Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Dostlarımız düşmən süfrəsində: nankorluq, yoxsa reallıq?
Tarix: 30.06.2017 | Saat: 14:00:00
Bölmə:Siyasət | çapa göndər

Türkiyə-İsrail münasibətləri zədələnəndən dərhal sonra Ermənistan tərəfi Təl Əvivlə əlaqələri möhkəmlətməyə çalışdı. Düzdür, türklərlə israillilərin pozulmuş əlaqələri bərpa olundu və indi hər şey qaydasındadır. Amma kor tutduğunu buraxmayan kimi, Ermənistan da İsraildən daha çox faydalanmaq planlarından əl çəkmədi. Qondarma erməni soyqırımını bir neçə dəfə Knessetin gündəminə gətirməyə çalışan, amma arzuladığı nəticəni əldə edə bilməyən Ermənistan Təl Əvivi Türkiyənin əleyhinə qaldıra bilməyəcəyini görüb, başlayıb ayrı-ayrı yəhudi tanınmışları öz tərəfinə çəkməyə. Məsələn, hər zaman Türkiyənin, elə bizim öz Azərbaycanımızın maraqlarından çıxış etməklə, əslində, ədalətli mövqe sərgiləyən politoloq Avigdor Eskinin birdən-birə ermənilərin arzularını dilə gətirməsi heç kimi çaşdırmamalıdır. Bu adam Qarabağa səfri zamanı erməni jurnalistlərə müsahibəsində deyib ki ki, orada sülh hakimdir, küçələrdə gördükləri ancaq xoş niyyətli adamlardır, hamının çöhrəsində gülüş var, nə bilim nə. Azərbaycanın icazəsini almadan işğal altındakı torpaqlara səfər edən Eskin bu separatçı bölgənin əsl sülh vadisi olduğunu bildirir. Əlbəttə, nəzarətsiz qalan Qarabağda narkotik əkinlərini, narkotik maddələrin tranziti və satışını ya görməyib, ya da ümumiyyətlə görmək istəməyib. 

Yəhudi politoloq deyib ki, Qarabağa qanunsuz səfəri zamanı bütün təsəvvürləri dəyişib. Əvvəl elə bilirmiş ki, bura məskunlaşmayıb, insanlar acdır, səfildir, amma gəlib əksini görüb. Deyib ki, 150 min erməni Qarabağda gecəsini gündüzə qatıb əkir-biçir, tikir-qurur, qısası, istehsal edir... Aprel toqquşmasından dərhal sonra Qarabağ ermənilərinin böyük qisminin qorxudan Ermənistana qaçdıqlarını İrəvanın özü deyir, biz Azərbaycan yox. Ermənistanın tənəzzül etmiş iqtisadiyyatının kortəbii aqrar təsərrüfata malik Qarabağı daha dərin böhrana sürüklədiyini Ermənistanın ən tanınmış nəşrləri yazır, QHT-ləri, siyasi müxalifləri bəyan edir, biz yox. Elə isə israilli politoloq hansı sürprizlərlə, hansı şirnikləndirici münasibətlə üzləşib ki, İrəvanın dünyaya bəyan etdiyi həqiqətlərin yalan olduğunu iddia edir? Ərazisinin böyük hissəsi minalanan, səngərlərlə əhatələnən Qarabağın bir ovuc insanı nəyi istehsal edib ki, Avigdor Eskin ondan bu qədər feyziyab olub? “Müharibə əhvalından uzaq və ancaq sülh yaratmaq üçün yaşayan erməni icması” yalanını gündəmə sırıyan Eskinə belə bir sual verim: bir halda ki, onun dediyi kimidir, o zaman Azərbaycanla döyüşən, 20-30 min insanı qətlə yetirən, 20 faiz torpaqları işğal edən, ikigündənbir diversant qrupları ilə təmas xəttini yarmağa cəh edənlər, günün 24 saatını atəşi pozanlar bəs kimlərdir? Axı deyirsiniz ki, münaqişə Qarabağ erməniləri ilə Azərbaycan arasındadır, o halda “sülh üçün doğulan və müharibəyə nifrət edən Qarabağ erməniləri” bunu etməməliydi. Bəs kimlərdir Azərbaycan torpaqlarını işğal edən, insanlarını öldürən, Xocalı şəhərinin timsalında son yüzilin ən dəhşətli, lap sizin Xolokost kimi soyqırımını törədənlər? Məncə Eskin kimi təcrübəli politoloq xoşbəxt insanlar arasında özünü cənnətdə hiss etdiyi kimi, adi ədalət naminə bu suallara da cavab tapmalıydı.

Əlbəttə, Eskinin Qarabağda seperatçı rejimin rəhbərləri ilə görüşdə ədalət yadına düşməyib – axı o İsraillə Dağlıq Qarabağ arasında birbaşa körpünün qurulmasına dair şəxsi fikirlərini tərənnüm edirdi...

