Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Hamilə qadının bətnində vəhşi heyvan göründü - FACEBOOK GÜNDƏLİYİ
Tarix: 11.07.2017 | Saat: 18:15:00
Bölmə:Facebook gündəliyi | çapa göndər

İyulun 11-də sosial şəbəkə istifadəçiləri bir çox maraqlı mövzularla bağlı statuslar, rəylər paylaşıblar. Onlardan bəzilərini sizlərin də diqqətinə təqdim edirik.


Hamilə qadının bətnində vəhşi heyvan göründü


Valideyn olmağa hazırlaşan cütlük 20 həftəlik körpələrini ultrasəs müayinəsi (USM) etdirən zamanı gördüklərindən şok keçirib. Milli.Az "Daily Mail"ə istinadən xəbər verir ki, Eşli Mid və Qerry Tusson adlı cütlük 20 həftəlik körpələrinin USM görüntülərinə nəzər saldıqda vəhşi bir heyvanın onlara baxdıqlarını görüb. "Game of Thrones" (Taxt Oyunları) serialının böyük pərəstişkarı olan cütlük ilk əvvəl şok olsa da, daha sonra bunu yaxşılığa doğru yozmağa çalışıb. Eşli: "USM-dən 4 gün əvvəl oğlumuzun adını Romeo qoymağa qərar verdik. Romeo adı Roma mifologiyasında canavarlar tərəfindən böyüdülən iki oğlan qardaşdan biri olan Romuldan gəlir. Totem heyvanı onu bətnimdə qoruyur. Ümid edirəm ki, doğulandan sonra, bütün gecə ulamaz", - deyib.
Fəridə Əmirova: "Yəqin, ana bətnindəki qara ləkələrdir, elə görünür. Valideynlər qorxu filmlərinə çox baxıblar".


Onu "Mədənin süpürgəsi" adlandırırlar


Onu "Mədənin süpürgəsi" adlandırırlar - faydasını saymaqla bitmir. Dəmirlə zəngin olan ispanağın tərkibində A və C vitaminləri var. Bu bitki soyuqdəymənin qarşısını alır və dişlərin çürüməsini əngəlləyir. Qanı az olanlara da ispanaq yemək məsləhət görülür. Bitki eyni zamanda prostat vəzi xərçənginə qarşı güclü vasitədir. Tərkibindəki karotinoidlər şiş hüceyrələrinin inkişafının qarşısını almaqla yanaşı, onların öz-özünü məhv etməsinə səbəb olur. O, ürək xəstəliklərindən qoruyur. Sərbəst radikalları bədəndən uzaqlaşdıraraq yaşlanmağı gecikdirir. Qeyd edək ki, məşhur Şərq təbibi İbn Sina ispanağın müalicəvi xüsusiyyətləri haqqında bəhs edərkən onu "bitkilərin şahı" və "mədənin süpürgəsi" adlandırıb.
Samir Əliyev: "Mən bu bitkidən çox istifadə edib faydasını da hər zaman görmüşəm, məsləhətdir".


Kişi arvadını yemək üstündə öldürdü


Hindistanda polis, yeməyi gec gətirdiyi üstündə arvadını güllələyən 60 yaşlı kişini həbs edib. Dehli yaxınlığında yerləşən Ğaziabad şəhərinin polis rəsmisi Rupesh Singh-in BBC-ə bildirdiyinə görə, Ashok Kumar şənbə günü axşam evə sərxoş vəziyyətdə gələrək, arvadı ilə yemək üstündə mübahisə edib. Mübahisə zamanı ərinin tapançadan açdığı atəş nəticəsində başından güllə yarası alan 55 yaşlı Sunaina hospitala çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Kumar törətdiyi cinayəti boynuna alaraq öz əməlindən təəssüfləndiyini bildirib. "O, hər gün içirdi. Şəhbə günü də evə içib gəlmişdi. Arvadı ilə mübahisə edib. Arvad ərinin evə gündə içib-gəldiyindən narazı idi və bu barədə danışmaq istəyirdi. Lakin o, arvaddan yemək gətirməsini istəyirdi", - Singh deyib. Polis nümayəndəsinin sözlərinə görə, kişi yeməyin gecikdirilməsindən qəzəblənib, arvadının başına tapançadan atəş açıb.
Arif Həsənov: "Yer üzünün cənnəti sayılsa da, cəmiyyətləri çox pisdir".

Anar,
hafta.az


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
28.07.2017
27.07.2017
26.07.2017