Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Qarabağ: yolumuzu gözləyən torpaq
Tarix: 20.06.2017 | Saat: 15:11:00
Bölmə:Gündəm | çapa göndər

Bu günlərdə cəbhə xəttində ermənilər yenə təxribat törətdilər – bir əsgərimiz şəhid oldu. Əlbəttə, Azərbaycan Ordusu düşmənə layiq olduğu cavabı verərək 6 erməni hərbçini məhv elədi və neçəsini də yaraladı. Mütəmadi baş verən bu kimi toqquşmalarla yanaşı, xalqımızın üzünü güldürəcək, gələcəyə ümidləndirən bir hadisənin də şahidi olduq. Ordumuz Lələ Təpəni nəzarətə götürəndən sonra Çocuq Mərcanlıda həyat axarına dönməkdədir və bu gün orada yeni qəsəbə salınır. Əvvəllər erməni gülləsinə tuş gəlməkdən çəkinən yerli camaat indi bu yerlərin xam torpağında əkin-biçinlə məşğuldur.

 

Başlanğıc...

 

... Çocuq Mərcanlı qaytarılsa da, təxminən 1,7 milyon hektar torpağımız hələ də Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Əksəriyyəti dağıdılıb yox edilən, qalanları isə erməni “tarixinin nümunəsi” kimi dünyaya sırınan o qədər tarixi-mədəni, dini abidəmiz qalıb ki düşmən tapdağında...

Erməni separatçılarının 1988-ci ilin əvvəlində Dağlıq Qarabağda start verdikləri təxribatla Ermənistanın sərhədləri daxilində, ancaq qədim Azərbaycan torpaqları olan Zəngəzur, Göyçə və sair kimi bölgələrdə yaşayan 350 min soydaşımızın deportasiya edilməsi eyni vaxta təsadüf edir. Bu da Azərbaycanımıza qarşı dəqiq strategiya əsasında həyata keçirilən təcavüzün vahid mərkəzdən idarə edilməsinə sübutdur. Məhz bu plan əsasında 1988-1993-cü illərdə Ermənistandan, eləcə də Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən (126 yaşayış məntəqəsindən – V.T.) və qonşu rayonların ərazisindən 1,2 milyon soydaşımızı çıxarmaqla etnik təmizləmə əməliyyatlarını sona çatdırıblar.

 

Zülmün nəticəsi

 

Ermənilər soydaşlarımızı sadəcə torpaqlarından qovmayıblar, onların başına min cür müsibət gətiriblər. Bunun ən bariz nümunəsi kimi bəşəriyyətin sonuncu ən ağır soyqırımı sayılan Xocalı qırğınını göstərə bilərik. 1992-ci il fevralın 26-da 6 min azərbaycanlının yaşadığı Xocalı şəhəri keçmiş sovet ordusunun (366-cı motoatıcı alay) birbaşa köməyi ilə Ermənistan ordusu tərəfindən bir gecədə viran edilib, 613 dinc sakin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca öldürülüb, 1000-dən artıq adam şikəst olub, 1275 nəfər əsir alınıb, 8 ailə bütövlüklə məhv edilib, 56 nəfər xüsusi qəddarlıqla diri-diri yandırılıb, başları kəsilib, gözləri çıxarılıb...

Ən dəhşətlisi odur ki, qaçqın və köçkün düşən insanlar respublikamızın 1600 yaşayış məntəqəsində məskunlaşmaq məcburiyyətində qalıblar. Nəticədə isə ömür-günlərini bir yerdə keçirən, bir yerdə qocalan qohumlar-dostlar bir-birindən uzaq düşüb, çoxları uzun müddət bir-birindən xəbər belə tuta bilməyib; bir yurdun, bir ocağın insanlarının qəbirləri bu gün Qarabağdan Bakıyadək hər yerdə qazılıb. Bax, ən böyük faciə budur.

Geridə qalanlar

 

Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi çoxlarına adi hərbi təcavüz kimi görünə bilər. Yəni işğal edilibsə, gec-tez azad ediləcəyinə inananlar bu 25 il ərzində dövlətimizin və xalqımızın itirdiyi maddi-mənəvi dəyərləri hesablasalar, dəhşətli mənzərə ilə üzləşərlər. Məsələn, rəsmi rəqəmlərə əsasən Ermənistanın hərbi təcavüzü nəticəsində işğal etdiyi 17 min kvadratkilometrlik Azərbaycan torpağında nə az, nə çox, 900 yaşayış məntəqəsi qalıb. Hansı ki, həmin şəhər və kəndlərdə insanların min əziyyətlə tikib-qurduğu 150 min ev, 7 min ictimai tikili, 693 məktəb, 855 uşaq bağçası, 695 tibb müəssisəsi, 927 kitabxana, 44 məbəd, 9 məscid, 473 tarixi abidə, 40 min eksponatın saxlanıldığı muzeylər, saraylar, 6 min sənaye və kənd təsərrüfatı müəssisəsi, 2670 kilometr avtomobil yolu, 160 körpü, 2300 kilometr su kommunikasiyaları, 2 min kilometr qaz kəməri, 15 min kilometr elektrik xətti, 280 min hektar qiymətli ağac növlərinin bitdiyi meşələr, 1 milyon hektar əkinə yararlı torpaqlar və 1200 kilometr suvarma sistemi ya dağıdılıb, ya da düşmən tərəfindən istifadə edilir. Əlbəttə, bütün bu sərvəti əlindən alınmış 800 min soydaşımız isə məcburi köçkün qismində respublikamızın 1,6 min yaşayış məntəqəsində məskunlaşmaqdadır.