İsrail Azərbaycanla yaxşı əlaqələrə malikdir – hər halda biz belə düşünürük. İki ölkə arasında sıx ticarət-iqtisadi bağlar mövcuddur. Hətta İsraillə yaxın münasibətlərinə görə bəzi müsəlman ölkələr Bakıya irad da tutur. Elə isə israilli politoloq niyə ermənilərə bu qədər maraq göstərir? Maraq göstərməsi bir yana, seperatçı lider Bako Saakyana da “İsrail Ermənistan və Qarabağ dövlətləri ilə dost əlaqəsi qurmalıdır və Azərbaycanın bu halda nə düşünücəyi məni maraqlandırmır” deyən Avigdor Eskin sanki illərlə İsrailə dost deyən Azərbaycandan nəyinsə əvəzini çıxmaq istəyib. O, bir az da irəli gedərək deyib ki, “erməni olmaq üçün Ermənistanda yaşamalısan” fikri yanlışdır, erməni olmaq üçün Qarabağ “dövlətində” də yaşamaq ermənilərin haqqıdır.

Politoloq Qarabağda olduğu günlər ərzində hər görüşdə ermənilərin qədim tarixindən, zəngin mədəniyyətindən ağızdolusu söz açıb, amma bircə dəfə də olsun ermənilərin Qarabağda nə vaxt və kimlər tərəfindən məskunlaşdırıldığını dilə gətirməyib. Ola bilər tarixi savadı zəifdir bu politoloqun, amma inanmıram…

Bu günlərdə İsrailin keçmiş millət vəkili Aleksandr Tsinker də maraqlı, amma biz azərbaycanlıları çox üzəcək açıqlama verib. Deyib ki, İsrail Azərbaycana silah satanda eyni təklifi Ermənistana da verib. Amma rəsmi İrəvan təkliflə razılaşmayıb və beləliklə, İsrail Azərbaycanla bazarlıq edib. “Ermənistanın müdafiə naziri bildirdi ki, silahlarımız çox bahadır, eynisini Rusiyadan ucuz qiymətə alırlar” deyən keçmiş millət vəkili əlavə edib ki, bu gün də İsrail silah bazarının qapıları Ermənistanın üzünə açıqdır.

Deməli, illik 6 milyard dollar silah satan İsrail üçün, əslində, səmimi dost və ya tərəfdaş anlamı yoxmuş, kimin pulu varsa onunla da yaxşı olmaq istəyirlər. Axı elə şeylər var ki, onu pulla qazanmaq olmur, əziz İsrail insanları…

Bir məsəl var, tez-tez işlədirəm: sən saydığını say, gör fələk nə sayır. Güman ki, İsraillə Ermənistan arasında sıxlaşan bu münasibətlər artıq ilk gündən Təl Əvivin Qafqazda nüfuz qazanmasına qarşı çıxan İranı narahat etməyə başlayıb. İran parlamentinin sədri Laricani erməni həmkarı ilə görüşdə deyib ki, İsrailin Qarabağ münaqişəsinin həlli prosesinə qoşulması ağır fəsadlar verəcək.

Bu yerdə qeyd edim ki, cənab Laricani Azərbaycan və ya Türkiyənin deyil, məhz Ermənistanın parlament sədri ilə bir araya gəlib və dostluq əlaqələrini genişləndirmək yollarını arayıb. Amma Laricaninin fikirlərində ox Ermənistana deyil, Bakıya tuşlanıb. Çünki ilk gündən İran İsraillə Azərbaycan arasında mövcud olan isti münasibətlərin açıq-aşkar əleyhinə çıxıb və hətta Ermənistanla qardaşlaşmalarını da bu acığın nəticəsi olduğunu deyir. Əlbəttə, ola bilər ki, İsrailin birdən-birə Ermənistanla da maraqlanması İranda tamamilə təcrid olunmaq qorxusu yaradıb. Hər halda burada Azərbaycana səmimi münasibətdən söhbət getmir…

Ermənistan Azərbaycan xalqının və dövlətinin tarixi düşmənidir, İran isə minillər boyu bir çoğrafi məkanda yaşasaq da, zaman-zaman müstəmləkəçi yürüşləri ilə dövlətçiliyimizi süquta uğradıb və biz bunu unutmamışıq. Çünki ən azından Azərbaycanın üçdə ikisindən çoxu bu gün İran ərazisindədir. Gizli deyil ki, İranın ilk andan Ermənistanın qəyyumu rolunu öz üzərinə götürməsi bu siyasətin davamıdır. İsrailə gəldikdə, sübut edirlər ki, onlar üçün hər şey ticarətdir, dosta-tanışa ehtiyacları yoxdur. Əlbəttə, öz mövqelərində səmimi və etibarlı olsaydılar, nə İsrail oğulları öz dogma qardaşlarını öldürmək məqsədilə quyuya atmazdı (Yusif peyğəmbəri deyirəm – V.T.), nə də fironun zülmündən xilas edib, 40 il çöllərdə xoşbəxtlik axtarıb, bugünki İsraili onlara bəxş edən Musa peyğəmbərə qarşı çıxmazdılar. Amma bu o demək deyil ki, Azərbaycan öz səmimiyyətini, dostluğunu kimlərdənsə əsirgəyəcək, əsla. Qonaqpərvərlik, düşməni belə süfrəmizdə oturtmaq, yalnız dost, qardaş olmaq biz azərbaycanlıların qanındadır. Amma dost dediklərimizin də insafı olsun…

 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.07.2017
20.07.2017