Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Polkovnikin taleyi həll olunur, siz “xatırlamıram” deyirsiniz - “MTN İŞİ”
Tarix: 14.07.2017 | Saat: 14:00:00
Bölmə:Gündəm Sosial | çapa göndər

İyulun 14-də Bakı Hərbi Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyi Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Polkovnik sahibkarlıq fəaliyyəti ilə məşğul olan Vidadi Əzizovdan hədə-qorxu yolu ilə külli miqdarda pul almaqda təqsirləndirilir.

Hafta.az-ın əməkdaşının verdiyi xəbərə görə, proses hakim Elbəy Allahverdiyevin sədrliyi ilə aparılıb. Məhkəmə ictimaiyyətə açıq şəkildə keçirilib. Bugünkü prosesdə keçmiş MTN əməkdaşı, hazırda Dövlət Təhlükəsizlik Xidmətində (DTX) fəaliyyətini davam etdirən 1978 – ci il təvəllüdlü Musəvi Firdovsi Mürşüd oğlunun (ad şərtidir – red), zərərçəkən şəxs qismində təmsil olunan Vidadi Əzizin və zərəçəkən şəxsin vəkili Fəxrəddin Məmmədovun ifadələri dinlənilib.

Vəkil Fəxrəddin Məmmədovun ifadələri Firdovsi Musəvi ilə aralarındakı dialoqu əhatə etdiyindən şahid qismində ifadə verməli olub. Dövlət İttihamçısı vəkilin şahid qismində ifadə verməsində heç bir problemin olmadığını vurğulayıb. 

Musəvi Vidadi Əzizin MTN-ə aparılması prosesində inspektor vəzifəsində çalışdığını bildirib. Belə ki, zərərçəkən tərəfin vəkili Fəxrəddin Məmmədov deyib ki, 2015 – ci ildə məhz Firdovsi Musəvi ona zəng vuraraq “yuxarıdan” Vidadi Əzizin pulunun müəyyən qisminin qaytarılacağını bildirib. Bir şərtlə ki, həmin məbləğin müəyyən qismini güzəştə getsinlər:

“Mənə deyəndə mən də Vidadi Əzizin atasından soruşdum ki, nə qədər vəsaiti güzəştə gedə bilər. Musəvi elə Vizadi Əzizin atasının telefonuna zəng vurmuşdu. Əsgər əminin xahişi ilə mən açası oldum. Əsgər əmi də dedi ki, 240 mini, keçirəm. Amma 500 min manatı qaytarsınlar. Razılaşdıq. Onda Musəvi bizə dedi ki, şikayət ərizələri bəs necə olsun?. Mən də bildirdim ki, pulumuzu geri aldıqdan sonra bir daha MTN adı çəkməyəcəyik. İstəyirlər ərizələri yandırsınlar, cırsınlar. Öz işləridir, bizim pulumuzu versinlər. Sonra pulun verilməsi yubandı. Gözlədik. Məlum 17 oktyabr hadisələrindən sonra biz vəziyyəti qiymətləndirib yenidən məhkəməyə müraciət etdik. Onda Akif Çovdarov və başqaları artıq həbs olunmuşdu. Sonra bizi Musəvinin şöbə rəisi İlham Nuriyev (ad şərtidir-red) qəbul etdi. O bildirdi ki, əgər şikayət ərizələrində onların adı çəkilsə şöbə rəisini və inspektor Musəvini də işdən çıxaracaqlar. İlham Nuriyev dedi ki, “şikayətçi olsanız bizi silərlər”. Biz də ərizələrdə bu iki şəxsin adını hallandırmamağı qərara aldıq. Təkcə Mirəziz Əsgərovun adı qeyd olundu”.

Firdovsi Musəvi Fəxrəddin Məmmədovun yalan danışdığını onun zərərçəkənin vəkilinə zəng vurmadığını bildirib. Vidadi Əzizin vəkili F.Məmmədov isə qeyd edib ki, ispektor Musəvi ilə aralarında dörd ya beş dəfə telefon əlaqəsi olub.

