Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bu gün 34 mindən çox abituriyent imtahan verir
Tarix: 13.07.2017 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Ali məktəblərə qəbul prosesində yüksək nəticə göstətmək istəyənlər nələrə diqqət yetirməlidirlər?

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək. Mərkəzdən verilən məlumata görə, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 66 binada aparılacaq. İmtahanların idarə olunmasına 242 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2728 nəzarətçi-müəllim cəlb olunacaq.
Bütün regionlarda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. İmtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılmış, imtahan binalarının girişlərində təhlükəsizliyin və buraxılış rejiminin operativliyinin təmin edilməsi üçün “stasionar metal axtaran aparat”lar, imtahan iştirakçılarının şəxsiyyətinin müəyyən edilməsi üçün “barkod-skaner”lər quraşdırılıb.
İmtahanda 34041 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 17888 abituriyent II qrup üzrə, 16153 abituriyent III qrup üzrə imtahan verəcək.
Abituriyentlərdən 31037 nəfəri Azərbaycan bölməsinin (II qrup üzrə 16009, III qrup üzrə 15028 nəfər), 3004 nəfəri isə rus bölməsinin (II qrup üzrə 1879, III qrup üzrə 1125 nəfər) məzunudur. Abituriyentlərin 15407 nəfəri oğlanlar (II qrup üzrə 11124 nəfər, III qrup üzrə 4283 nəfər), 18634 nəfəri isə qızlardır (II qrup üzrə 6764 nəfər, III qrup üzrə 11870 nəfər). 25741 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 6903 nəfər əvvəlki illərin məzunlarıdır. 59 nəfər ali təhsil müəssisələrinin, 1338 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 176 abituriyent xarici ölkələrin vətəndaşlarıdır. Ən yaşlı abituriyent 1959-cu ildən, ən gənci isə 2002-ci ildəndir.
Bakı şəhərində 15190, Naxçıvanda 1577, Gəncədə 3554, Sumqayıtda 1657, Mingəçevirdə 1412, Şəkidə 1992, Bərdədə 2201, Göyçayda 1391, Şirvanda 1565, Lənkəranda 2197, Xaçmazda isə 1305 abituriyentin imtahan verəcəyi gözlənilir.
İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.
İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test tapşırıqlarının ekspertizası aparılacaq. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda DİM-in internet saytında və Facebook səhifəsində yerləşdiriləcək. Abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri imtahandan 3-4 gün sonra DİM-in internet saytında yerləşdiriləcək.
Yeri gəlmişkən, bu ilk dəfə olaraq ali məktəblərə qəbul imtahanları iki dəfə keçirilir. Belə ki, Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 30-da 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirib. İmtahan Respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 66 binada aparılıb. İmtahanların idarə olunmasına 237 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2637 nəzarətçi-müəllim cəlb olunub. Abituriyentlərdən 18681 nəfəri II qrup üzrə, 16752 nəfəri III qrup üzrə imtahan verib. Onlardan 32089 nəfəri Azərbaycan bölməsinin (II qrup üzrə 16612, III qrup üzrə 15477 nəfər), 3344 nəfəri isə rus bölməsinin (II qrup üzrə 2069, III qrup üzrə 1275 nəfər) məzunu olub. Abituriyentlərin 16233 nəfəri oğlanlar (II qrup üzrə 11687 nəfər, III qrup üzrə 4546 nəfər), 19200 nəfərini isə qızlar təşkil edib (II qrup üzrə 6994 nəfər, III qrup üzrə 12206 nəfər). 26778 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 8655 nəfər əvvəlki illərin məzunları olub (buraya ali və ya orta ixtisas təhsili olanlar da daxildir). DİM aprelin 30-da ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini mayın 3-də elan edib. Həmin imtahanda II ixtisas qrupu üzrə 2 abituriyent (Ağcabədi şəhəri, 3 saylı məktəb-lisey və Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunları) , III ixtisas qrupu üzrə isə 1 abituriyent (Bakı şəhəri, Zərifə Əliyeva adına liseyin məzunu) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.
Mövzu ilə bağlı fikirlərini açıqlayan təhsil eksperti Kamran Əsədov deyib ki, əslində bir çox abituriyentlər yüksək bilik səviyyəsinə malik olsalar da, imtahanda özlərini itirirlər. Çünki onlar mütəmadi olaraq, sınaq imtahanlarında iştirak etmirlər: “Bununla yanaşı, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) davamlı şəkildə test və məlumatlandırıcı kitabçaları, test banklarını ictimaiyyətə təqdim edir. Bu qurumun vəsaitlərilə işləyən şagirdlər qaydaları bilməlidir. Təəssüf ki, şagirdlər son 2 ilə güc verdiklərindən bəzən yüksək nəticə əldə edə bilmirlər. Əslində şagirdlər TQDK-nın illər ərzində toplanan test modellərinə nəzər salmaqla, özlərinin işini və qəbula hazırlıq prosesini 50-60 faiz yüngülləşdirə bilərlər. Çünki qəbul elə bir prosesdir ki, burada sistemli şəkildə işləməlisən. Bəzən şagirdlər və müəllimlər bu cür məqamlara çox da diqqət etmirlər. Əsas odur ki, son 3-4 il ərzində istifadə olunan test modellərini diqqətlə izləyərək mövzuları diqqətdə saxlasalar, nəticələr də yüksək olar. Hazırlıq prosesində 50 faiz şagirdin, 30 faiz müəllimin, 20 faiz məsuliyyət isə valideynin üzərinə düşür. Valideyn bu üçlük arasında əlaqələndirici və dəstəkləyici rol oynamalıdır. Şagirdin vaxtlı-vaxtında qidalanmasına, dərsə gedib-gəlməsinə, yatma saatına, onun ictimai münasibətlərinə, dərs bölgüsünə nəzarət etməlidir. Müəllim evdəki proseslərə müdaxilə edə bilmədiyindən, bu iş valideynin öhdəsinə düşür. Bu gün validenylərin böyük əksəriyyəti müəllimlərin, repetitorların aylıq ödənişini etməklə işlərini bitmiş hesab edirlər. Əgər sən öz övladına diqqət etmirsənsə, müəllim niyə diqqət yetirməlidir?! Bu cür problemlərin aradan qaldırılması üçün müəllim, şagird və valideynlər əl-ələ verməlidir. Kompleks şəkildə proses davam etdirilsə, şagirdlərin yüksək nəticə əldə etməsi asanlaşar”.
