Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Yasamal sakinləri “Xruşşovka”ların sökülməsinə etiraz edir - FOTOLAR
Tarix: 06.07.2017 | Saat: 16:44:00
Bölmə:Reportaj | çapa göndər

Yasamal rayonu Şərifzadə 162 ünvanında "Xruşşovka" tipli binada yaşayan əllidən artıq sakin mənzillərinin tikinti şirkəti tərəfindən sökülməsinə dair etiraz aksiyası keçirib.

Hafta.az-ın hadisə yerindəki əməkdaşının verdiyi xəbərə görə, sakinlər evlərini söküb yerində təzə, müasir görünüşlü mənzil ucaltmaq istəyən “Qismət” və “SKY” MMC şirkətlərinin pilot layihə söhbətinə və şirkətin vədlərinə inanmadıqlarını deyir. Sakinlərin əsas tələbi isə dövlətin pilot layihəsi olan sənədin – sərəncamın indiyə qədər onlara göstərilməməsidir.

Binada yaşayanlar iddia edir ki, adıçəkilən şirkətlər dövlətin adından danışaraq öz kommersiya məqsədləri üçün bina tikmək qərarına gəliblər və ona görə də onların mənzillərini sökmək istəyirlər.

Əldə etdiyimiz məlumata görə, ilkin mərhələdə 3 bina söküləcək. Sonrakı prosesdə daha 3-4 binanın sökülərək yenisi ilə əvəz olunması həyata keçiriləcək. Artıq yeni binaların layihə-planları da təsdiq olunub.

Binada yaşayan sakinlər adından danışan Azər adlı şəxs hafta.az-a açıqlamasında bildirib ki, tikinti şirkətinin onlara təklif etdiyi aylıq məbləğ də çox azdır:

“Kirayə pulu haqqında mənzillərin kvadratına görə məbləğlər dəyişir. 3 otaqlı evə görə 350 manat çox azdır. Mənə deyir evlərin tikintisi başa çatana qədər get Günəşlidə, Əhmədlidə qal. Nəyə görə Yasamalı qoyub orada qalmalıyam. Əgər bina tikmək istəyirlərsə, Yasamaldakı mağazaları, marketləri söküb yerində bina tiksinlər. Bizi oraya yerləşdirdikdən sonra gəlib bu binanı söksünlər. Yoxsa çıxmaq fikrimiz yoxdur. Ona görə ki, bunlara etibar etmirik”.

Digər bir Yasamal sakini isə iddia ki, tikinti şirkətləri layihəninin pilot olduğunu sübut edə bilmir və ya həmişə sərəncamı göstərin – deyəndə boyun qaçırırlar:

“Deyir ki, pilot layihədir. Pilot layihədirsə, bizə ölkə rəhbərinin sərəncamını göstərsin, göstərmir. Köhnə icra başçısının əmrini göstərir. Həmin icra başçısı da işdən azad olunub. Sabah bunlar fırıldaqçılıq etsələr haqqımızı kimdən tələb edəcəyik. Ona cavab verə bilmirlər”.

Bir qədər sonra əraziyə gələn tikinti şirkətinin layihə icraçısı bildirdi ki, bu binalar 1963–cü ildə tikilib. Həm qəzalı vəziyyətdədir, həm də şəhərin görkəminə xələl gətirir. Dövlət də qərara gəlib ki, pilot layihə ilə burada müasir görünüşlü binalar tikilsin:


“Həmin binada bu şəxslərə mənzil veriləcək. Özü də kvadrat məsələsində yeni binadakı evləri daha geniş olacaq. Yəni, 30 kvadratmetr evi olan şəxsə minimum 46 kvadratlıq mənzilin açarları təqdim ediləcək. Bu da 16 kvadrat əlavə sahə deməkdir. Bundan başqa, vətəndaşlar razı olacağı təqdirdə onlara 3 otaqlı mənzilə görə 350 manat aylıq kirayə pulu veriləcək. İkiotaqlı mənzilə 300, bir otaqlı evə görə 250 manat nəzərdə tutulub. Əşyalarının daşınması, onların yerləşdirilməsi də pulsuz həyata keçiriləcək. Kirayə müqavilələrini iki il müddətinə bağlayırıq. Amma binaların tikintisi bir il müddətinə nəzərdə tutulub”.

Şirkət rəhbərliyi iddia edir ki, sakinlərlə onların arasındakı narazılıq isə bəzi şəxslərin evlərindən köçürülməsi müqabilində daha artıq mənzil sahəsi və ya pul istəməsidir. Sakinlər isə həmin şəxslərin adlarını tələb edəndə tikinti şirkəti ad çəkməkdən imtina etdi.

İş icraçısının sözlərinə görə, artıq bir neçə sakinlə şərtlər razılaşdırılıb. Hazırda 6 sakinin mənzili boşaldılıb. Onlar Əhmədlidə və başqa yerlərdə evlə təmin olunublar. Şirkət əməkdaşları sonda onu da bildirdilər ki, sakinlər nə qədər tez razılaşsalar yeni binalara bir o qədər tez köçəcəklər. Baxın, binanın qəzalı vəziyyətdə olması haqqında FHN-nin sənədi də var. Onsuz da burada yaşamaq olduqca təhlükəlidir. 

 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.11.2017
22.11.2017
“Ərdoğanla Putin bir-biri ilə ən yaxşı anlaşan liderlər hesab edilir” - Hasan Oktay
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev
"Erməni məzarları üzərində tikilmiş ayaqyolu sökülməyəcək" - Atif Çiçəkli
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi
“Bu il 750 avtobus əsaslı təmir olunaraq yenidən xəttə buraxılıb” – Mais Ağayev
“Lirə və rublun məzənnəsinin dəyişməsi manata təsir edir” – Vüqar Bayramov
“Neftin qiymətlərinin artması bizi arxayınlaşdırmamalıdır” – Fikrət Yusifov
Yeni ildə 5 gün iş olmayacaq
“Bulvar İdarəsi yeni illə bağlı “Tədbirlər planı” hazırlayır” – APARAT RƏHBƏRİ
Tac Mahalı erməni mühəndislər layihələndirib? - Ram Nath Kovind