Keçmiş MTN əməkdaşı Firdovsi Musəvi ittiham olunan Mirəziz Əsgərovu ondan izahat alınana qədər görmədiyini, tanımadığını deyib. Keçmiş MTN-də inspektor vəzifəsində çalışmış Firdovsi Musəvi Mirəziz Əsgərovdan nə zaman izahat alındığını xatırlamadığını deyib. Bundan sonra məhkəmədə maraqlı vəziyyət yaranıb. Musəvi hakimin, vəkillərin, eləcə də ittiham olunan polkovnikin suallarına “yadımda deyil, xatırlamıram” deyərək cavab verib. O, bunu hadisənin çoxdan baş verdiyini, üstündən iki ilə yaxın vaxt keçdiyini və işlərin çox olması ilə əlaqədar hər şeyin yadında qalmadığı ilə əsaslandırıb.

İş o yerə çatdı ki, hakim Elbəy Allahverdiyev Firdovsi Musəvinin ardıcıl “yadımda qalmayıb” sözlərindən sonra prosesə müdaxilə edəsi olub:

“Siz hər hansı telefon zənginin tarixini yadınızda saxlamaya bilərsiniz. Bu təbii haldır. Amma izahatlarla, telefon zəngləri ilə bağlı “yadımda qalmayıb” ifadəsi bir az... Burada bir MTN polkovnikinin taleyi həll olunur. O, “içəri” gedə bilər. Sizin idarədə indiyə qədər neçə polkovnik bu cür həbs olunub ki, siz izahatı nə vaxt aldığınızı xatırlamırsınız?!”.

Hakimin sözlərindən sonra da heç nə dəyişməyib. Musəvi “yadımda deyil” sözləri ilə ona ünvanlanan sualları cavablandırıb.  

Sonra  Mirəziz Əsgərov çıxış edərək bildirdi ki, məlum 17 oktyabr – MTN hadiəslərinə qədər o, heç bir quruma dəvət olunmayıb. Firdovsi Musəvi isə onu izahat aldığı günə qədər tanımayıb:

“Mən izahatı oktyabrın 26-27-i vermişəm. Sadəcə olaraq mənə bildirdilər ki, prosedura görə, şikayət əsasında izahat verməliyəm. Hər kəsin izahatı iyulda alınmışdı. Mən isə iyul-avqust aylarında 45 günlük məzuniyyətdə olmuşam. Ona görə də izahatı məzuniyyətdən gəldiyim vaxtdan sonraya – avqustun sonlarına yaxın bir tarixə qoydum. Məni isə 26-27 oktyabrda sorğu – sual ediblər. Yəni, bu işlə - telefon söhbəti ilə bağlılığım olmayıb. Hər şey MTN-nin arxiv materiallarında öz əksini tapıb. Bütün həqiqət oradadır. Əgər o materiallar işə əlavə olunsa suçsuz olduğum ortaya çıxacaq”.

Zərərçəkən Vidadi Əziz hakimdən söz istəyib və bildirib ki, keçmiş MTN inspektoru Firdovsi Musəvinin istinataqa cəlb olunmamasını vəkilindən özü xahiş edib.

Sonra Mirəziz Əsgərovun vəkili çıxış edərək bildirib ki, keçmiş MTN polkovniki haqqında olan izahatlar onun haqqında sanksiya olmadan prokurorluğa təqdim olunub.

Hakim Elbəy Allahverdiyev növbəti məhkəmə prosesini iyulun 21-i saat 16:00-a qədər təxirə salıb.

İttihama görə, Mirəziz Əsgərov zərərçəkmişlərdən hədə-qorxu yolu ilə pul tələb etməkdə və digər ağır cinayətlərdə ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham irəli sürülüb.

 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.09.2017
19.09.2017
18.09.2017