərpa edilməsi ilə bağlı bəyanat yaydı:“BAXCP İdarə Heyəti Azərbaycan Respublikası Konstitusiyasının 27-ci maddəsinin dövləti cinayətlərə görə ölüm cəzasının tətbiqinə imkan yaratdığını, eləcə də ölkəmizin qoşulduğu “İnsan Hüquqularının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Konvensiyanın 6 saylı Protokolunun 2-ci maddəsinin “dövlətin müharibə dövründə və ya qaçılmaz müharibə təhdidi zamanı törədilmiş əməllərə görə öz qanunvericiliyində ölüm cəzasını nəzərdə tuta bilməsi” və Azərbaycanın da müharibə vəziyyətində olması faktını nəzərə alaraq, ölüm cəzasının müstəsna cəza kimi bərpa edilməsi təşəbbüsü ilə çıxış edir”.


Həftənin “yaxtaçısı”


Azərbaycanlı milyarderin yaxtası ümumdünya “World Superyacht Awards 2017” mükafatçılarının sırasına daxil oldu. Müsabiqənin nəticələri bu günlərdə Florensiyada elan edilib. Azərbaycanlı iş adamı, Rusiyanın “LUKoil” neft şirkətinin rəhbəri Vahid Ələkbərova məxsus “Galactica Super Nova” yaxtası uzunluğu 50 metrdən yuxarı olan mühərrikli yaxtalar arasında birinci yeri tutub. “İlin yaxtası” mükafatı isə Əlişir Usmanovun “Dilbər” yaxtasına verilib. “USM Holding”in rəhbərinin su nəqliyyatının tayı-bərabəri olmayıb. “World Superyacht Awards” mükafatının təsisçilərinin yekdil fikrinə görə, Usmanovun yaxtası tarix boyunca mövcud olmuş ən gözəl yaxtadır. Ekspertlərin fikrincə, uzunluğu 157 metr olan 15.917 ton tutumlu “Dilbər” yaxtasının təxmini dəyəri 600 milyon dollardır.


Həftənin “heykəlləşən 1-ci xanımı”


Bosniya və Herseqovinada ayaqqabı fabriklərindən birinin qarşısında ABŞ-ın birinci xanımı Melaniya Trampa heykəl qoyulması planlaşdırıldığı bəlli oldu. Daha öncə ABŞ-da prezident seçkiləri zamanı M.Trampın həyat yoldaşı Donald Trampa dəstək əlaməti olaraq Bosniya serbləri xanım Trampa “Bema” fabrikinin bir cüt ayaqqabısını hədiyyə ediblərmiş. Fabrikin texniki direktoru Marinko Umitseviç həmçinin ABŞ prezidentinin inauqurasiya mərasimində də iştirak etmək istəmiş, lakin Amerikaya viza ala bilmədiyi üçün səfəri alınmamışdır.


Həftənin “küçəsi”


Çox sayda küçə itinin Bakının Sabunçu rayonu Balaxanı qəsəbəsi ərazisində yerləşən köhnə zavodların, xüsusən də yeni Şüşə zavodunun ərazisini özünə məskən seçdiyi bəlli oldu. Mediada yayılan məlumatlarda deyilir ki, belə vəziyyət yaxınlıqda yaşayan sakinlərin işini çətinə salıb. Buradakı itlərin yoldan keçən avtomobillərə və insanlara hücum etməsi adi hal alıb. Bu barədə şikayət edən sakinlər qorxu içində olduqlarını, özlərinin və azyaşlı uşaqlarının təhlükədə olduğunu bildirib: “İtlərin yanından avtomobillə keçmək olmur. Maşınlara hücum edirlər. Bəs piyada, qoca, usaq, qadınlar necə keçsin?” - deyə sakinlərdən biri söyləyib. Xatırladaq ki, ötən həftə Bakıda küçə iti azyaşlının yanağını dişləyərək qoparıb. Hadisə Səbail rayonunda qeydə alınıb. Son günlər bu cür hadisələr tez-tez baş verir.


Həftənin “ölkəsi”


Ümumdünya Səhiyyə Təşkilatının 2016-cı il üzrə açıqlanmış statistik göstəricilərinə görə, dünyanın ən çox spirtli içki qəbul edilən ölkəsinin Litva olduğu bilindi. ÜST-nın rəsmi məlumatında bildirilir ki, Litvada il ərzində adambaşına qəbul edilən spirtli içkinin həcmi 16 litr təşkil edib. Qeyd edək ki, Şimal qonşumuz Rusiya bu göstəriciyə görə Litvadan xeyli geri qalır – adambaşına “cəmi” 10 litr...


Həftənin “vəzifəli modeli”


“Fox Nyus”un aparıcısı, model Kimberli Qilfoyl ABŞ Prezidenti Donald Trampın sözçüsü Şon Spayseri vəzifəsindən azad edərək, yerinə onu təyin edəcəyi barədə deyilənləri dolayısı ilə təsdiqlədi. Kimberli Qilfoyl bunları deyib: “Prezidentlə münasibətim çox yaxşıdır. Açıq, səmimi və həqiqi münasibətlərdən xoşum gəlir. Bu, güvən və rahatlıq verir. Bu da sözçü vəzifəsində müvəffəqiyyətli olmaq üçün zəruridir”.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.09.2017
22.09.2017
21.09.2017