Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
WhatsApp ən pis xidmət olaraq seçildi
Tarix: 13.07.2017 | Saat: 16:42:00
Bölmə:Maraqlı | çapa göndər

Airbnb, Twitter, Tumblr və WhatsApp istifadəçilərin məlumatlarının dövlətdən qorunması üçün ən pis servislər seçilib.

Ekspertlər dövlət ilə qarşılıqlı münasibətlər, dövlət ilə işin şəffaflığı, şəxsi məlumatın üçün tərəfə ötürülməsinə qadağa və NSL-sorğuların qanuniliyinin yoxlanması sahəsində 26 nəhəng internet-şirkətin məlumatlarını təhlil edib. Şirkətlər hər bir kriteriyaya riayət etməyə görə “ulduz” ilə qiymətləndirilirdi ki, maksimum olaraq 5 “ulduz” toplamaq mümkün idi.

Ekspertlər maksimum balı Adobe, Dropbox, Lyft – taksi sifarişi üzrə xidmətə, sayt yaratmat üçün platforma WordPress və Uber xidmətinə verib.

Məlumatların təhlükəsizliyi baxımından ən pis nəticələri isə Airbnb, Twitter, Tumblr və WhatsApp nümayiş etdirib. Ekspertlərin məlumatlarına əsasən, bu şirkətlər dövlət tərəfindən sorğular ilə bağlı istifadəçiləri məlumatlandırmır və onların məlumatlarının üçüncü tərəfə ötürülməyəcəyinə zəmanət vermir.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.07.2017
20.07.2017