Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
ADPU-da professor-müəllim heyətinin peşəkarlıq səviyyəsi yoxlanılıb
Tarix: 14.07.2017 | Saat: 18:30:00
Bölmə:Sosial | çapa göndər

İyulun 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının iclası keçirilib. Hafta.az-ın məlumatına görə, ADPU-nun rektoru, elmi şuranın sədri, professor Cəfər Cəfərov bildirib ki, iclasın gündəliyinə kafedralarda tədris olunan fənlər üzrə vakant professor, dosent, baş müəllim və müəllim vəzifələrinin tutulması üçün keçirilən müsabiqənin nəticələri, yay semestrinin təşkili, filologiya fakültəsinin fəaliyyəti haqqında və cari məsələlər daxildir. 

İnsan resurları şöbəsinin müdiri Avtandil Bayramov kafedralarda tədris olunan fənlər üzrə vakant professor, dosent, baş müəllim və müəllim vəzifələrinin tutulması üçün keçirilən müsabiqənin gedişi və nəticələri haqqında məlumat verib. O, bildirib ki, ADPU-da təhsilin keyfiyyətinin yüksəldilməsi və müasir standartlara uyğunlaşdırılması üçün növbəti tədris ilindən etibarən müəllimlərin işə qəbulu yeni prosedurla həyata keçirilir. Bu məqsədlə ADPU-nun Elmi Şurasının 11 iyul 2016-cı il tarixli qərarı ilə “Azərbaycan Dövlət Pedaqoji Universitetində professor, dosent, baş müəllim və müəllim vəzifələrinin tutulması qaydaları” təsdiq olunub.
Universitetdə tədris olunan fənlər üzrə vakant professor, dosent, baş müəllim və müəllim vəzifələrinin tutulması qaydaları öncədən universitetin rəsmi saytı olan adpu.edu.az saytında yerləşdirilib, eyni zamanda bu barədə sosial şəbəkələrdə geniş məlumatlar paylaşılıb. Müsabiqənin keçirilməsi barədə “Xalq qəzeti”nin və “Azərbaycan müəllimi”qəzetinin 4 mart 2017-ci il tarixli saylarında müvafiq elanlar dərc edilib. Alternativ əsaslarla keçirilən müsabiqənin məqsədi universitetdə tədris prosesinin təkmilləşdirilməsi və daha səmərəli qurulması, şəffaf və obyektiv təhsil mühitinin yaradılması, sağlam rəqabətin formalaşdırılması, dərin elmi biliyə, kreativ düşüncəyə, zəngin erudisiyaya, ətraflı dünyagörüşünə, yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik rəqabətqabiliyyətli mütəxəssisləri işə cəlb etməkdir. Müsabiqə zamanı professor-müəllim heyətinin bilik və peşəkarlıq səviyyəsi yoxlanılıb.
Dosent Avtandil Bayramov qeyd edib ki, tədris olunan fənlər üzrə vakant professor, dosent, baş müəllim və müəllim vəzifələrinin tutulması üçün 8 fakültədə, 39 kafedrada 87 fənn üzrə 114 yer müsabiqəyə çıxarılıb. Sənəd qəbulu zamanı 114 yerə 500 nəfərin sənədi qəbul edilib. Onların 350 nəfəri universitet əməkdaşları, 150 nəfəri isə digər ali təhsil müəssisələrində və ümumtəhsil məktəblərində işləyən elm və təhsil mütəxəssisləridir. Müsabiqədə iştirak edənlərdən 230 nəfəri, yəni 46%-i elmi dərəcəlidir. Aprelin 20-dən başlayaraq müsabiqənin keçirilmə qaydalarına və şərtlərinə uyğun olaraq müsabiqədə iştirak edən müəllimlər universitetin Tədrisin İdarə Olunması və Tədris Texnologiyaları Mərkəzinin nəzarəti ilə açıq dərslər keçiblər.
Avtandil Bayramov müsabiqənin yekunlarına əsasən müsabiqəyə çıxarılan 114 yerdən 112-də müsabiqənin baş tutduğunu deyib: “İki yer üzrə - məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin Korreksiyaedici təlim kaferdrasında “Görmə və eşitmə funksiyalarının psixologiyası” fənni və Ümumi psixologiya kafedrasında “Psixologiyanın əsasları və psixoanaliz” fənni üzrə müsabiqə baş tutmayıb. Müsabiqənin nəticələrinə əsasən qalib gələn 112 nəfərdən 12 nəfəri professor, 45 nəfəri dosent, 44 nəfəri baş müəllim, 11 nəfəri müəllimdir. Qalib gələnlərin 90%-i, yəni 100 nəfəri ADPU-nun əməkdaşları, 10%-i, yəni 12 nəfəri isə kənardan müsabiqədə iştirak edənlərdəndir.
