Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Vəkil Aslan İsmayılovun müraciəti böyük təəccüb doğurdu
Tarix: 16.07.2017 | Saat: 16:28:00
Bölmə:Sosial | çapa göndər

“Ötən gün vəkil Aslan İsmayılov sosial şəbəkədəki səhifəsində Bakı şəhərinin mərkəzində park salması ilə bağlı video müraciətlə çıxış edib. O, vaxtilə sürüşmə baş vermiş Bayıl yamacında park saldığını və burada ağaclar əkdiyini göstərir”.

Bunu hafta.az-a açıqlamasında Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov deyib.

Onun sözlərinə görə, bu məlumat Səbail Rayon İcra Hakimiyyətində çox böyük təəccüb doğurub: “Hamıya yaxşı məlumdur ki, 2016-cı ilin sonlarından etibarən ölkə başçısı cənab İlham Əliyevin tərəfindən Şıx yamacından Bayıl yamacı istiqamətində böyük sahəni əhatə edən ərazidə yaşıllıqlar zonası və meşə zolağının yaradılması barədə tapşırıqlar verilib. Bununla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı şəhər və Səbail Rayon İcra Hakimiyyətləri tərəfindən ilkin mərhələdə «Şıx» yamacında böyük “Ekoloji park” yaradılıb. Təkcə Səbail RİH tərəfindən burada 80 mindən çox müxtəlif ağac əkilib və damcı üsulu ilə ağaclara qulluq gösrərilir. Lazımi qulluq nəticəsində ağacların hamısında inkişaf gedir. Qeyd olunmalıdır ki, 10 minlərlə ha ərazini əhatə edən bu yaşıllıq ərazisi cənab prezidentin hakimiyyəti illərində salınmış ən böyük yaşıllıq ərazilərindən biridir”. 

İsrafil Kərinov onu da qeyd edib ki, mövsüm ərzində həmin ərazilərdə əkilən ağacların sayının ilbəil artırılaraq Bayıl yamacına kimi böyük bir ərazini əhatə olunması nəzərdə tutulub. Hazırda bütün ərazidə ağaclara qulluq göstərilməsi işləri gedir: “Aslan İsmayılovun yayımladığı video materialadakı görüntülərdən aydın bilinir ki, burada işləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları aparır. Yəqin ki, Aslan İsmayılov dövlət qurumları tərəfindən ərazidə aparılan geniş miqyaslı işlərə öz adını yazmaqla özünü gündəmdə saxlamağa çalışır və cənab prezidentin rəhbərliyi ilə aparılan geniş miqyaslı işlərə özünü əlavə etmək istəyir. Bu da bizdə böyük təəccüb hissi doğurur”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.02.2018
20.02.2018
19.02.2018
Dünyaya müharibə təhlükəsi və ya güclənməsi istənilməyən Çin
“Azərbaycanın iqtisadi inkişafına dəstək vermək istəyirik” – Qulam İshaqzai
Çinlilər qırmızı libaslı Baharın gəlişini qeyd edir
Dövlət qurumlarının nəşrləri – lazımdırmı? - ARAŞDIRMA
“Milan prosesi” ermənipərəst qüvvələrin Azərbaycana qarşı növbəti uğursuz cəhdi idi" – Məlahət İbrahimqızı
“Cənub Qaz Dəhlizi” layihəsinin siyasi-iqtisadi əhəmiyyəti böyükdür” – Millət vəkili
“Müasir antikorrupsiya standartları və beynəlxalq əməkdaşlığın inkişafı”
7 manatlıq qızılgül, 540 manatlıq şam yeməyi – “Sevgililər günü menyusu”
“Ölkəmizə qara yaxanlar heç nəyə nail ola bilmədi” – Fikrət Sadıqov
77 nəfərin qatili ilk dəfə əməlindən peşman olduğunu bildirib
“Martın 2-də Əbu Dabi ilə Bakı arasında birbaşa uçuşlara başlanılacaq” - Səfir Daşqın Şikarov
“Rusiya YPG-ni Türkiyənin vasitəsilə cəzalandırır” - Tariq Sulo Cevizci
“Burada yaşamırdı, özünü də bədbəxt etdi, “Tofaş”ı da – “Tri Karona”da intihar
Dünyanın ən güclü ordularının siyahısı açıqlandı - Türkiyə 8-cidir
“Daşaltı əməliyyatından sonra yalnız 16 şəhidin nəşini ermənilərdən ala bildik" – Kərim Kərimli
“Türk ordusunun Afrindəki əməliyyatları uğurla nəticələnəcək” – Zəlimxan Məmmədli
“Azərbaycan ordusu Qarabağda antiterror əməliyyatına başlamalıdır” - Füzuli Məmmədov
5 gün dərs olmayacaq - Rəsmi
Səudiyyə Ərəbistanı səfirliyi köçkün ailələrinə qurban əti payladı - FOTO
Uçurulan yanğından mühafizə çəni, kəsilən ağaclar, dağdılan istirahət zolağı – BİNƏQƏDİDƏN ŞİKAYƏT VAR - FOTO-VİDEO