Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Azərbaycan ABŞ əlaqələri yeni inkişaf mərhələsindədir” – Asim Mollazadə
Tarix: 13.07.2017 | Saat: 14:56:00
Bölmə:Siyasət | çapa göndər

“Tramp administrasiyası Azərbaycan hakimiyyəti ilə işləməkdə, iri enerji layihələrini birgə həyata keçirməkdə maraqlıdır”.

Bunu hafta.az-a açıqlamasında Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri, millət vəkili Asim Mollazadə deyib. Millət vəkilinin sözlərinə görə, ABŞ-Azərbaycan əlaqələrinin yeni inkişaf mərhələsi hazırkı Ağ Ev rəhbərliyinin erməni lobbisi ilə əlaqə qurmaqda maraqlı olmaması ilə bağlıdır:

“Əslində Birləşmiş Ştatlardakı yeni rəhbərliyin erməni diasporu qarşısında heç bir asılılığı yoxdur. Tramp administrasiyası bunu hakimiyyətdə olduğu müddət ərzində bir daha sübut edib. Bundan əvvəlki rəhbərliklərin erməni lobbisi ilə sıx münasibətləri vardı. Hətta bəzi hallarda onlardan asılı idilər. Bunun nəticəsi olaraq bədnam "907–ci düzəliş”in qəbulu və tətbiqi baş vermişdi. Buna baxmayaraq Bakı Vaşinqtonla əlaqələrin inkişafında maraqlı olub. Azərbaycan ABŞ-ın milli təhlükəsizliyində mühüm rol oynayan tərəfdaşlardandır. Ölkəmiz terrorizmlə mübarizədə,  İpək Yolunun bərpası, irihəcmli enerji layihələrində ABŞ-ın və Qərbin yanında olub. Həm də bu təbii tərəfdaşlıqdır”.

ADİP sədri onu da qeyd edib ki, ölkə başçısının müşavirədə Azərbaycan- Amerika əlaqələrinin yeni mərhələyə qədəm qoymasını xatırlatması müəyyən müzakirələrə əsaslanır. Daha doğrusu, bir neçə gün öncə dövlət katibi Tillersonla təkbətək görüşündən alınan müsbət qərarlar bunu deməyə əsas verir:

“Ölkə prezidenti İlham Əliyev 12 iyul müşavirəsində dövlət katibi Reks Tillersonla görüşünü də xatırlatdı. Bildirdi ki, bütün beynəlxalq layihələrdə Birləşmiş Ştatlar Azərbaycanın yanındadır və Ağ Ev ölkəmizin fəal iştirakını təqdir edir. Ölkə başçısının İstanbulda Tillersonla keçirdiyi görüş və dialoq onu deməyə əsas verir ki, iki ölkə arasında əməkdaşlıq yüksək səviyyədə davam edəcək. Bu da o deməkdir ki, Tramp administrasiyası Azərbaycan hakimiyyəti ilə işləməkdə, iri enerji layihələrini birgə həyata keçirməkdə maraqlıdır”.

Qeyd edək ki, ölkə prezidenti 12 iyul müşavirəsində ABŞ–Azərbaycan əlaqələrinə toxunaraq, Birləşmiş Ştatların ölkəmizin enerji layihələrində iştirakının Vaşinqton tərəfindən təqdir olunduğunu qeyd edib.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.09.2017
19.09.2017
18.09.2017