Müsabiqənin nəticələrinə əsasən filologiya fakültəsində 8 kafedrada, 16 fənn üzrə 21 nəfər qalib olub. Onlardan 2 nəfər professor, 11 nəfər baş müəllim, 7 nəfər dosent, 1 nəfər müəllimdir. Qaliblərin 2-si elmlər doktoru, 10-u fəlsəfə doktorudur. Riyaziyyat və informatika fakültəsində 4 kafedrada, 8 fənn üzrə 10 nəfər qalib gəlib. Onlardan 2 nəfər professor, 4 nəfər dosent, 4 nəfər baş müəllimdir. Qaliblərin 2-si elmlər doktoru, 6-sı fəlsəfə doktorudur. Fizika və texnologiya fakültəsində 3 kafedrada, 8 fənn üzrə 9 nəfər qalib olub. Onlardan 3 nəfər professor, 3 nəfər dosent, 3 nəfər baş müəllimdir. Qaliblərin 3-ü elmlər doktoru, 2-si fəlsəfə doktorudur. Kimya və biologiya fakültəsində 8 kafedrada, 16 fənn üzrə 20 nəfər qalib olmuşdur. Onlardan 2 nəfər professor, 8 nəfər dosent, 6 nəfər baş müəllim, 4 nəfər müəllimdir. Qaliblərin 1-i elmlər doktoru, 11-i fəlsəfə doktorudur. Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq fakültəsində 3 kafedrada, 12 fənn üzrə 16 nəfər qalib olub. Onlardan 1 nəfər professor, 8 nəfər dosent, 7 nəfər baş müəllimdir. Qaliblərin 1-i elmlər doktoru, 8-si fəlsəfə doktorudur. Tarix və coğrafiya fakültəsində 7 kafedrada, 11 fənn üzrə 18 nəfər qalib olmuşdur. Onlardan 2 nəfər professor, 9 nəfər dosent, 6 nəfər baş müəllim, 1 nəfər müəllimdir. Qaliblərin 2-si elmlər doktoru, 14-ü fəlsəfə doktorudur. İbtidai təhsil fakültəsində 2 kafedrada, 5 fənn üzrə 5 nəfər qalib olmuşdur. Onlardan 2 nəfəri dosent, 3 nəfəri baş müəllimdir. Qaliblərin 4-ü fəlsəfə doktorudur. Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində 4 kafedrada, 11 fənn üzrə 15 yer ayrılsa da, 13 nəfər qalib olub. Bu fakültədə 2 yer üzrə- Korreksiyaedici təlim kaferdrasında “Görmə və eşitmə funksiyalarının psixologiyası” fənni və Ümumi psixologiya kafedrasında “Psixologiyanın əsasları və psixoanaliz” fənni üzrə müsabiqə baş tutmayıb. Qaliblərdən 4 nəfər dosent, 4 nəfər baş müəllim, 5 nəfəri müəllimdir. Qaliblərin 7-si fəlsəfə doktorudur”. Elmi Şura üzvləri dosent Avtandil Bayramovun müsabiqənin nəticələri haqqında məruzəsini müsbət qiymətləndirərək yekdilliklə qəbul ediblər.
Sonra müsabiqədə qalib gələn 112 nəfər müəllimlə müvafiq fənləri tədris etmələri üçün 5 tədris ili müddətinə əmək müqaviləsi imzalanıb və onlara 5 illik sertifikatlar təqdim edilib. ADPU-nun rektoru, professor Cəfər Cəfərov müsabiqənin qaliblərini təbrik edərək onlara tədris və elmi fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirdə pedaqoji kadrların qarşısında qoyulan müasir tələblərə uyğun gələn şəxslərin müəyyən edilməsi və onların dərs yükü ilə təmin olunmaları kafedra müdirlərinə həvalə edilib, habelə 2017-2018-ci tədris ilində keçiriləcək müsabiqənin keyfiyyətini yüksəltmək məqsədilə dekanlara və kafedra müdirlərinə fakültələrin tədris-metodika şuralarının tərkibini nəzərdən keçirmələri tapşırılıb, digər elm və ali təhsil müəssisələrindən ixtisaslara uyğun gələn mütəxəssislərin dəvət olunması tövsiyə edilib.
İclasda cari məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul olunub. Sonda rektor Cəfər Cəfərov iclasda qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün Elmi Şura üzvlərinə öz tapşırıq və tövsiyələrini verib.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.09.2017
22.09.2017