Ermənistanın hərbi təcavüzü nəticəsində 20 min azərbaycanlımız (bəzi rəqəmlərdə daha çox) həlak olub, 100 min nəfər yaralanıb, 50 min nəfər isə əlil olub. Ən acınacaqlısı odur ki, itkin düşən 4011 azərbaycanlımızın öldü-qaldısından hələ də xəbər yoxdur.

Ermənilər 90-cı illərin əvvəllərindən bu günədək işğal etdikləri ərazilərdə mədəni irsimizi yox etməklə məşğuldur. İsbatlanmış faktdır ki, onlar ələ keçirdikləri 12 muzey və 6 rəsm qalereyasını, tarixi əhəmiyyətli 9 sarayı qarət edib, satdıqlarını satıb, satmadıqlarını yandırıblar. Dağıdılan və yandırılan 927 kitabxanada saxlanılan 4,6 milyon nüsxə kitab və misilsiz əlyazma nümunələri məhv edilib.

 

Mənəvi təcavüz

 

Bir məsələyə də diqqət çəkmək lazımdır ki, ermənilər var qüvvələrini toplayaraq qəsb etdikləri ərazilərdə qalan qədim Azərbaycan abidələrinin özlərinə məxsus olduğunu bildirirlər. Onlar hətta qədim alban məbədlərinin xarici görkəminə dəyişikliklər eləməklə onların erməni kilsələri olduğunu iddia etməkdədirlər.

Haşiyə: 2011-ci ilin oktyabrında Tehranda keçirilən Beynəlxalq Mətbuat Sərgi-Konfransında iştirak edirdim. Azərbaycan povilyonundan bir az aralıda – Fransanın guşəsinin yanında Ermənistanın guşəsi yerləşirdi. Təsadüfən sərgilənən materiallara nəzər saldım: divardan Qarabağ və digər işğal olunmuş torpaqlarımızın Ermənistanın ərazisi kimi təsvir edilən xəritə asılmışdı. Turistlər üçün çap edilmiş əyani vəsaitlərdə isə Qarabağdakı alban kilsələri erməni abidələri olaraq təqdim edilirdi. Əlbəttə, məsələni çox ciddi qabartdıq, iranlı təşkilatçıların, təhlükəsizlik orqanlarının nümayəndələri gəldilər, ermənilərdən həmin materalların yığışdırılması tələbi qoyuldu. Ermənilər inad göstərdikdə isə, onlar İrandan deportasiya edildilər. Yəni demək istədiyim budur ki, ermənilər bütün səviyyələrdə mədəni irsimizi özününküləşdirməyə cəhd göstərdikləri üçün, hər birimiz diqqətli olmalıyıq...

Yağlı tikə

 

Onsuz da təbii sərvətləri yox dərəcəsində olan Ermənistan 25 ildir işğal etdiyi Azərbaycan torpaqlarının zəngin təbii sərvətlərini talan edərək, valyuta qazanmaqdadır. Onlar ələ keçirdiyi torpaqlarımızdakı 248 min hektar qiymətli meşələrimizin böyük hissəsini doğrayıb, satıblar.
Bu yerdə qyed edək ki, Azərbaycanın ən zəngin mədənləri məhz işğal altındakı ərazilərdə qalıb. Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin statistikasına əsasən, hazırda erməni vandallarının nəzarətindəki ərazilərdə 155 növ faydalı qazıntı yatağı, o cümlədən, 5 qızıl, 6 civə, 2 mis, 1 qurğuşun və sink, 19 üzlük daşı, 10 mişar daşı, 4 sement xammalı, 13 müxtəlif növ tikinti daşları, 1 soda istehsalı üçün xammal, 21 pemza və vulkan külü, 10 gil, 9 qum-çınqıl, 5 tikinti qumu, 9 gips, anhidrid və gəc, 1perlit, 1obsidian, 3 vermikulit, 14 əlvan və bəzək daşları (əqiq, yəşəm, oniks, cad, pefritoid və sair), 11 şirin yeraltı su və 10 mineral su yataqları yerləşir. Hansı ki, həmin yataqlarda sənaye ehtiyatları təsdiqlənmiş 133 ton qızıl, 37 min tondan çox qurğuşun, 189 milyon kubmetr mişar daşı, 1,5 milyon ton gəc, 2 milyon kubmetr/gün yeraltı şirin su, 18,4 milyon kubmetr üzlük daşı, 23,3 milyon kubmetr gil, 58 milyon ton tikinti daşı, 97 milyon ton qum-çınqıl, 1900 ton civə, 4,5 milyon kubmetr perlit, 2,2 milyon kubmetr pemza, 130 milyon kubmetr soda istehsalı üçün əhəngdaşı, 147 milyon ton sement xammalı və sair mövcudur.

