Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Onda gərək Xocalıdan bu yana bütün zəhralara heykəl qoyaq” – Millət vəkili
Tarix: 17.07.2017 | Saat: 10:39:00
Bölmə:Siyasət | çapa göndər

“Sosial şəbəkələrdə Zəhraya erməni vəhşiliyinin, faşistliyinin nümunəsi olaraq heykəl qoyulması, onun şəkillərinin dünyanın bir çox ölkələrində erməni vandallığının göstəricisi kimi nümayiş etdirilməsi təklifi hər bir Azərbaycan vətəndaşının ürəyinin yanğısının ifadəsidir. Onlar Zəhranın ölümünü, erməni işğalçılığına qarşı hiddətini bu cür ifadə edirlər. Bu ilk faciə deyil. Onda gərək Xocalıdan bu yana bütün zəhralara, leylalara heykəl qoyaq. Zəhranın və düşmən gülləsinə tuş gələn körpələrimizin heykəli hər birimizin qəlbindədir. Bu birmənalıdır”.

Bunu hafta.az-a açıqlamasında millət vəkili Məlahət İbrahimqızı iyulun 4-də erməni işğalçılarının gülləsinə tuş gələrək şəhid olan yaş yarımlıq Zəhra Quliyevaya erməni faşistliyinin simvolu kimi heykəl qoyulması təklifinə münasibət bildirərkən deyib. Millət vəkilinin sözlərinə görə, indiki dövrdə dünyanın başa düşəcəyi təqdirdə ermənilərin vəhşiliyini beynəlxalq aləmə göstərmək lazımdır:

“Dünya hansı yanaşmanı qəbul edirsə, o yanaşma ilə işğal faktını, işğalçı Ermənistanın sivil insanlara qarşı vəhşiliyini nümayiş etdirməliyik. Onu da, alman da, fransız da başa düşsün, qəbul etsin. Biz Sarkisyanı uşaq qatili kimi dünyaya tanıtmalıyıq. Yaş yarımlıq Zəhra Quliyevanın düşmən gülləsinə tuş gəlməsi Azərbaycan xalqının, türk dünyasının faciəsidir. O, hamımızın balası, mənim də nəvəmdir. Zəhranın şəhid olduğu gün beynəlxalq təşkilatlarda – ATƏT – də, NATO Parlament Assambleyasında, AŞPA-da növbəti iclaslar keçirilirdi. Həmin qurumlarda ölkəmizi təmsil edən millət vəkilləri erməniləri ifşa edən çıxışlar etdi. Həmin ölkələrdə Zəhranın ölümü ilə bağlı aksiyalar təşkil olundu. Həqiqətən də müharibədə əsgərlərin, hərbçilərin ölümü acı da olsa bir qanundur, müharibə qanunudur. Amma atəşkəs şəraitində mülki şəxslərə, azyaşlılara və qadınlara qarşı cinayət törətmək qətliam törətmək, məhv etmət insanlığa qarşı ən ağır cinayətdir. Beynəlxalq hüquq da buna yol vermir. Zəhralar, Farizlər bir deyil, iki deyil. Atəşkəs dönəmində 40 yaxın uşaq erməni işğalçılarının gülləsinin qurbanı olub”.

Məlahət İbrahimqızı bildirib ki, Zəhranın ölümü Xocalı faicəsi zamanı əli qadın və uşaq qanına bulaşmış hazırki prezident Serj Sarkisyan rejiminin mahiyyətidir. Yaş yarımlıq körpənin öldürülməsi Sarkisyan məkrinin, onun siyasətinin davamı idi:

“Deputatlarla yanaşı, jurnalistlər, gənclər hər kəs Qarabağla bağlı beynəlxalq təşkilatlarda Azərbaycanın haqq səsini dünyaya çatdırmalıdır. Erməni yalanlarını, onların işğalçılıq fəaliyyətini dünyaya çatdırmaq üçün millət vəkili olmaq lazım deyil. Bu gün sosial şəbəkələr vasitəsi ilə də təbliğat aparmaq mümkündür. Ermənistana beynəlxalq təzyiqləri artırana qədər davam etdirməliyik. Bu günə qədər möhtərəm prezidentin müşavirədə dedikləri bizim üçün yol xəritəsi olub. Bir neçə dönəmdir ki, villət vəkiliyəm. Deyə bilərəm ki, əlimizə fürsət düşən ki, Azərbaycanın haqq mövqeyini beynəlxalq təşkilatlarda müdafiə etməyə çalışırıq. Eyni zamanda zamanda işğalçı Ermənistanın ölkəmizin beşdə birini zəbt etdiyini, beynəlxalq qurumların işğalı pisləyən qətnamələrə, həmin ərazilərdən qeyd-şərtsiz çıxmaq haqqında olan sənədlərə məhəl qoymadığını bildiririk”.

 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.07.2017
20.07.2017