Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
AB “Feysbuk” rəhbərini cəzalandırdı – GÜNÜN TƏZADLARI
Tarix: 19.05.2017 | Saat: 20:00:00
Bölmə:Günün təzadları | çapa göndər

Avropa Birliyi “Feysbuk” rəhbərini 110 milyon avro cərimələdi. Hafta.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə bu, məşhur sosial şəbəkənin qaydaları pozmasıyla bağlıdır. Şirkət “Votsap” mesencerini satın aldıqdan sonra, AB-nin tənzimləyici qurumuna şəxsi məlumatları iki şirkət arasında paylaşmayacaqları və istifadəçi hesablarını birləşdirməyəcəkləri ilə bağlı söz versə də, buna əməl etməyib. Yəni “Votsap” avqustda etdiyi dəyişiklikdən sonra istifadəçilərin telefon nömrələrini və profil adları kimi digər şəxsi məlumatları “Feysbuk”la paylaşmağa başlayıb. Xatırladaq ki, 2014-cü ildə “Feysbuk”un qurucusu Mark Zukerberq “Votsap”ı 22 milyard dollara alıb.


Azərbaycanlı prokuror Stalin və Beriyaya qarşı ittiham irəli sürdü


Ukraynada SSRİ lideri İosif Stalin və onun “sağ əli” olmuş “NKVD” rəhbəri Lavrenti Beriyanın məhkəməyə veriləcəyi bəlli oldu. Hafta.az-ın İsrail mediasına istinadla yaydığı xəbərdən bəlli olur ki, keçmiş sovet rəhbərlərinə qarşı cinayət işi qaldırılmasıyla bilavasitə məşğul olan prokuror azərbaycanlıdır. Bu, Rusiyanın ilhaq etdiyi Krım Muxtar Respublikasının rəsmi Kiyev tərəfindən təyin olunmuş prokuroru Gündüz Məmmədovdur. Bu barədə jurnalistlərə məlumat verən prokurorun özü bildirib ki, Stalin və Beriya Ukrayna Cinayət Məcəlləsinin 442-ci maddəsinin(soyqırımı) 1-ci hissəsi üzrə şübhəli bilinir. Söhbət 1944-cü ildə Krım tatarlarının sürgün edilməsindən gedir. Azərbaycanlı prokurorun sözlərinə görə, hazırda istintaqda Stalin və Beriyaya qarşı ittiham irəli sürülməsi üçün kifayət qədər sənəd və sübutlar var. Xatırladaq ki, 1974-cü ildə Gəncədə anadan olmuş Gündüz Məmmədov 1996-cı ildə İ.Meçnikov adına Odessa Dövlət Universitetinin hüquq fakültəsini bitirib.


Körpə ağzında dişlə doğuldu


Sabirabad rayon sakini 19 yaşlı Nərgiz Əsgərovanın 2 gün əvvəl dünyaya gətirdiyi qız uşağı dişlə doğuldu. Hafta.az “ARB TV”-yə istinadla xəbər verir ki, çəkisi 2 kq 500 qram olan körpənin ana bətnində diş çıxarmasının onun sağlamlığı üçün heç bir təhlükə törətmədiyi bildirilir. Bu, xəstəxanada qeydə alınan birinci hadisə deyil. Bir neçə il öncə də iki yeni doğulan uşağın dişi olub.


Süni ag ciyər yaradıldı


Tibb alimləri insan bədənində ən mühüm orqanlardan biri olan ağ ciyərin süni əvəzedicisini yaratmağa nail oldular. Hafta.az Musavat.com-a istinadla yazır ki, “Nature Cell Biologiya” jurnalında nümayiş olunan araşdırma, Kolumbiya Universitetinin Tibb Mərkəzi tərəfindən həyata keçirilib. Orqana bənzəyən və onun kimi fəaliyyət göstərən, çoxlu hüceyrə növlərini ehtiva edən və üçölçülü olan orqanoidlərin insanın kök hüceyrələrindən hazırlandığı və ağciyərin bir bütün olaraq bütün xüsusiyyətlərini təqlid etdiyi qeyd olunub. Elm adamlarının sözügedən orqanoidləri laboratoriya şəraitində insanlarda rast gəlinən ağ ciyər xəstəliklərinin modellərini yaratmaq üçün istifadə etdiyi qeyd edilib. Araşdırmanın tənəffüs yolu xəstəliklərinin daha yaxşı öyrənilməsini təmin etməsinə ümid edilir.


Tovuzda naməlum heyvan skeleti tapıldı


Tovuzun İbrahim Hacılı kənd sakini Mürvət Quliyev həyətyanı sahədən bölgənin faunasına xas olmayan heyvan skeleti tapdı.“ARB 24” xəbər verir ki, kənd sakinləri qalıqların hansı heyvana məxsus olduğunu bilmirlər. Heyvanın uzun dişi və caynaqları var. Ölçüsü kiçik olsa da, arxa ayaqları qısadır. Bu da onu deməyə əsas verir ki, bu heyvan tullanmağı da bacarıb. Bir çoxları onu yenot və ya dələyə də bənzədirlər. Mürvət Quliyev deyir ki, gün ərzində eşidənlər gəlib skeletə baxır. Amma hələ ki, heç kim onun hansı heyvanın skeleti olduğunu müəyyənləşdirə bilməyib.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.11.2017
22.11.2017
“Ərdoğanla Putin bir-biri ilə ən yaxşı anlaşan liderlər hesab edilir” - Hasan Oktay
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev
"Erməni məzarları üzərində tikilmiş ayaqyolu sökülməyəcək" - Atif Çiçəkli
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi
“Bu il 750 avtobus əsaslı təmir olunaraq yenidən xəttə buraxılıb” – Mais Ağayev
“Lirə və rublun məzənnəsinin dəyişməsi manata təsir edir” – Vüqar Bayramov
“Neftin qiymətlərinin artması bizi arxayınlaşdırmamalıdır” – Fikrət Yusifov
Yeni ildə 5 gün iş olmayacaq
“Bulvar İdarəsi yeni illə bağlı “Tədbirlər planı” hazırlayır” – APARAT RƏHBƏRİ
Tac Mahalı erməni mühəndislər layihələndirib? - Ram Nath Kovind