Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Kasprşik Azərbaycanda arzuolunmaz şəxs elan olunmalıdır” – Üzeyir Cəfərov
Tarix: 06.07.2017 | Saat: 14:12:00
Bölmə:Siyasət | çapa göndər

Qondarma Dağlıq Qarabağ Respublikasının əldəqayırma müdafiə nazirliyinin “sözçüsü” Senor Asatryan ötən gün Alxanlı kəndində erməni əsgərləri tərəfindən qətlə yetirilən yaşyarımlıq Zəhra Quliyevanın və nənəsinin ölümü ilə bağlı fikir səsləndirib. O, Zəhranın ölümünə görə özlərində məsuliyyət hiss etmədiklərini deyib.

Həyasızlığın son həddini nümayiş etdirən Asatryan Füzulinin Alxanlı kəndində sivil insanları hədəfə almalarına və 3 qadının atəşə tutulmasına bu cür azğın münasibət bildirib:

“Başqalarının günahına görə uşaqlar həlak ola bilərlər. Qarşı tərəfi biz vurmuşuq və yaxşı da etmişik".

Senor Asatryanın bu bəyanatına münasibət bildirən hərbi ekspert Üzeyir Cəfərov deyib ki, Asatryanın bu cür sərsəmləməsinə təəccüblənmir. Çünki o, ermənidir və Xocalıda xalqımızın başına min bir müsibət gətirən adamdan başqa heç nə gözləmək olmaz:

“Asatryan deyir ki, 2 yaşlı uşağın ölümünə görə təəssüflənsə də, baş verənlərə görə təssüf hissi keçirmir. Hətta mülki şəxslərə atəş açılmasına “yaxşı etmişik” ifadəsi ilə bərat qazandırır. Üstəlik qeyd edir ki, böyüklərin əməllərinə görə çox vaxt uşaqlar əzab çəkir. Bu nə cür zehniyyətdir bilmirəm. Asatryan danışmasa daha yaxşı idi. Çünki ermənilər bu cür situasiyalarda danışdıqca batırlar. Ümumiyyətlə, onlardan kişilik, mərdlik gözləmirəm. Özüm vaxtilə Alxanlı kəndində döyüşlər gedən vaxtı briqada komandirinin müavini olmuşam. Həmin kənd təmas xəttindən xeyli aralıdır. Deməli, onlar bilə-bilə mülki şəxsləri atəşə tutublar. Ümid edirəm ki, onlar tezliklə bu hadisəyə görə cavab verməli olacaqlar. Tezliklə bunun şahidi olacağıq. Çünki iki yaşlı uşağın ölümü cavabsız qalarsa, onlar daha betərini həyata keçirməkdən çəkinməyəcək. 2011-ci ildə 9 yaşlı Fariz Bədəlovun Ağdamın Qərvənd kəndində, ondan bir müddət sonra Tovuzda  azyaşlı Aliyə Şıxməmmədovanın erməni təxribatının qurabanı olmasını ölkə daxilində işıqlandırsaq da, yetəri qədər beynəlxaq aləmə çatdıra bilmədik. Ona görə də bu gün erməni tərəfi yaş yarımlıq Zəhra balamızın başına bu müsibəti açdı. Hesab edirəm ki, nənəsinin və Zəhra Quliyevanın erməni yaraqlıları tərəfindən qətlə yetirilməsini beynəlxalq aləmin diqqətinə çatdırmalıyıq. Dünya buna görə Ermənistanı qınamalıdır”.

Üzeyir Cəfərov ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin cəbhə bölgəsinə gedərkən Quliyevlər hadisədə iki mülki şəhid verən Quliyevlər ailəsinə etdiyi hörmətsizliyə də toxunub. Kasprşikin  hərəkətlərinin ona toxunduğunu deyib:

“Anjey Kasprşik ötən gün əsgərlərlə birgə cəbhə xəttinə gedib, amma qaçqınlarla görüşməyib. Əgər qorxurdusa rayonun icra hakimiyyəti nümayəndələri ilə birgə iki yaşlı Zəhranın və ermənilərin atəşi nəticəsində öldürülən nənəsinin ailəsinə başsağlığı verə bilərdi. Necə olur erməni əsgər öləndə Kaspşik başsağlığı verir amma mülki şəxsin ölümünə susur?! Kaspşik şərəfsizdir, bunu dərk etməliyik. Hesab edirəm ki, Azərbaycan hökuməti onu presona –non qrata – arzuolunmaz şəxs elan etməlidir. Müdafiə Nazirliyi isə iyulun dördündə baş verən hadisələrlə bağlı təkcə daxili auditoriyanı məlumatlandırmamalıdır eyni zamanda, ölkəmizdə fəaliyyət göstərən səfirliklərin hərbi attaşelərini bu barədə məlumatlandırmalıdır. Diplomatlara ermənilərin 2 yaşlı körpəni qanına qəltan etməsi barədə məlumatları çatdırmalıdır. Onların cəbhə bölgəsinə səfərlərini təşkil etməlidir”.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.09.2017
19.09.2017
18.09.2017