Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Dünya elminə onlarca töhfə vermiş rəsədxanadan REPORTAJ
Tarix: 10.07.2017 | Saat: 15:18:00
Bölmə:Reportaj | çapa göndər

Bu dəfə yolumuzu Şamaxıdan, daha doğrusu, burada yerləşən Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından (ŞAR) salacağıq. 1959 –cu ildən bəri fəaliyyət göstərən bu məkan indi daha yaraşıqlı görkəmdədir. Ölkə rəhbərliyinin müstəqillik illərində bu elm-tədqiqat sahəsinə ayırdığı vəsaitlər onun gözəlliyinə bir başqa fiziki cazibə qatıb.

 Bizi rəsədxananın girişində buranın əməkdaşı Müşfiq Hüseynov qarşıladı. İlk olaraq 30-dan artıq elmlər nazmizədin, 10-a yaxın elmlər doktorunun müxtəlif sahələr üzrə tədqiqat işləri üzrə araşdırmalar apardığı böyük teleskopla tanış etdi. Müşfiq Hüseynov bildirdi ki, həmin teleskop 1970 –ci ildə quraşdırılıb. Müşfiq müəllim deyir ki, buradakı teleskopun diametri 70 sm-dir. Dünyadakı ən böyük teleskopun şüşüsinin çevrə diametri isə 10 metrdir:

“Bizim bu teleskopla ay bədrlənən vaxtı, yəni Ay nazik aypara formasını alanda yerin yeganə peykində araşdırma aparmaq imkanlarımız olur. Bu teleskopla aya 500 metrə qədər yaxınlaşa bilirik. Buradakı dağları, çuxurları görə bilirik. Digər vaxtlarda isə bu aparatla bunu görmək mümkün deyil. Bu teleskop ADR-də istehsal olunub. “Lomo” firmasının məhsuludur”.

Biz orada olarkən Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyinin (DANİB) üzvləri də rəsədxananı ziyarətə gəlib Müşfiq müəllimi dinləyənlər arasında idi. Gənclər rəsədxana işçisinə onları maraqlandıran suallar ünvanlayır. Müşfiq müəllim də həvəslə və tələsmədən sualları cavablamağa çalışır. Növbəti sual isə mənimdir. Soruşuram ki, rəsədxananın nə kimi elmi naliyyətləri var. Buradakı elmi kəşflərin dünya elmindəki yeri nədir. Müşfiq müəllim hafta.az-ın əməkdaşının bu sualına da ətraflı cavab verməyə çalışır:

Buradakı tədqiqatlar nəticəsində spektral xətdə şüaköçürmə tənliyinin hərəkət edən mühitdə həlli üçün proqram yaradılıb. Günəş aktivliyinə planetar təsirin yeni modeli təklif edilib.Həmçinin ideyanı realizə etmək üçün proqram yaradılıb. Üç ölçülü halda xətti olmayan hirodinamika tənliklər sisteminin soliton həlləri də məhz rəsədxanamızdakı araşdırmalar sonunda tapılıb. Uyğun həyacanlaşma tənliyi həll edilib. Böyük həcmli actronomik ədədlər bazasını internetdən çəkib gətirən və avtomatik olaraq spektral analiz edən proqram yaradılıb  və s. Sadalamaqla bitməyəcək. Bir sözlə, dünya elmində öz çəkisi, xüsusi yeri olan naliyyətlərimiz var. Bununla qürur duyuruq”.

Sovet dövründə rəsədxananın niyə məhz Şamaxıda tikilməsi sualımıza cavab verən Müşfiq müəllim bildirdi ki, o vaxt Moskva rəsədxananın tikilişindən bir xeyli əvvəl Azərbaycanın bir sıra dağlıq yerlərində araşdırma aparıblar. Laçında, Kəlbəcərdə, Qubada... Amma ilin 365 günündən 200-ü Şamaxıda buludsuz, gecələri aydın, havası nisbətən küləksiz, rütubət az olduğu üçün rəsədxananın da Şamaxıda tikilməsi qərara alınıb.

