Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Həftənin “ermənipərəsti müğənnisi” - HƏFTƏ-REYTİNQ
Tarix: 14.07.2017 | Saat: 19:30:00
Bölmə:Həftə-Reytinq | çapa göndər

İkiyaşlı Zəhranın Füzulinin Alxanlı kəndində erməni mərmisindən şəhid olmasından sonra “xalq artisti” adını daşıyan Brilliant Dadaşovanın erməni qarmon ifaçısı Varujan Şahbazyanla isti münasibətləri ortaya çıxdı. Əvvəlcə “xalq artisti”mizin erməni ifaçısının qarmonda ifasını bəyənib, rəy bölməsinə “super” yazdığı aşkarlanıb. Qarşılığında erməni ifaçısı da ona cavab olaraq “Çox sağ ol, əzizim” yazıb. Daha sonra isə məlum olub ki, bu, xalq artistinin həmin erməni sənətçi ilə ilk yazışmaları deyilmiş. Sən demə, bundan əvvəl də Brilliant Dadaşova erməni ifaçısının statuslarını bəyənib, qısaca da olsa şərhlər bildirib, paylaşımların altına əl və ürək işarələri düzüb. Sənətçinin bu davranışı həm sosial şəbəkə istifadəçilərinin, həm də ictimaiyyət nümayəndələrinin qəzəbinə tuş gəlib. Əksəriyyət bir neçə gün bundan əvvəl erməni mərmisi ilə dünyasını dəyişən 2 yaşlı Zəhra və onun nənəsi üçün heç nə yazmayan və heç nə paylaşmayan, lakin erməni ifaçısını bəyənən xalq artistinin adına utanc olduğunu qeyd edib. Müğənni jurnalistlərin telefon zənglərinə cavab vermir. Sosial şəbəkədə isə heç nə olmamış kimi, məşhur “A ya jivu krasivaya kak ya xoçu” mahnısını paylaşıb.


Həftənin “xoşbəxt Bakı ermənisi”


Daha bir Bakı ermənisi Oksana Altunyan dünyaya göz açdığı Azərbaycan paytaxtına təşrif buyurdu. Virtualaz.org yazır ki, onun Bakıda ilk hiss etdiyi doğma şəhərin qoxusudur – uşaqlıq qoxusu, valideynləri ilə yaşadığı evin qoxusu, həyatının ən yaxşı illərinin qoxusu. “Qadının etirafına əsasən, cəmi bir saat ərzində o, yeniyetməliyini, görüşlərin və ayrılıqların sevincini və kədərini yaşayıb, keçmiş arzularını və istəklərini xatırlayıb. Oksanaya təhsil aldığı məktəbi, rəfiqələri ilə oynadığı həyəti, ərə getdiyi evi görmək imkanı yaradılıb. Qadının gözləri gah sevinclə yanır, gah da göz yaşları ilə tutulurdu. Həmin o xoşbəxt illərdən onu uzun zaman ayırır. Həmin illərdən ki, millətindən asılı olmayaraq hamılıqla bayramları qeyd edir, toylarda şənlənir, doğum evlərindən yenicə anadan olmuş körpələri qarşılayırdılar. Hər şey ümumi və hər şey əziz idi. Amma bu gün də Oksana Altunyan çox xoşbəxtdir, axı arzusu yerinə yetib – o, qəlbinə yaxın, doğma yerlərdədir...”.


Həftənin “general oglu”


Avtobus sürücüsünə hücum etdikdən sonra özü həbs edilmiş, atası- Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi, general Novruzəli Orucov isə Prezidentin sərncamı ilə vəzifəsindən azad edilmiş Rüstəm Novruzəli oglu Orucovun avtomobillərinin və lüks həyatının görüntüləri yayıldı. Xatırladaq ki, general özü işdən çıxarılması haqda bunları deyib: “Siz bilirsiniz ki, məni nəyə görə işdən azad edilmişəm. 3 övladım var. Hər üçünün canını cənab prezidentin ayağının altında qurban etməyə hazıram. Çünki dövlət başçımız mənə yüksək vəzifə və rütbə verdi. Mənim Ali Hərbi Məktəbdə təhsil almağım üçün göstərişi onun atası, Ulu öndərimiz Heydər Əliyev vermişdi. Ümumilli liderimizin və prezident İlham Əliyevin mənim üzərimdə zəhməti çoxdur... Mən özümdən başqa heç kimdə günah görmürəm. İki oğlum, bir qızım var. Bu, mənim sonbeşiyimdir, bir az ərköyün böyütdük...”.


