Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bir şəklin sirri - qəzada həlak olan Aysel Quliyevanın həyatının - ŞOK DETALLARI
Tarix: 06.07.2017 | Saat: 19:30:00
Bölmə:Sosial | çapa göndər

Çətin işlərdən biri də faciə yaşayan birinə yaxınlaşıb “dərdindən yazmağa gəlmişəm” deməkdir. Çətinliyi gözə alıb bir neçə gün əvvəl qəzada həyatını itirən 32 yaşlı Aysel Quliyevanın doğmalarının evinə yollandıq.

Sıradan qəza xəbəri kimi oxuyub-keçdiyimiz bir xəbər, əslində, bir nəslin faciəsi, bir ailəyə ömürlük dağ olur. Eyni ilə Zəngilanın sayılıb-seçilən Quliyevlər nəslinin yaşadığı dərd kimi.
İndi bu ailənin ağrısını ömürlərinin sonuna kimi çəkəcəkləri böyük bir dərdi var. Ayselin qısa ömrü ilə tanış olduqca bu itkinin bir evdən deyil, bir eldən getdiyinin fərqinə varırsan. Çünki Aysel ailəsinin seviml övladı olmaqla yanaşı, el-obasının ziyalısı, ölkəsinin vətənpərvər qızı idi.

Nəsillə gələn bacarıq

Ondan başlayaq ki, Aysel Böyük Vətən müharibəsi qəhrəmanı Vəli Quliyevin nəvəsidir. O Vəli Quliyev ki, Zəngilan kənd orta məktəbi onun adını daşıyıb. “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif olunub.
Nənəsi isə tanınmış həkim Əfşan Quliyeva nəinki Zəngilanda, bütün Qarabağ bölgəsində böyük nüfuz sahibi olub.
Atası Ruslan Quliyev isə uzun müddət Zəngilan Dəmir Yolu Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. Hazırda yaşı ilə əlaqədar təqaüdə çıxıb.


Anası İradə Eminova kimyaçıdır. 13 saylı Peşə Tədris Məktəbində kimya fənnini tədris edir. Mərhumənin bir bacısı və bir qardaşı var.
Zəngilan rayonunu ermənilər işğal etdiyi üçün ailə “Montin” qəsəbəsində məskunlaşıb.
Aysel Quliyeva da 1985-ci il, iyulun 11-də Zəngilanda dünyaya gəlib. O, Bakı Dövlət Universitetinin biologiya fakültəsini bitirib. İlk iş yeri Zəngilan rayon 28 saylı məktəb olan Ayseli 3 il sonra 34 saylı orta məktəbə tədris hissə müdiri təyin edirlər. O, pedaqoji kollektivin və şagirdlərin sevimlisi olub.
Qısa həyatında Aysel faciə yaşayıb, toyuna az qalmış nişanlısı Moskva şəhərində avtomobil qəzasında dünyasını dəyişib. Sevdiyi insanın ölümü Aysel üçün çox böyük itki olub. Bundan sonra o, özünü yaxınlarına və işinə həsr edib.

Sevgidolu məktublar...

Evdə hər şey Ayselin qoyub-getdiyi kimidir. Hətta ondan sonra da yeməklər Ayselin zövqü ilə hazırlanır. Dəyişən hər yerin onun şəkilləri ilə bəzədilməsidir – sanki toy evi kimi…
Anası İradə xanımın dedikləri: “Bu cür ürəyə sahib, belə cəsarətli qız çox yaşaya bilməzdi. Çox fərqli idi Aysel. 2011-ci ildən tədris hissə müdiri işləyir. Məktəbə çatan kimi sinif otaqlarına baş çəkir, şagirdlərlə görüşürdü. Evdə heç nə danışan deyildi, amma mən bilirdim onu çox sevirlər. Nə qədər ərköyün idisə, işində bir o qədər məsuliyyətli idi. Şagirdlər onu çox sevirdi. Qəzadan sonra maşınından çıxan məktubları oxuyub şok oldum. Bu boyda sevgimi olardı? Bütün məktublarında da “Allah sizi qorusun” yazıblar”, – deyir İradə xanım.
Və ortaya Ayselə yazılan şagird məktubları gəlir. Hamısından sevgi yağır. İndi onlar İradə xanım üçün təsəlli məktublarıdır.