Sonra 2008 – ci ildə rəsədxanada yaradılan muzeylə bizi tanış edən qurum əməkdaşı bildirdi ki, rəsədxanada Aydakı Azərbaycanla bağlı kraterlər, Azərbaycan ərazisinə düşmüş meteroid, Nəsrəddin Tusi ilə bağlı sənədlər sərgilənir.

Muzeydə olanlar Müşfiq müəllimin başına toplaşır. Dünya astranomiya elmində Yardımlı meteroiti kimi tanınan səma cismi məhz burada saxlanılır. Çəkisi 127 kiloqramdır. Müşfiq müəllim deyir ki, 1959 –cu ildə Yardımlı rayonunun Aruz kəndinə düşüb:

“Bunu Məhəmməd adlı bir kənd sakini tapıb. Oğlu Şamaxıya – rəsədaxnaya gələndə danışmışdı bizə. Deyirdi ki, tapan şəxs meteroidi düşdüyü yerdən çıxarıb. Arabalarla minbir zülmlə gətirib evinin zirzəmisinə qoyur. Sabah Lerikin raykom katibi gəlir, meteroidə baxır. Meteroid Moskvaya – tədqiqata göndərilir. Bunu tapdığına görə isə sovet hökuməti Məhəmməd kişiyə 100 rubl mükafat və bir dəst kostyum verir. Tərkibində 2 faiz ferrium, 6 faizdən yuxarı nikkel, 0, 4 faiz kobalt var. Meteroidlərin düşdüyü yer çox vaxt almaz, qızıl yataqlarına çevrilir. Bunun üçün əsrlərlə vaxt lazımdır”.

Sonra divarlardakı fotolara baxırıq. Divarda 2698 nömrəli “Azərbaycan” adı verilmiş krateri görürük. Azərbaycanla bağlı kraterlər bununla da bitmir. "Hüsey Cavid”, “Quba”, “Nizami Gəncəvi” adında fəzada bir neçə krater var.

Bundan başqa sovet dövründə mini teleskoplar, astronomiya atlasları da muzeydə sərgilənir. Nəsrəddin Tusinin əsərlərinin əlyazmasından danışan Müşfiq Hüseynov bildirir ki, Amerika qitəsi məhz onun riyazi hesablamaları və tərtib etdiyi xəritədən sonra kəşf olunub. Onun əlyazmaları hazırda İranda, Almaniyada, İngiltərədə sərgilənir.

Beləcə Tusinin adını daşıyan Şamaxı Astrofizika Rəsədxanası ilə sağollaşıram. Mən giriş qapısından bayıra çıxanda nə qədər turistin rəsədxananın içərisinə daxil olduğunu gördüm.

P.S: Müşfiq müəllim muzeyi ziyarət zamanı demişdi ki, rəsədxana turist ziyarətindən heç bir gəlir götürmür. 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.11.2017
23.11.2017
“Ərdoğanla Putin bir-biri ilə ən yaxşı anlaşan liderlər hesab edilir” - Hasan Oktay
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi
"Erməni məzarları üzərində tikilmiş ayaqyolu sökülməyəcək" - Atif Çiçəkli
“Bu il 750 avtobus əsaslı təmir olunaraq yenidən xəttə buraxılıb” – Mais Ağayev
Gəlin, ailə mədəniyyətini birlikdə qoruyaq
“Neftin qiymətlərinin artması bizi arxayınlaşdırmamalıdır” – Fikrət Yusifov
Yeni ildə 5 gün iş olmayacaq
“Lirə və rublun məzənnəsinin dəyişməsi manata təsir edir” – Vüqar Bayramov
“Bulvar İdarəsi yeni illə bağlı “Tədbirlər planı” hazırlayır” – APARAT RƏHBƏRİ