Məsələ ilə bağlı fikirlərini açıqlayan psixoloq Elnur Rüstəmov isə hesab edir ki, fənn hazırlığı ilə yanaşı, psixoloji hazırlıq qəbul imtahanına hazırlıq dönəmində xüsusi rol oynayır: “Artıq bir neçə ildir ki, qəbul imtahanları prosesində müəyyən irəliləyiş hiss olunur. Əslində, bu irəliləyiş təkcə fənn hazırlığını özündə ehtiva etmir. Eyni zamanda, psixoloji hazırlıq da mühüm rol oynayır. Abituriyent 600-650 ballıq potensialı olduğu halda qəbul imtahanında 400-450 bal yığır və 100-150 ballıq itki olur. Çox zaman görürük ki, bu səhvlər sırf psixoloji faktorlardan qaynaqlanır. İlk növbədə onlar yeniyetmədir. Sualı əvvəldən axıra qədər oxumurlar. Və ya təkzib və təsdiqi qarışdırırlar, məsələn, sualda “belə deyil” ifadəsini abituriyent “belədir” kimi oxuyur. Yaxud da böyük riyazi hesablamanı aparırlar və sonda bəsit suallarda səhv buraxırlar. Bunlar da diqqət dağınıqlığından irəli gəlir. Nəticədə də bu cür problemlər yaranır. Təbii ki, imtahana hazırlıq prosesində abituriyentlərlə yanaşı, valideynlər də diqqətli olmalıdır. Yəni, valideynlər də birmənalı şəkildə abituriyentlərin imtahana hazırlığı prosesində fənn hazırlığı ilə paralel olaraq, psixoloji hazırlığı diqqətdə saxlamalıdır. Əgər abituriyent həftədə 1 dəfə və ya ayda 2 dəfə olmaqla, psixoloqla üsiyyətdə olsa, motivasiyanı yüksək səviyyədə saxlaya bilər, stressdən uzaq qalar. Ona görə də bu prosesdə psixoloji dəstək vacibdir. Müəyyən qaydalar var ki, abituriyentlər onlar sayəsində evdə də psixoloji hazırlıq görə bilər. Amma bu, o qədər də peşəkar olmur deyə, yaxşı olar ki, mütəxəssislə məsləhətləşsinlər. Belə olduqda, daha tez və effektiv nəticə əldə edilə bilər və abituriyent də imtahana rahat şəkildə gedər”.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.11.2017
21.11.2017
BakuBus avtobusunun salonundan qədim pullar tapıldı
“Ərdoğanla Putin bir-biri ilə ən yaxşı anlaşan liderlər hesab edilir” - Hasan Oktay
"Erməni məzarları üzərində tikilmiş ayaqyolu sökülməyəcək" - Atif Çiçəkli
“Sözə həmişə qənaət etməyə çalışmışam” - ƏDƏBİ DÜŞÜNCƏ
“Bu il 750 avtobus əsaslı təmir olunaraq yenidən xəttə buraxılıb” – Mais Ağayev
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi
Gürcüstandakı soydaşlarımız ana dilində dərslik çatışmazlığı ilə üzləşiblər
Qazaxıstanın müstəqilliyinin simvolu - təngə
“Neftin qiymətlərinin artması bizi arxayınlaşdırmamalıdır” – Fikrət Yusifov
“Bulvar İdarəsi yeni illə bağlı “Tədbirlər planı” hazırlayır” – APARAT RƏHBƏRİ
“Evlənəndə məni ölümdən qurtaran yəhudi həkimdən xeyir-dua aldım” – Zəlimxan Məmmədli
“Son gecəsində səhərədək atamın yanında qaldım” – Mərhum prezidentin qızı
“Nə özümü nə də başqa birini bədbəxt etmək istəmirəm” – MİNTAC ELSEVƏR
"Həftə içi" qəzetinin əməkdaşı yol qəzasında həlak oldu
Nizami rayonunda yaşıllığı məhv edib obyekt tikirlər – FOTO-VİDEO
“Zəngilanla bağlı səhifəni oranı görməyən gənclər də maraqla izləyir” – Təranə Şükürlü
“Budapeşt mələyi” tamaşaçıların ürəyini parçaladı - FOTO
Bir nömrənin izi ilə - İcra Hakimiyyətindən gözəllik salonuna…
“Avstriya və Macarıstanda “Soros”un bağlanmasının iki səbəbi var” – Elnur Soltanov
Sərdar Cəlaloğlu yeni elm sahəsi yaratdı – EKSKLÜZİV