Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Erməni Bakıda taksi biznesi ilə məşğul olacaq? - GÜNÜN TƏZADLARI
Tarix: 14.07.2017 | Saat: 19:00:00
Bölmə:Günün təzadları | çapa göndər

Rusiyada və bir sıra digər ölkələrdə “Yandeks” və “Uber” şirkətləri onlayn daşınma bizneslərini birləşdirmək qərarı verdilər. Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, “Yandeks” internet şirkəti və “Uber” taksiləri Rusiyada və bir sıra digər ölkələrdə bizneslərini birləşdirirlər. Bu ölkələrin siyahısına Azərbaycan da daxildir. “Yandeks”in verdiyi məlumata əsasən, tərəfdaşlar adı çəkilmiş ölkələrdə “UberEats” adlı qida çatdırılma servisi də yaradırlar. Birgə şirkətə “Uber” 225 milyon, “Yandeks” isə 100 milyon dollar sərmayə yatıracaq. Yeni yaradılan şirkətin ümumi dəyəri 3,725 milyard dollar həcmində qiymətləndirilir. Sövdələşmənin 2017-ci ilin dekabr ayında bağlanacağı gözlənilir. Bundan sonra yeni şirkətin səhmlərinin 59,3%-i “Yandeks”ə, 36,6%-i “Uber”ə, 4,1%-i isə əməkdaşlara məxsus olacaq. Qeyd edildiyinə görə, yeni yaradılan şirkətə “Yandeks.Taksi”nin baş direktoru erməni əsilli Tiqran Xudaverdiyan rəhbərlik edəcək.


Bələdiyyə sədri borca görə özünü asdı


Şəkidə bələdiyyə sədrinin özünü asması hjaqda xəbərlər yayıldı. APA-nın yerli bürosunun xəbərinə görə, Şəkinin Qoxmuq kənd bələdiyyəsinin sədri Fətəli Lütfəli oğlu Rüstəmovun meyiti kənd ərazisində köhnə tikilidə asılmış vəziyyətdə tapılıb. 1971-ci il təvəllüdlü F. Rüstəmov evli olub, iki övladı var. Qoxmuq kənd icra nümayəndəsi İlqar Həsənov kənd bələdiyyəsinin sədri Fətəli Lütfəli oğlu Rüstəmovun intiharı barədə danışıb. İcra nümayəndəsi Ölkə.az-ın əməkdaşına bildirib ki, bələdiyyə sədrinin borcu var imiş: “İnsan kimi insan, yoldaş kimi yoldaş idi. Ağlımıza gəlməyən vəziyyətdir, şokdayıq. Amma axırıncı axşam atasına deyib ki, bir az borcum var. Günün yetmiş faizini bir yerdə olmuşuq. Bunun ora-bura çıxmağı da olmurdu. Ancaq borcun məbləğindən xəbərimiz yoxdur”. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət içi başlayıb, araşdırma aparılır.


İlqar Mikayıloğlunu ilan sancdı


Tanınmış teleaparıcı İlqar Mikayıloğlunu çəkiliş zamanı ilan sancdı. Hafta.az-ın Musavat.com-a istinadla verdiyi məlumata görə, jurnalisti Füzuli rayonunun Haramı düzündə verilişin çəkilişi zamanı ilan sancıb və o, dərhal hospitala aparılıb. Teleaparıcının hazırda Bakıya çatdırılmadığı, onun hələ də yolda olduğu bildirilir. Eyni zamanda, hadisə şahidləri İlqar Mikayıloğlunun səhhətinin ağır olduğunu da bildiriblər. Teleaparıcının həyat yoldaşı Zülfiyyə Bayramova deyib: “Haramı düzündə çəkiliş aparırdıq. Hadisə qəfildən baş verdi, bir anda ilan Mikayılı sancdı. Mikayıl ilanı görməmişdi. İlkin tibbi müdaxilə edildi. Hazırda Bakıya aparılır. Mikayılın vəziyyəti barədə qəti fikir bildirə bilmərəm. Yaxşı olması üçün dua edirik”.


Hökumət marixuana qıtlığıyla bağlı tədbirlərə başladı


Amerikanın Nevada ştatının hökumət orqanları dünyanın əksər ölkələrində istifadəsi qadağan olunan marixuananın qıtlığı ilə mübarizəyə başlamağa qərar verdi. Hafta.az “Life” nəşrinə istinadla xəbər verir ki, iyulun 1-də ştatda şəxsi istifadə üçün marixuanaya qadağa qaldırılıb. Odur ki, bu narkotikə tələbat daha da artıb. Belə ki, marixuana satan mağazaların çox olmasına baxmayaraq, məhsulun distribyutorları azdır. Hazırda rəsmilər qıtlığı aradan qaldırmaq üçün təcili tədbirləri nəzərdən keçirirlər. Vergi nümayəndəsi Stefani Klapsteyn satışların sənayenin təxminlərini üstələdiyini deyir. O, ştatdakı 47 dükanın çoxunda marixuananın tükəndiyini bildirib. Marixuananın tibbi məqsdələ istifadəsini leqallaşdıran qanunda onun içki distribyutorları tərəfindən satılmasına icazə verilmişdi. Lakin ştatın vergi qurumları bildirir ki, topdan içki satanlar lazım olan qaydalara riayət edə bilməyiblər. Vergi qurumu təcili tədbirlərə ehtiyac yarandığını elan edib. Bu vəziyyət rəsmilərə qıtlığı aradan qaldırmaq üçün xüsusi, təcili addımlara icazə verir.


Rusiya Amerika tanklarını dənizin dibindən çıxardı


Rusiyanın Şimal donanması ABŞ-a məxsus tankları Barens dənizinin dərinliyindən çıxardı. Hafta.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, həmin donanmaya məxsus axtarış və xilasetmə qrupu II Dünya müharibəsindən qalma tankların 1945-ci ildə batan “Tomas Donaldson” adlı daşıyıcı gəminin anbarından tapıldığını bildirib. Məlumata görə, gəmidən çıxarılan tanklar 3-cü və 4-cüdür. Hazırda daha bir neçə zirehli texnikanın dənizdən çıxarılmaşı işləri aparılır.


Azərbaycandan inək formalı avtomobil keçəcək


Şotlandiyadan olan poçtalyon Monqolustana səfər etməyə hazırlaşır və bu məqsədlə “Ford Fiesta” markalı avtomobilini Haylend inəyi formasına saldı. Hafta.az “Report”-a istinadla xəbər verir ki, Qrem Donohi 40 yaşı münasibətilə 4 həftəlik səyahətə çıxmağı düşünür. Marşrut boyu o, 17 ölkədən, o cümlədən Rusiya, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Qırğızıstandan keçmək və səfərini Monqolustanın paytaxtı Ulan-Batorda başa vurmaq niyyətindədir. Poçtalyon avtomobilinin belə xarici görünüşünün sərhədçilərdə təbəssüm yaradacağını və gömrük nəzarətindən keçidini asanlaşdıracağını hesab edir. Q.Donohi səyahət üçün hazırlığın heç də asan olmadığını qeyd edib. Xüsusən bütün zəruri vizaları almaq və lazımi peyvəndləri vurdurmaq çətin olub. Qeyd edək ki, Q.Donohinin həyat yoldaşı demensiya xəstəliyindən əziyyət çəkir və səfərin məqsədi də bu cür xəstələrin müalicəsi üçün pul toplamaqdır.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.07.2017
20.07.2017