Şagirdlərinin sevimlisi

Hələ uşaq yaşlarından ailənin digər övladlarından fərqlənən Aysel aktivliyi ilə həmyaşıdlarından da seçilib. İradə xanım deyir Ayseldən həmişə arxayın idim: “Ən çətin məqamdan da üzüağ çıxacağına inanırdım. 57 saylı məktəbdə oxuyurdu, getmişdim valideyn iclasına. Müəlliməsinə yaxınlaşdım, dedim Aysellə Günelin anasıyam. Müəllim təəccübləndi dedi bəyəm onlar bacıdır? Günel nə qədər sakit, təmkinli idisə, Aysel bir o qədər aktiv idi. Nənəsinin, atasının yolu ilə getmək, həkim olmaq istəyirdi. Elə oldu ki, Bakı Dövlət Universitetinin biologiya fakültəsinə qəbul oldu.


Zirəkliyinə, qoçaqlığına görə “zavuç” təyin elədilər. Sıradan “zavuç” deyildi, şagirdlərinin dostu idi. Hər səhər sinfə girib uşaqlarla qucaqlaşıb görüşürdü”.
Dürüstlüyü ilə seçilən Aysel hətta anasının istəyinə qarşı da çıxırmış: “Bir dəfə dedim, məktəbdə müəllim yeri varsa, mənə də dərs ver, elə səninlə maşınla gedib, gələrəm. Dedi heç vaxt. Sən mənə arxayın olub bir gün deyəcəksən başım ağrıyır, bir gün hansısa işin çıxacaq. Mənə arxayın olub işə gecikəcəksən. Səni işə götürməklə fəaliyyətimə kölgə sala bilmərəm. Bu dərəcədə dürüst idi Aysel...”.

“Aysel hamını çox istəyirdi”

Bir dəfə şagirdlərindən hansısa demişdi ki, təzə paltar almağa imkanımız yoxdur, “Son zəng”də iştirak edə bilməyəcəm. Aysel eşidən kimi o şagirdə təzə paltar aldı. Şagirdlərinin hamısını sevirdi, bu, təkcə şagird-müəllim sevgisi deyildi, insanın doğmasına olan istəyi idi. Aysel hamını çox istəyirdi.


Qonşuda fiziki qüsurlu uşaq var idi. Yay idi, dağa, dənizə gedirdi, uşaq oturub həyətdə qalmışdı. Aysel görən kimi dedi hazırlaşın sizi aparıram dənizə. Həftədə 3 dəfə o uşağı dənizə aparırdı, baxmayaraq ki, Aysel evdə çox tənbəl idi, enerjisini ancaq işinə sərf edirdi. Mələk kimi idi qızım. Heyf oldu balam. Heç nədən getdi həyat dolu, sevgi dolu qızım”.

“Həkimlər əllərindən nə gəldisə etdilər...”

Cəsarəti ilə çoxlarını təəccübləndirən Aysel təyyarədən, metrodan qorxurmuş. Buna görə də heç vaxt metrodan istifadə etməzmiş. Odur ki, evdəkilərin də məsləhəti ilə 2009-cu ildə özünə avtomobil alır və başına məlum faciə gələnə qədər bir dəfə də olsun nə qəza keçirib, nə də cərimələnib.
Elə qəza keçirəndə də çoxları vəziyyətin ciddi olduğuna inanmayıb. İradə xanım deyir ki, xəbəri eşidəndə qızının vəziyyətinin təhlükəli olduğunu düşünməyib: “Aysel inanclı idi. Oruc tutub namaz qılırdı. Həmin gün də oruc tutmuşdu. Günorta işdən evə gəldim tez nahar etmək istədim ki, o, işdən gələnə qədər yeməyimizi bitirək ki, evdən bişmişin iyi onu vurmasın.


