Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Xanlarla nökərlərin birgə uyuduğu məzarlıq – “YEDDİ GÜMBƏZ”-FOTO
Tarix: 11.07.2017 | Saat: 11:59:00
Bölmə:Reportaj | çapa göndər

Şamaxı deyəndə ilk ağıla gələn maddi mədəni tarixi abidələrdən biri də Yeddigümbəz qəbiristanlığıdır. Dörd–beş əsrlik tarixə malik bu qəbiristanlıqda Şamaxının xanları da uyuyur, nökər-fəhlə sinfinin nümayəndələri də.

Hafta.az-ın Şamaxıda olan əməkdaşı obyektivi bu dəfə məşhur Yeddi Gümbəz qəbiristanlığına çevirib. İlk olaraq onu qeyd edək ki, buradakı alban memarlığı üslubunda tikilən gümbəzlərin içərisindəki müsəlman qəbirləridir.

Hal-hazırda türbələrdən yalnız üçü tam salamat qalıb. Bəzilərinin gümbəzləri uçub, bəzilərinin də divarları dağılıb. Qəbiristanlığı gəzərkən bizə məlumat verildi ki, türbələrin axırıncısı Şamaxı xanı Mustafa xanın ailəsi üçün tikilib.

Türbələrdən birinin üzərindəki kitabədə onun 1810-cu ildə Mustafa xanın anası üçün tikildiyi yazılıb. Həmin türbənin üzərində onu tikən memarın adı da var. Kitabədə “ustad Tağı” sözləri həkk olunub.

“Yeddi Gümbəz Kompleksi” üzərində həkk olunmuş lövhədə  on yeddi – on səkkizinci əsrlər sözləri yazılıb. Gümbəz Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 489 nömərli invertarla qorunur.

Ərazidə yaşayanların sözlərinə görə, ilin bütün fəsillərində buraya turistlər gəlir. Daha doğrusu, Şamaxıda turistlərin ən çox maraqlarına səbəb olan məkanlardan biri də məhz bu tarixi məzarlıqdır.

Araşdırmaçı Fəxri Məmmədlinin sözlərinə görə, Yeddi Gümbəz türbələri Azərbaycanın səkkizbucaqlı türbələri qrupuna daxildir. Lakin burada türbələrin yuxarı hissəsi piramida şəkilli çadıvari gümbəzlə deyil, adi gümbəzlə örtülüb.

Bəzi mənbələr isə Yeddi Gümbəz kompleksinin daha qədim olduğunu bildirir. Belə ki, o qəbiristanlığı De Bruyni 1704-cü ildə ziyarət etmiş, ətraflı məlumat verir. Onun yazdıqlarına əsasən, birinci türbədə 5 qəbir, ikinci türbədə 3 qəbir var imiş.

Şamaxılılar isə deyir ki, türbələr kompleksinin yerində əvvəllər bir qala olub. Amma bu faktdan daha çox rəvayət səhihliyi daşıyır.

Mənimlə birgə məzarlığı dolaşan Fəxri Məmmədli nisbətən daha qədim – orta əsrlərə xas olan qəbirləri göstərib deyir ki, vaxtilə müsəlman adətlərinə görə qadınlar vəfat edəndə onların üzərində adları həkk olunmazmış. İslam qaydalarına görə bu ədəbdən sayılmazmış. Ad yerinə sadəcə olaraq baş və ya sinə daşına güzgü –daraq şəkli çəkilərmiş. Bundan da bilərlərmiş ki, qadın qəbridir.

Bəzi qəbirlərin böyük, kiçik, orta ölçülü olması diqqətimizi çəkdi. Bələdçilərimizin sözlərinə görə, qəbirlərin ölçüsü, forması və naxışına görə onun əyan, bəy, əsilzadə və ya sadə adam olması müəyyənləşdirilirmiş. Bəzi baş daşlarında ərəb əlifbası, kufə xətti demək olar ki, oxunmur. Deyilənə görə yağış və təbii hadisələr qəbirlərin üzərindəki yazıya təsirsiz ötüşməyib.

Bizi məzarlığa aparan sürücü - bələdçi deyir ki, gümbəzlər nazirliyin balansında qoruğa götürülsə də restavrasiyaya ehtiyacı var. Amma illərdir ki, yenidənbərpa işləri aparılmır. 

 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.07.2017
20.07.2017