Həftənin “savaşşünası”


Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov Musavat.com-a müsahibəsində ölkəmizin Ermənistanla savaş imkanlarından danışdı. O, müxbirin “Azərbaycan prezidentinin İstanbula son səfəri zamanı bir daha iki qardaş ölkənin rəhbərləri Qarabağla bağlı vahid mövqedən çıxış etdilər. Bəs həlledici məqamda Türkiyə Azərbaycan ərazilərinin işğaldan azad olunması üçün nə edə, hansı addımları ata bilər?” sualına belə cavab verdi:”Türkiyənin özünün problemləri var və bu problemlər günü-gündən artır. Türkiyə dövləti həmişə bəyan edib ki, biz Azərbaycanla qardaşıq, bir xalqıq. Reallıq odur ki, bunların özləri də Ermənistandan çəkinir. Türkiyəyə də təzyiq var. Düzdür, Ermənistanla sərhədləri açmırlar, blokada məsələsində bizimlə eyni mövqedədirlər, amma şəxsən mənimçün bir balaca naməlum vəziyyət var. Ona da şübhə etmək olmaz ki, savaş başlasa, Türkiyə bizə dəstək verəcək, mən buna inanıram. Özü də təkcə Türkiyə yox, elə İran da...”.


Həftənin “birəşünası”


“İnsanlar birəni belə ciddi bir şəkildə dəvəyə çevirir...”. Bunu son günlər Rusiya və ABŞ lideri Tramp arasındakı əlaqələrlə haqda yayılan məlumatlarla bağlı sərt çıxış edən Rusiyanın xaric işlər naziri Serqey Lavrov söylədi. O, bu barədə belçikalı həmkarı Didier Reinderslə təşkil etdiyi ortaq mətbuat konfransında bildirib: “Rus bir vəkil Trampın oğlu ilə görüşməkdə ittiham olunur. Mən bunu təəccüblə qarşıladım. Bu, vəhşilikdir. Bir insanın bir vəkillə danışmasından normal nə ola bilər? Necə bir basqıdır, bu? Məsələni bilmirəm. Mən də dünən telekanallardan öyrəndim. Bu gün də televizoru açıb baxdım ki, bütün Qərb mətbuatı bunu danışır. İnsanlar birəni belə bir ciddi şəkildə dəvəyə çevirir. Bəlkə də ortada heç birə də yoxdur”.


Həftənin “Azərçay”sevəri”


“Azərçay”ın yeni reklam çarxının çəkilişi üçün ölkəmizə gəlmiş Rusiyanın ən məşhur televiziya layihələrindən olan “Pole Çudes”in aparıcısı Leonid Yakuboviç Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində baş tutmuş “Qarabağ”-“Samtredia” görüşünü izləyənlər arasında oldu. Oyundan öncə jurnalistlərlə görüşən, 25 ildir ki, Rusiya efir məkanının ən reytinqli verilişlərindən birinin aparıcısı olan məşhur sima, onların suallarını cavablandırıb. Leonid Yakuboviç “Azərçay”ı çox bəyəndiyini söyləyib: “Mən çox nadir hallarda reklam təkliflərinəə müsbət cavab verirəm və bu işə çox ciddi yanaşıram, çünki bu cür məsələlərə görə məsuliyyətin bir hissəsi də mənim üzərimə düşür. Mən ancaq çay içirəm və bu içki barədə çox geniş biliklərə sahibəm. Burada istehsal olunan çayın dadına baxdıqdan sonra ailəmiz evdə ancaq “Azərçay” içir və bütün tanışlarıma da bunu tövsiyə edirəm...” Qeyd edək ki, ötən 6 ay ərzində “Pole Çudes” verilişi “Azərçay”ın dəstəyi ilə yayımlanıb və buraxılışlarda Azərbaycan mədəniyyətinin, tarixinin və incəsənətinin tanıdılmasına xüsusi diqqət ayırıb.


Həftənin “satqını”


“Polşanın eks-prezidenti Lex Valensa satqınlıq simvoludur”. Bunu jurnalistlərə açıqlamasında Polşanın Müdafiə naziri Anton Maçereviç söylədi. O, Valensanı Polşa Xalq Respublikasının ən təhlükəli agenti adlandırıb. Qeyd edək ki, bundan öncə Polşanın eks-prezidenti, Nobel mükafatçısı Lex Valensanın Polşa Xalq Respublikasının kəşfiyyatına xidmət etdiyi ortaya çıxıb. Valensa özü bu iddiaların hamısını rədd edib.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.11.2017
23.11.2017
“Ərdoğanla Putin bir-biri ilə ən yaxşı anlaşan liderlər hesab edilir” - Hasan Oktay
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi
"Erməni məzarları üzərində tikilmiş ayaqyolu sökülməyəcək" - Atif Çiçəkli
“Bu il 750 avtobus əsaslı təmir olunaraq yenidən xəttə buraxılıb” – Mais Ağayev
Gəlin, ailə mədəniyyətini birlikdə qoruyaq
“Neftin qiymətlərinin artması bizi arxayınlaşdırmamalıdır” – Fikrət Yusifov
Yeni ildə 5 gün iş olmayacaq
“Lirə və rublun məzənnəsinin dəyişməsi manata təsir edir” – Vüqar Bayramov
“Bulvar İdarəsi yeni illə bağlı “Tədbirlər planı” hazırlayır” – APARAT RƏHBƏRİ