Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Müharibənin başlanması an məsələsidir” – MÜNASİBƏT
Tarix: 15.07.2017 | Saat: 10:24:00
Bölmə:Siyasət | çapa göndər

“Hesab edirəm ki, ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə təşkil olunan görüşlər çoxdan mənasını itirib. Münaqişənin nizamlanması ilə əlaqədar dəfələrlə görüşlər təşkil olunub, bəyanatlar verilib. Həmsədrlər də ortaq mövqedən çıxış etməyə çalışıb. Görünən odur ki, bunun heç bir əhəmiyyəti yoxdur”.

Bunu hafta.az-a açıqlamasında millət vəkili Fərəc Quliyev ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə iyulun 11-də Bürüsseldə keçirilən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə münasibət bildirərkən deyib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanın bütün sülh niyyətlərinə baxmayaraq, ermənilər öz işğalçılıq niyyətlərindən qalmır:

“Onlar əvvəldən planladıqları, davam etdirdikləri işləri bu gün də yürütməkdədirlər. Hesab edirəm ki, Ermənistana müəyyən vaxt limiti verilməlidir və bundan sonra məsələni hərbi yolla həll etmək lazımdır. Əgər Dağlıq Qarabağ münaqişəsi dinc yolla öz həllini tapmazsa, hərbi müdaxilə qaçılmazdır. Doğrudur, münaqişə indi sakit fazadadır, hərbi müstəviyə keçməsi an məsələsidir. Vasitəçilər bunu nəzərə almalıdırlar”.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.09.2017
19.09.2017
18.09.2017