Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
61 230 nəfər şəxsi peşə hazırlığına cəlb edilib
Tarix: 17.07.2017 | Saat: 11:11:00
Bölmə:Sosial | çapa göndər

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) cari ilin yanvar-iyun aylarında 61 230 nəfər şəxsi peşə hazırlığı, əlavə təhsil kurslarına və peşəyönümü tədbirlərinə cəlb edib.

ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr şöbəsindən hafta.az-a verilən məlumata görə, işçi qüvvəsinin əmək bazarının tələblərinə uyğunlaşdırılması və rəqabət qabiliyyətinə malik olması üçün görülən işlərin davamı olaraq, son 6 ayda nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 2 286 nəfər şəxs üçün peşə hazırlığı və əlavə təhsil kursları təşkil olunub. Kurslarda ənənəvi və modul tədris üsulları əsasında kompüter istifadəçisi, dərzi, avtomobil təmiri üzrə çilingər, elektrik montyoru, xalçaçılıq, mebel quraşdırıcısı, qənnadçı, əməliyyatçı mühasib, elektrik qaynaqçısı və s. peşələr öyrədilib.

Qeyd olunan dövrdə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə isə 120 nəfər gənc qəbul olunub. Mərkəzdə sağlamlıq imkanları məhdud gənclər yeni peşələrə yiyələnməklə bərabər, burada peşə təlimində olduqları müddətdə dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə də təmin olunublar.

Cari ilin birinci yarımilində gənclərin əmək bazarının tələbləri əsasında düzgün peşə və ixtisas seçiminə köməklik göstərilməsi üçün əsasən orta ümumtəhsil məktəblərində peşəyönümü tədbirləri də davam etdirilib. Bu tədbirlərə ümumilikdə 58 824 nəfər gənc cəlb olunub. Onlara əmək bazarında mövcud vəziyyət, işəgötürənlərin peşə və ixtisaslara olan tələbləri haqqında ətraflı məlumatlar, peşəyönümü məsləhətləri verilib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.02.2018
20.02.2018
19.02.2018
Dünyaya müharibə təhlükəsi və ya güclənməsi istənilməyən Çin
“Azərbaycanın iqtisadi inkişafına dəstək vermək istəyirik” – Qulam İshaqzai
Çinlilər qırmızı libaslı Baharın gəlişini qeyd edir
Dövlət qurumlarının nəşrləri – lazımdırmı? - ARAŞDIRMA
“Milan prosesi” ermənipərəst qüvvələrin Azərbaycana qarşı növbəti uğursuz cəhdi idi" – Məlahət İbrahimqızı
“Cənub Qaz Dəhlizi” layihəsinin siyasi-iqtisadi əhəmiyyəti böyükdür” – Millət vəkili
“Müasir antikorrupsiya standartları və beynəlxalq əməkdaşlığın inkişafı”
7 manatlıq qızılgül, 540 manatlıq şam yeməyi – “Sevgililər günü menyusu”
“Ölkəmizə qara yaxanlar heç nəyə nail ola bilmədi” – Fikrət Sadıqov
77 nəfərin qatili ilk dəfə əməlindən peşman olduğunu bildirib
“Martın 2-də Əbu Dabi ilə Bakı arasında birbaşa uçuşlara başlanılacaq” - Səfir Daşqın Şikarov
“Rusiya YPG-ni Türkiyənin vasitəsilə cəzalandırır” - Tariq Sulo Cevizci
“Burada yaşamırdı, özünü də bədbəxt etdi, “Tofaş”ı da – “Tri Karona”da intihar
Dünyanın ən güclü ordularının siyahısı açıqlandı - Türkiyə 8-cidir
“Daşaltı əməliyyatından sonra yalnız 16 şəhidin nəşini ermənilərdən ala bildik" – Kərim Kərimli
“Türk ordusunun Afrindəki əməliyyatları uğurla nəticələnəcək” – Zəlimxan Məmmədli
“Azərbaycan ordusu Qarabağda antiterror əməliyyatına başlamalıdır” - Füzuli Məmmədov
5 gün dərs olmayacaq - Rəsmi
Səudiyyə Ərəbistanı səfirliyi köçkün ailələrinə qurban əti payladı - FOTO
Uçurulan yanğından mühafizə çəni, kəsilən ağaclar, dağdılan istirahət zolağı – BİNƏQƏDİDƏN ŞİKAYƏT VAR - FOTO-VİDEO