Gördüm zəng gəldi, Təhsl Nazirliyinin əlaqələndiricisi Nəsib müəllim idi. Başladı Ayseli soruşmağa. Gördüm söhbəti uzadır, nəhayət, başa düşdüm dedim sözlü adama oxşayırsınız. Ondan sonra dedi ki, bəs Aysel qəzaya düşüb, amma narahat olma, yüngüldür, dizi sıyrılıb, “Neftçilər” xəstəxanasına aparıblar, biz gedirik, siz də gəlin. 2009-cu ildən Aysel avtomobil sürür, hələ bir dəfə olsun “naruşeniya” etməyib. Arxayın oldum ki, qəza edibsə də yüngüldür, yəqin.
Ona görə də atasına dedim, sən özün xəstə adamsan (Ruslan həkim hadisədən əvvəl ürəyindən əməliyyat olunub – red.) getmə, qal evdə. Oğlumla getdik...
Taksi ilə Moskva prospektindən keçəndə gördük, uzun tıxac var, heç demə, qəzaya görə imiş. Ayselin düşdüyü qəzaya görə. Sonra atası da gəldi ardımızca, o, görmək istəmədi, amma mən getdim gördüm balamı. Bir salamat yeri yox idi qızımın. Fövqəladə Hallar Nazirliyinin adamları maşını kəsib çıxarmışdılar Ayseli oradan.
Biz xəstəxanaya çatanda süni nəfəs aparatına qoşulmuşdu. Bizə demişdilər ki, vəziyyəti çox ağırdır. Hər yeri zədələnmişdi. Təkcə sağ ayağı salamat idi. Görəndən inanmırdım ki, ayılacaq. Ələ gələn orqanı yox idi. Reanimasiyada əməliyyatdan sonra keçinmişdi. Həkimlər əllərindən nə gəldisə etdilər, ayılacağı mümkün deyildi.
Tez alışdı, tez də söndü. Hərdən fikirləşirəm ki, o cür insan çox yaşaya bilməzdi. Nə qədər dürüst idi. Bu evdə heç kəs haqqında mənfi fikir söylənilə bilməzdi, Aysel qoymazdı...”.

Nənəm üçün darıxıram

Artıq Ayselin 40 mərasimi yaxınlaşır. Bu müddət ərzində ev onu tanıyanlarla dolub-boşalıb. Hamıdan çox şagirdlərinin təsirləndiyini deyirlər: “O, ölən gün şagirdləri burada ağı deyirdi. Şagirdlərdən biri həmin günün ertəsi dərsə getməyib sonra məlum olub ki, Mehdiabaddan Günəşliyə Ayselin qəbrini ziyarətə gedibmiş”.

Sağlığında olduğu kimi, indi də şagirdləri Ayselə məktublar yazır, onu çox sevdiklərini, dərsə dönməyini istəyirlər... Ayselin atası Ruslan həkimin anası Əfşan həkim şəkili olub. Aysel atasına bu il onu Şəkiyə aparacağına söz veribmiş. Qismət olmayıb.
İradə xanım deyir ki, bir neçə gün əvvəl dedi ki, nənəm üçün çox darıxıram: “Onun əşyalarını saxlayırdı. Sumkasını, dərmanını. Bu dünyanın adamı deyildi sanki...
Dörd rəfiqə idilər, orta məktəbdən ali məktəbə qədər bir yerdə olublar. İndi də sağ olsun rəfiqələri bizi tək qoymurlar. Ona sevinirəm ki, qısa ömür yaşasa da, istədiyi kimi yaşadı Aysel. Atası həmişə deyirdi arxam, dayağım Ayseldir. Heç nədən qorxusu, hürküsü yox idi. Çox çətindir. Yeri görünür qızımın, hara baxıram onu görürəm”.
Ailə üzvləri Ayselin qəbir daşı üçün şəkil seçərkən qəribə mənzərə ilə rastlaşıblar.
Anasının dedikləri: “Aysel şəkil sevən idi. Hər yerdə şəkillər çəkdirib. Ötən il yayda, qayalıqlarda şəkil çəkdirib. Şəkilə baxanda gördüm Ayselin üstündə dayandığı daşın üzərində onun ölüm tarixi - 31.05 yazılıb. Bu bir təsadüfdür, nədir bilmirəm. Ötən il iyunun 26-da gediblərmiş ora. Şəkil çəkiləndən təxminən bir il sonra daşın üzərinə yazılan vaxtda - mayın 31-də Aysel dünyasını dəyişdi”.