Ümumiyyətlə, Ermənistan Azərbaycan torpaqlarına hərbi təcavüz nəticəsində 500 milyard dollar ziyan vurub.

 

Candan qopan tikələr

 

Qeyd etdiyimiz kimi, Ermənistan ordusunun işğal etdiyi Azərbaycan torpaqlarının coğrafiyası çox genişdir. Hansı ki, bu gün əksər insanlar bəlkə də sadəcə Qarabağın və ətraf rayonların ermənilər tərəfindən qəsb edildiyini bilir. Hansı ki, Naxçıvan Muxtar Respublikasının 1, Tərtərin 13 və Qazaxın 7 kəndi uzun illərdir erməni vandalların tapdağı altındadır.

Ümumiyyətlə, Azərbaycanın hansı bölgələri işğal olunub? Gəlin maraq üçün yaddaşımızı təzələyək:

Ağdam rayonu:

1993-cü il iyulun 23-də işğal olunub. Hazırda ərazisinin 62,8 faizi işğal altında olan rayonun sakinləri müharibə dövründə düşmənə qarşı mərd-mərdanə döyüşüb, 538 şəhid verib, 587 nəfər əlil olub. Göstərdikləri şücaətə görə 17 ağdamlı milli qəhrəman adı verilib.

Ağdam şəhəri də daxil olmaqla onlarla qəsəbə və kəndinin işğal olunması nəticəsində rayondakı 48 sənaye və tikinti, 598 mədəni-məişət obyekti, 27 tarixi abidə erməni qəsbkarları tərəfindən məhv edilib.

İşğala qədərki dövrdə rayonda 34 uşaq bağçası və körpələr evi, 89 ümumtəhsil məktəbi, 4 texnikom, dram teatrı, ölkəşünaslıq muzeyi, 71 kitabxana, 13 mədəniyyət evi, 27 klub fəaliyyət göstərirdi. Hansı ki, bu gün onların əksəriyyəti erməni vandalizminin qurbanı olub.

Cəbrayıl rayonu:

Rayon ərazi 1993-cü il avqust ayının 23-dən etibarən işğal altındadır. Ermənilərin silahlı hücumu nəticəsində 347 cəbrayıllı şəhid, 172 nəfər isə əlil olub. Bu gün rayın sakinləri 4 Milli qəhrəmanı ilə fəxr etməkdədir.

Erməni işğalçıları tərəfindən rayonun 80-dək qəsəbə və kəndi zəbt edilib, oradakı 197 mədəni-məişət obyekti, 27 tarixi abidə talan edilərək, dağıdılıb.

Arzu edək ki, Çocuq Mərcənlı kəndinin azad olunması və sakinlərinin yenidən ora qayıtması bütün Cəbrayıl torpaqlarının azad edilməsinə stimul verəcək.

Fizuli rayonu:

Ərazisinin 79,3 faizi 1993-cü il avqustun 23-dən işğal altındadır. Düşmənlə savaşda 528 yerli sakin şəhidlik zirvəsinə yüksəlib, 1309 nəfər isə əlil olub. Rayon sakinlərindən 6 nəfərinə Milli qəhrəman adı verilib.

Rayon ərazisindəki 145 mədəni-məişət obyekti, 15 tarixi abidə erməni qəsbkarları tərəfindən viran edlib.

Kəlbəcər rayonu:

Daha bir əsrarəngiz məkanlarımızdan olan Kəlbəcər rayonu 1993-cü il aprel ayının 2-də Ermənistan ordusu tərəfindən işğal edilib. Vətənin müdafiəsinə qalxaraq böyük şücaətlər göstərən kəlbəcərlilər 217 şəhid verib, 49 nəfər isə ömürlük əlil olub. Hazırda rayon sakinləri 2 Milli qəhrəmanı ilə öyünür.

İşğal nəticəsində Kəlbəcərdəki 29 sənaye və tikinti, 134 mədəni-məişət obyekti, 87 tarixi abidə düşmən tərəfindən dağıdılıb.

