Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Məqsədimiz Azərbaycanda Dünyəvi ədəbi mühitlə ayaqlaşan ədəbiyyat yaratmaqdır” - MÜSAHİBƏ
Tarix: 13.07.2017 | Saat: 18:30:00
Bölmə:Müsahibə | çapa göndər

Ədəbi mühit olan yerdə həmişə sağlam mühit, sağlam həyat tərzi olub. Qeyd edək ki, ədəbi mühitin formalaşmasında və inkişafında ədəbi dərnəklərin, ədəbi məclislərin böyük rolu olub. Xəqaninin, Nəiminin ,Nəsiminin, Nizaminin Sabirin dövründən tutmuş, bu günə kimi Azərbaycanda böyük ədəbi məclislər və dərnəklər fəaliyyət göstərib və indinin özündə də göstərməkdədir. Xatırladaq ki, Azərbaycanın ən böyül yazıçı və şairləri də elə ədəbi məclislərdə püxtələşib, formalaşıblar. Belə məclislərdən biri də Suraxanı rayonunda fəaliyyət göstərən Ruhani Ədəbi Bədii Birliyidir (RƏBB). RƏBB adıçəkilən rayonda 20 ildir fəaliyyət göstərir. Adıçəkilən Birliyə tanınmış ədib-filoloq Tofiq Əhməd Nizamimülk rəhbərlik edir. Tofiq Əhməd “Tarix Azərbaycandan başlanır”, “Ömürnamə”, “Mülknamə”, “Şumernamə” kimi fəlsəfi kitabların müəllifidir. 60 ildir pedaqoji fəaliyyətlə məşğuldur, uzun müddət Bakı Dövlət Unversitetində müəllim işləyib.

RƏBB-in sədri Tofiq Əhməd Nizammülk “Həftə içi”nə keçdiyi həyat yolundan danışdı:
- Atam Nizammülkün adını özümə təxəllüs götüriüşəm. Yaradıcılığa isə 40 yaşımdan başlamışam. Bu yaş insanın ən kamil, şüurunun tam formalaşmış yetkin dövrüdür.
- Tofiq müəllim, bu birlik necə yarandı?
- Diqqətinizə çatdırım ki, Suraxanı rayonunda istedadlı gənc yazarlar çoxdur, bunlar üzə çıxa bilmirdilər. Maddi imkanları yol vermirdi ki, mətbuatda çıxış etsinlər, cəmiyyətdə tanınsınlar. Ona görə də “İcmal” qəzetinin Baş redaktoru, tanınmış şair Teyfur Çələbi ilə qərara gəldik ki, adıçəkilən qəzetin nəzdində belə bir birlik yaradaq. Hazırda RƏBB-in 150-dən çox üzvü var. Birliyimiz rayonda ədəbi-bədii-estetik şüurun formalaşmasında çox böyük rol oynayır. Birlik üzvlərinin yazıları dinlənilir və təhlil edilir. Gənc yazarlara bu sahədə istiqamət verilir. Ən yaxşı yazıları isə qəzetdə çap etdiririk, üstəlik, ən yaxşı yazıların müəllifi mükfatlandırılır. Sözügedən birliyin Teyfur Çələbi, Tahir Rəsulzadə, Bərxudar Səlimoğlu, Əfqan Ləmbərani, Sabir Əfəndi, İlqar Dağlaroğlu, Mürvət Qədimoğlu kimi üzvləri var. Üzvlərin əksəriyyəti respublikanın tanınmış yazarları, AYB-nin üzvləridirlər.
- Bəs, RƏBB-in Azərbaycan Yazıçılar Birliyi ilə əlaqəsi varmı?
- Təəssüf ki, RƏBB-in AYB ilə heç bir əlaqəsi yoxdur. Adıçəkilən qurumdan heç kəs bizimlə maraqlanmayıb. Buna ehtiyac da yoxdur. Çünki AYB-nin görmədiyi işi, artıq birlik görüb. RƏBB-nin əlaqələri çox genişdir. Türkiyənin görkəmli yazarları, şair və ədibləri ilə sıx əlaqələrimiz olur. Türkiyə televiziya kanallarında Ədəbi Birlik haqqında məlumatlar verilir. Birliyin üzvləri orada çıxışlar edir, görüşlər keçirir. Türkiyə ilə birbaşa əlaqələrimiz iki dövlət və bir millətin ədəbi mühitini bir-birinə daha da yaxınlaşdırır.
- Deyilənə görə, elə bir sıra birlik üzvlərinin yazarlarından da görünür ki, rəhbərlik etdiyiniz RƏBB sufiliyə daha çox meyil edir. Bu, nədən irəli gəlir?
- Birlik təkcə sufiliyə xidmət etmir. Heç mən özüm də sufi deyiləm. Məqsədimiz hansısa ədəbi cərəyanlara, təriqətlərə xidmət etmək deyil, dünyəvi ədəbi mühit yaratmaqdır. Hər bir sahədə yazarlarımız çoxdur. Hansı sahədə qələmin işləyirsə, o sahədə də yaz. Məqsəd ortaya yazı qoymaqdır. Biz Azərbaycanda Dünyəvi ədəbi mühitlə ayaqlaşan ədəbiyyat yaratmağa çalışırıq və İnşallah, buna da nail olacağıq. Hər şeyin vaxta, zamana ehtiyacı var...


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.07.2017
20.07.2017