Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bakıda Fransanın Milli bayramı qeyd edilib
Tarix: 14.07.2017 | Saat: 19:59:00
Bölmə:Gündəm | çapa göndər

Fransanın Milli bayramı münasibətilə bu ölkənin Azərbaycandakı səfirliyi rəsmi qəbul təşkil etdi.

İki ölkənin dövlət himni səsləndirildikdən sonra çıxış edən Fransanın Azərbaycandakı səfiri xanım Aureliya Buşez bildirdi ki, bu bayram iki ölkə arsında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə təsadüf edir. 

"Azərbaycan prezidenti İlham Əliyev Parisdə Fransa prezidenti ilə bu il görüşüb, müzakirələr aparıb. Danışıqların mövzusu əsasən terrorla mübarizəni əhatə edirdi. Prezident İlham Əliyevin Fransaya səfəri zamanı dövlət başçısı Emmunuel Makron Minsk qrupunun həmsədri kimi münaqişənin həllində sadiqliyini nümayiş etdirib. Eyni zamanda bu görüş iqtisadi islahatların aparılması və sair məsələlər baxımından da əlverişli idi. Ölkələrimiz arasında əlaqələr 18-ci əsrdən mövcuddur və münasibətlərimiz tarix boyu möhkəm əsaslar üstündə inkişaf edib", - deyən səfir əlavə etdi ki, bundan sonra da əlaqələrin inkişaf edəcəyinə əmindir.

Diplomatın sözlərinə görə, əməkdamlığımız çoxşaxəlidir. Azərbaycan rəhbərliyinin insan kapitalını inkişaf etdirməsi və bunun üçün təhsilə verdiyi töhfədən məmnundurlar. Çünki Fransa da məhz bu siyasəti yürüdür.

İqtisadiyyat nazirinin müavini Sahil Babayev bayram münasibətilə səfiri və Fransa xalqını təbrik etdi.

Bildirdi ki, iki ölkə arasında aktiv və sürətlə inkişaf edən münasibətlər mövcuddur. "Yüksək səviyyəli səfərlər, bağlanmış sazişlər ölkələrimiz arasında münasibətlərin inkişafında böyük rol oynayır. İndiyədək ölkələrimiz arasında 60 sənəd imzalanıb. Ölkələrimiz arasında ticarət inkişaf edib. Hazırda ticarətimiz 644 milyon dollar səviyyəsindədir.  Azərbaycanda çox sayda fransız şirkətləri var və onlar 2,2 milyard dollar sərmayə qoyublar", - deyən nazir müavini əlavə etdi ki, iki ölkənin əyalətləri arasında da əlaqələrin yaradılması onları sevindirir.

S.Babayev Fransanın Qarabağ probleminin həllində rolunu da yüksək qiymətləndirdi və bu səylərin müsbət nəticə verəcəyinə əminlik ifadə etdi.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.11.2017
23.11.2017
“Ərdoğanla Putin bir-biri ilə ən yaxşı anlaşan liderlər hesab edilir” - Hasan Oktay
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi
"Erməni məzarları üzərində tikilmiş ayaqyolu sökülməyəcək" - Atif Çiçəkli
“Bu il 750 avtobus əsaslı təmir olunaraq yenidən xəttə buraxılıb” – Mais Ağayev
Gəlin, ailə mədəniyyətini birlikdə qoruyaq
“Neftin qiymətlərinin artması bizi arxayınlaşdırmamalıdır” – Fikrət Yusifov
Yeni ildə 5 gün iş olmayacaq
“Lirə və rublun məzənnəsinin dəyişməsi manata təsir edir” – Vüqar Bayramov
“Bulvar İdarəsi yeni illə bağlı “Tədbirlər planı” hazırlayır” – APARAT RƏHBƏRİ