Qubadlı rayonu:

Əsrarəngiz təbiətə mailk bu rayonumuz da yerli sakinlərinin xəyalına çevrilmiş torpaqlarımızdandır. Rayonun ərazisi 1993-cü il avqustun 31-də işğal olunarkən, Ermənistan ordusu ilə mərd-mərdanə döyüşən Qubadlı sakinləri 232 şəhid verdi, 146 nəfər isə ömürlük əlil oldu.

İnsanların onillər boyu min əziyyətlə quurb-yaratdığı 205 mədəni-məişət, o cümlədən 5 min nadir tarixi eksponatın cəmləndiyi muzeey, 40-dək sənaye obyekti, 12 tarixi abidə ermənilər tərəfindən yandırılıb, məhv edildi.

Zəngilan rayonu:

Əsrarəngiz təbiətə, qıdim tarixə və strateji mövqeyə malik Zəngilan rayonu 1993-cü il oktyabrın 26-da işğal olunub. Döyüşlər nəticəsində rayin sakinləri 200 şəhid verib, 127 nəfər əlil olub, 44 nəfər itkin düşüb.

Ermənistan ordusunun işğalı nəticəsində 200-dək mədəni-məişət və sənaye obyekti, onlarla qədim tarixi abidə, o cümlədən qədim Şərifan şəhərinin 9 kvadratkilometr ərazidə yayılmış xarabalıqları viran edilib. 

Laçın rayonu:

Olduqca strateji əhəmiyyətə malik Laçın rayonunun 1992-ci il may ayının 18-də Ermənistan ordusu tərəfindən işğal edilməsi, blə demək mümkünsə, bütünlüklə Qarabağ bölgəsinin işğalını sürətləndirdi. Rayon sakinləri silahlı erməni dəstələrinə ciddi müqavimət göstərsələr də, Moskva tərəfindən hərtərəfli dəstəklənən düşməni dayandırmaq mümkün olmadı. Nəticədə laçınlılar 259 şəhid verərək, yur-yuvalarından məcburən küçkün oldular. Bu gün 225 əlili olan laçınlılar 6 Milli qəhrəmanı ilə öyünürlər.

Ermənistan ordusu işğal zamanı 575 mədəni-məişət və sənaye obyekti, 12 tarixi abidəni darmadağın edib.

Şuşa rayonu:

İşğal altındakı ən yaralı yerlərimizdən biri, Qarabağın və bütün Azərbaycanın simvolu, musiqi mədəniyyətimizin beşiyi sayılan Şuşanın Ermənistan tərəfindən işğalı 1992-ci il may ayının 12-də gerçəkləşib. Döyüşlərdə 193 şəhid verən şuşalılardan 102 nəfəri ağır yaralanaraq, ömürlük əlil olub. Günümüzdə Şuşa sakinlərindən 5 nəfəri Milli qəhrəmandır.

Erməni vandallar müharibə zamanı rayondakı 27 sənaye və tikinti, 103 mədəni-məişət obyektini, 249 tarixi abidə və muzeyi dağıdaraq, milli-mədəni irsimizə zərbə vurub.

Xocalı şəhəri:

Ermənilərin xalqımızın yaddaşına qara və qanlı hərflərlə həkk etdiyi, bəşəriyyətin sonuncu ən böyük soyqırımını törətdiyi Xocalı şəhərini ayrıca qeyd etməyə dəyər. 1992-ci il fevralın 26-da işğal olunan Xocalıda vəhşi erməni cinayətkarlar tərəfindən amansız milli-etnik qırğın törədilib. 613 dinc sakini amansızlıqla qətlə yetirən ermənilər 657 nəfəri də ömürlük əlil edib. Müharibə zamanı hər bir xocalılı ailə əzizini-yaxınını itirsə də, bu gün həyat davam edir və 10 Milli qəhrəmanından ilham alaraq torpaqlarının azad ediləcəyi günü gözləyir.

Erməni qəsbkarlar Xocalını işğal etməklə tək insanlarını qətlə yetirmədilər, daşını-divarını belə dağıtdılar. 29 sənaye və tikinti, 80 mədəni-məişət obyekti yerlə bir edildi...

Xocavənd rayonu:

Bu rayon 1992-ci il iktyabrın 2-də işğal olunub. Ermənilərlə döyüşdə 145 yerli sakin şəhid olub, 48 nəfər isə yaralanaraq ömürlük əlilə çevrilib.
Erməni işğalı nəticəsində Xocavənd rayonu ərazisindəki 75 mədəni-məişət obyekti, 15 tarixi abidə, o cümlədən, yaşı təqribən 1,2 milyon il əvvələ gedən, ilk insanların yaşayış yerlərindən olan Azıx mağarası, I-VIII əsrlərə aid qalalar, X əsrdə tikilmiş alban məbədi, türbə və sair dağıdılıb.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.07.2017
20.07.2017