Doğum günü ilə 40 mərasimi eyni gündə

32 yaşlı Aysel Quliyeva hələ sağlığında həyatının böyük faciəsini yaşayıb. 2007-ci ildə tələbə ikən onun nişanlısı da elə orucluq vaxtı yol qəzasında dünyasını dəyişib. Həmin vaxtdan sonra Aysel ona gələn evlilik təkliflərini rədd edirmiş.
İyulun 11-də növbəti doğum günündə isə doğmaları onun 40 mərasiminə toplaşacaq. Həm doğum gününü, həm də 40 mərasimi qeyd olunacaq.
İndi Quliyevlər ailəsinin təsəllisi Ayselin qısa ömrünün miqyası böyük əməlləri, şagirdlərinin hələ sağlığındaykən ona yazdığı qucaq dolusu məktubları və xoş xatirələridir. Yerin behişt olsun elindən gedən qız...


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.11.2017
21.11.2017
BakuBus avtobusunun salonundan qədim pullar tapıldı
“Ərdoğanla Putin bir-biri ilə ən yaxşı anlaşan liderlər hesab edilir” - Hasan Oktay
"Erməni məzarları üzərində tikilmiş ayaqyolu sökülməyəcək" - Atif Çiçəkli
“Sözə həmişə qənaət etməyə çalışmışam” - ƏDƏBİ DÜŞÜNCƏ
“Bu il 750 avtobus əsaslı təmir olunaraq yenidən xəttə buraxılıb” – Mais Ağayev
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi
Gürcüstandakı soydaşlarımız ana dilində dərslik çatışmazlığı ilə üzləşiblər
Qazaxıstanın müstəqilliyinin simvolu - təngə
“Neftin qiymətlərinin artması bizi arxayınlaşdırmamalıdır” – Fikrət Yusifov
“Bulvar İdarəsi yeni illə bağlı “Tədbirlər planı” hazırlayır” – APARAT RƏHBƏRİ
“Evlənəndə məni ölümdən qurtaran yəhudi həkimdən xeyir-dua aldım” – Zəlimxan Məmmədli
“Son gecəsində səhərədək atamın yanında qaldım” – Mərhum prezidentin qızı
“Nə özümü nə də başqa birini bədbəxt etmək istəmirəm” – MİNTAC ELSEVƏR
"Həftə içi" qəzetinin əməkdaşı yol qəzasında həlak oldu
Nizami rayonunda yaşıllığı məhv edib obyekt tikirlər – FOTO-VİDEO
“Zəngilanla bağlı səhifəni oranı görməyən gənclər də maraqla izləyir” – Təranə Şükürlü
“Budapeşt mələyi” tamaşaçıların ürəyini parçaladı - FOTO
Bir nömrənin izi ilə - İcra Hakimiyyətindən gözəllik salonuna…
“Avstriya və Macarıstanda “Soros”un bağlanmasının iki səbəbi var” – Elnur Soltanov
Sərdar Cəlaloğlu yeni elm sahəsi yaratdı – EKSKLÜZİV