Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Qaçaq Süleyman” işıq üzü gördü
Tarix: 30.06.2017 | Saat: 19:30:00
Bölmə:Sosial | çapa göndər

Tarixçi-tədqiqatçı Vaqif Rüstəmovun ustalıqla qələmə aldığı “Qaçaq Süleyman” və “Səsvermə qaya” romanları işıq üzü görüb. Azərbaycan Yazıçılar Birliyi Şirvan bölgəsinin sədri şair-publisist Sərvaz Hüseynoğlunun redaktorluğu ilə “Yazıçı” nəşriyyatında kitab şəklində nəfis üsulla çap olunmuş bu əsər ötən əsrin əvvəllərində Cəbrayıl qəzasının Daşkəsən kəndindən bəhs edir. Əsərin siyasi xətti kənddə yaşayan insanların həyat təcrübəsindən götürülmüşdür. 

Yazıçının Cəbrayıl qəzasında baş vermiş hadisələri qələmə almaqda məqsədi qədim tarixi köklərə malik maddi-mədəni irsi, zəngin etnoqrafiyası olan Daşkəsən kəndinin həyat salnaməsini göstərməkdir.
Belə ki, XIX əsrin ortalarında kapitalizm dövründə manufakturadan maşınlı dəzgahlara keçən Daşkəsən kəndinin iş adamları əsas istehsal vasitəsi kimi toxuculuq, ipək fabrikləri, od və buxar dəyirmanlarının tikilib-istifadəyə verilməsinə nail olmuşlar.
Çarizmin Cənub Qafqazda həyata keçirdiyi islahatlar, inzibati ərazi bölgü siyasəti, yerlərdə məmur özbaşınalığı adıçəkilən kənddə də tətbiq edilmişdir. Zaman-zaman yadelli basqılara, ədalətsiz müharibələrə sahiblik edən Daşkəsən kəndi böyük tarixi yol keçmişdir. Xatırladaq ki, XIX əsrin 40-cı illərində ədalətsiz vergi siyasəti, mülkiyyət hüquqlarının pozulması Azərbaycanın bütün qəzlarında güclü kəndli üsyanına çevrilməsinə zəmin yaratdı. “Qaçaq hərəkatı” adı altında üsyanlara başçılıq edən Qaçaq Nəbi, Qaçaq Kərəm, Qaçaq Süleyman kimi xalqın igid oğulları çarizmin zülmünə, imperiya tərəfindən Azərbaycan torpaqlarında “müvəfəqqəti məskunlaşdırılan” silahlı erməni qüvvəllərinə qarşı mübarizə aparırdılar. Çarizmi yerlərdə təmsil edən məmur özbaşınalıqlarından bezmiş xalq ədalətsizlikləri dəf etmək naminə mübarizəyə qalxdı. Bu dönəmdə Qarabağda, xüsusən də Şuşa və Cəbrayıl qəzasında 25 il mübarizə aparmış Qaçaq Süleyman ətrafına yığdığı igid silahdaşları ilə zülmkarlara qarşı haqq uğrunda vuruşaraq, xalqın inamını qazanmış və onların güvənc yeri olmuşdur. Quldur talanlarına, erməni daşnakların hücumlarına məruz qalan Daşkəsən kəndi də bu mərhələləri keçmişdir. Mənfur qüvvəllərə qarşı birlik göstərən Daşkəsən camaatı quldur dəstələrinin talançılığına imkan verməmiş, əksinə, ətraf kəndlərin müdafiəsində də dayanmışlar.
Əsərin adından da göründüyü kimi, çətin məqamlarda yerli əhaliyə dəstək olan Qaçaq Süleyman öz dəstəsi ilə hər zaman insanların köməyinə gələrək, onları müdafiə etmişdir. Yeri gəlmişkən qeyd edək ki, qədim tarixi köklərə malik Daşkəsən kəndində yaşayan insanların torpağa, vətənə olan sevgi əsərin qayəsidir. Bununla da bu əsərdə Vətənin ağır günlərində quldur dəstələrinə, mənfur erməni silahlı birləşmələrinə qarşı birlik nümayiş etdirib çarpışan kənd camaatının hünəri mövzusunda oxuculara əhatli şəkildə çatdırılıb.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.11.2017
22.11.2017
“Ərdoğanla Putin bir-biri ilə ən yaxşı anlaşan liderlər hesab edilir” - Hasan Oktay
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev
"Erməni məzarları üzərində tikilmiş ayaqyolu sökülməyəcək" - Atif Çiçəkli
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi
“Bu il 750 avtobus əsaslı təmir olunaraq yenidən xəttə buraxılıb” – Mais Ağayev
“Lirə və rublun məzənnəsinin dəyişməsi manata təsir edir” – Vüqar Bayramov
“Neftin qiymətlərinin artması bizi arxayınlaşdırmamalıdır” – Fikrət Yusifov
Yeni ildə 5 gün iş olmayacaq
“Bulvar İdarəsi yeni illə bağlı “Tədbirlər planı” hazırlayır” – APARAT RƏHBƏRİ
Tac Mahalı erməni mühəndislər layihələndirib? - Ram Nath Kovind