Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Yayın suvarma dərdi - içməli suyu parklara niyə axıdırıq?
Tarix: 13.07.2017 | Saat: 16:56:00
Bölmə:Sosial | çapa göndər

Yay gələr-gəlməz parkların, yaşıllıqların suvarılması problemə dönür. Sakinlər həyətdə saldıqları yaşıllığı sulamaq üçün məhəllədaxili su kranlarının olmadığından gileylənir, nəticədə yaşıllığın məhv olduğunu deyirlər.

Nəzərə alsaq ki, paytaxt Bakıda istehsalatdan tutmuş yaşıllığın suvarılmasına qədər hər yerdə texniki yox, içməli sudan istifadə olunur, o zaman sakinlərin iradının da daha bir problemə - içməli suyun təyinatı üzrə istifadə olunmamasına yol açdığını görmək olar.
Yəni yaşıllıqların suvarılması, ya da hansısa fabrik və zavodda, müəssisədə hansısa çirkabın yuyulması, təmizlənməsi texniki su ilə deyil, içməli sular vasitəsi ilə həyata keçirilir.

İçməli su dedikdə təbii halda və ya emal edildikdən sоnra öz keyfiyyətinə görə nоrmativ tələbatlara cavab verən, insanın içmək və məişət xidmətlərini və ya yeyinti məhsullarının istehsalını təmin edən su nəzərdə tutulur. Bu isə təbii olaraq içməli su ehtiyatına təsirsiz ötüşmür.

Texniki su xətləri yoxdur

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin ictimai əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayılov deyir ki, alternativ su mənbələri olmadığına görə parklarda içməli sudan istifadə edilir: “Bakıda parklarda “Azərsu”nun verdiyi sudan istifadə edilir. Çünki bu parkların suvarılması üçün alternativ mənbə yoxdur. Bakıda texniki su xətləri yoxdur ki, həmin parklara birbaşa Ceyranbatan gölündən təmizlənməmiş su çəkilsin. Amma Bakıda bəzi ərazilər var ki, quyular qazılır və ərazilər həmin quyudan çıxan su vasitəsilə suvarılır. “Azərsu” içməli su ilə bağlı israfçılığın qarşısını almaq üçün tədbirlər həyata keçirir. Satışa Nəzarət Şöbəsi vardır ki, mütəmadi olaraq sudan qanunsuz istifadə edənlərlə mübarizə aparır, onlar barəsində tədbirlər görür”.

Və elə bu səbəbdəndir ki, bəzi sakinlər həyətyanı sahəni suvarmaq üçün su olmadığından şikayətlənir.

“Tərəfimizdən 4-5 min sahibsiz bulaq bağlanıb”

A.Cəbrayıllı deyir ki, paytaxtdakı bütün böyük və məhəllələrarası parkları “Azərsu” ASC ilə bağlanmış müqavilə əsasında Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma İdarəsi sulayır və onlar aldıqları suya görə ASC-yə ödəniş edirlər. Lakin indi sahibsiz, qeyri-qanuni su xətləri kəsildiyindən sakinlər ziyana düşməmək üçün öz adlarına olan su xəttindən keçən su ilə həyətyanı sahəni suvarmağa xəsislik edirlər: “Əvvəl mənzərə belə idi - sakinlər binaların həyətində, əsasən evlərin birinci mərtəbəsində əkdikləri ağacları, yaşıllıqları məhəllələrdəki su kranları - hansı ki, biz ona sahibsiz bulaqlar deyirik onunla sulayırdılar. Elə binalar var idi ki, həyətində 4-5 sahibsiz bulaq axırdı. İndiyə qədər Bakıda 10 mindən artıq belə bulaq olub. Amma biz 2012-ci ildən sonra paytaxtda layihələr icra etməyə başladıq və layihə çərçivəsində məhəllədaxili xətləri yenilədik, nəzarətsiz qalan sahibsiz bulaqları ləğv etdik. Bu zaman nəzarət olunmayan sahibsiz bulaqlara su xəttinə çıxış qoymadıq. Kim müraciət etdisə, su xəttini həmin şəxsin adına kodlaşdırıb sayğac quraşdırdıq. Bu formada 200-ə yaxın qanuni bulaq xətti yarada bildik. Amma hazırda həmin sahibsiz xətlərin çoxunu kütləvi şəkildə kəsmişik.
Çünki sahibsiz bulaqlar bizim üçün içməli ehtiyatımızı azaltmaqla yanaşı, həm də kommersiya obyektləri – moykalar, restoranlar və digər məqsədlər üçün pulsuz su mənbəyi idi. Hansı ki, həmin obyektlər sahibsiz mənbələrdən oğurluq edib qeyri-qanuni istifadə edirdilər. Bu müddət ərzində tərəfimizdən 4-5 min sahibsiz bulaq bağlanıb”.

Qeyd edək ki, Bakıda texniki su şəbəkəsi yoxdur, A.Cəbrayıllı bunun üçün yeni su infrastruktur sisteminin qurulmalı olduğunu deyir.

“Yeraltı su mənbələri kifayət qədərdir”

Bəs görəsən, digər təyinatlar üçün sərf etməyimiz içməli su ehtiyatını təhlükə altında qoymur ki?
Su İstehsalçıları Birliyinin sədri Dövlət Məmmədov deyir ki, içməli su ehtiyatımız kifayət qədər olsa da, azalma ehtimalı qalmaqdadır: “Meşələrin qırılması içməli su ehtiyatını azaldan səbəbdir. Coğrafi baxımdan dağlıq ərazilərin çox olması su ehtiyatının çox olması deməkdir. Qonşu dövlətlərə nisbətən bizdə dağlıq ərazilər azlıq təşkil etsə də, ümumilikdə Azərbaycanın yeraltı su mənbələri kifayət qədərdir”.

“Hər gün tonlarla içməli su itkiyə gedir”

Bununla belə Dövlət Məmmədov içməli sudan bir çox hallarda təyinatı üzrə istifadə olunmadığını deyir: “Parkların, xiyabanların suvarılmasından tutmuş üzgüçülük hovuzlarının, fontanların su təminatına qədər hər yerdə içməli sudan istifadə olunur. Bu israfçılıqdır. Maşınyuma məntəqələrində hər gün tonlarla içməli su itkiyə gedir. Parklarda da vəziyyət eynidir.
Dərin quyular qazmaqla oradan çıxan sudan yuxarıda saydığımız istiqamətlərdə istifadə etmək mümkündür. Bu və digər üsullarla içməli sudan səmərəli istifadə etmək mümkündür.

Xatırladaq ki, ölkənin yerüstü su ehtiyatları 27 kubkilometr təşkil edir, quraq illərində isə bu ehtiyat 20-21 kubkilometrə qədər azalır. Yerüstü su ehtiyatlarının mənbələrini çaylar, göllər, su anbarları və buzlaqlar təşkil edir. Şirin su ehtiyatlarımızın 70-72 faizi ölkə hüdudlarından kənarda formalaşır.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.09.2017
19.09.2017
18.09.2017