Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Ermənistan prezidentin sərt mesajlarından nəticə çıxarmalıdır” - DEPUTAT
Tarix: 13.07.2017 | Saat: 12:38:00
Bölmə:Siyasət | çapa göndər

“Prezident İlham Əliyev 12 iyul müşavirəsində Ermənistana sərt mesajlar yollamaqla bərabər, həm də Azərbaycanın mövqeyini ifadə etdi. İşğalçıya göndərilən ismarışlardan Ermənistandakı hərbi-siyasi rejim nəticə çıxarmalıdır”.

Bunu hafta.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. Milli Məclisin deputatı bildirib ki, İrəvan Azərbaycan prezidentinin müşavirədə dediklərindən nəticə çıxarmasa, bunun axırı onlar üçün heç də yaxşı olmayacaq:
“Ölkə başçısı Ermənistanın son günlər cəbhə xəttindəki təxribatlarına toxundu. İyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində düşmənin açdığı atəş nəticəsində iki vətəndaşımızın ölümünü ölkə başçısı sərt şəkildə qınadı. O bildirdi ki, bu hadisələrə görə Ermənistan ordusu cəzalandırıldı. Öldürülən mülki vətəndaşlarımızın – 2 yaşlı Zəhra və onun nənəsinin qanı yerdə qalmadı. Düşmənə ikiqat zərbələr endirildi. Cənab prezident onu da vurğuladı ki, əgər düşmən bir də belə hərəkətlərə yol versə iki qat zərbə alacaq. Bu mesajlıarın arxasında o dayanır ki, Azərbaycan Ordusu istənilən vaxt öz torpaqlarını işğaldan azad etməyə hazırdır. Buna ölkəmizin imkanı və gücü çatır. Ordumuzun imkanları göz qabağındadır”.

Aydın Mirzəzadə onu da qeyd edib ki, münaqişənin həll olunmaması Ermənistanı çox çətin duruma salıb:

“Ermənistan iqtisadiyyatı iflic vəziyyətinə düşüb. İşğalçı ölkədə sosial durum çox ağırdır. Azərbaycan işğal faktı ilə heç vaxt barışmayacaq. Məhz ölkənin gücü və rəhbərliyin prinsipial mövqeyi nəticəsində ermənilər yenidən danışıqlar masasına oturduldu. Özü də heç bir şərt irəli sürmədən. Münaqişənin həll olunmayacağı və sülh imkanlarının tükənəcəyi təqdirdə Azərbaycan müharibə variantından istifadə edəcək. Biz öz torpaqlarımızda ikinci erməni dövlətinin yaradılması ilə barışmayacağıq”.

Qeyd edək ki, iyulun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Ölkə başçısı müşavirədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışaraq son dövrlər cəbhə xəttində baş verən hadisələrə öz mövqeyini bildirib. O, baş verən təxribatlara görə işğalçı Ermənistanın məsuliyyət daşıdığını deyib.

 

 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.09.2017
22.09.2017
21.09.2017