Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Əliyev–Sarkisyan görüşün arxasındakı Kreml kölgəsi – NƏ DƏYİŞƏCƏK?
Tarix: 17.07.2017 | Saat: 13:28:00
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan və Ermənistan prezidentlərinin bu ilin sonuna kimi görüşəcəkləri ilə bağlı rus mətbuatında xəbərlər yayılıb. “İzvestia”nın iddialarına görə digər iki həmsədr – Fransa və ABŞ-ın prezidentləri görüşdürmək cəhdi baş tutmayıb. Əvəzində Kremlin tərəfləri bir araya gətirmək cəhdi müsbət sonluqla nəticələnib.

Rusiya həmən dövlətdir ki, bir müddət öncə işğal olunmuş ərazilərdə - İranla sərhəd bölgədə ermənilərlə birgə təlim keçməyə cəhd göstərmişdi. Bundan başqa, duma erməni və rus qoşun birləşmələrinin xüsusi vəziyyətlərdə bir komandanlıqdan idarə olunması ilə bağlı sənədi bir neçə gün öncə ratifikasiya edib. Yəni, bundan sonra Ermənistan-Rusiya birgə qoşun qruplaşması Dağlıq Qarabağ münaqişəsi üçün real təhlükə kimi Azərbaycanın qarşısında dayanacaq. Eyni zamanda, iyulun 5-də - ermənilərin cəbhə xəttində yaş yarımlıq Zəhra və onun nənəsini qətlə yetirdikdən bir gün sonra Rusiya Xarici İşlər Nazirliyi bəyanat yaydı. Bildirildi ki, Moskva erməni soyadlı vətəndaşlarının sərhəddən buraxılmamasına görə Azərbaycanla münasibətlərini yenidən gözdən keçirə bilər. Hətta Kreml rəsmi Bakıya nota da göndərmişdi.

Bəs bütün bunların fonunda prezidentlərin görüşünün təşkilində Rusiyanın vasitəçiliyi nə dərəcədə səmimi görünür? Doğrudanmı Moskva Dağlıq Qarabağ məsələsinin həllində tərəflər arasında balans nümayiş etdirə biləcək bir gücdür?

Məsələyə münasibət bildirən millət vəkili, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa hafta.az-a açıqlamasında deyib ki, indiki şəraitdə Moskvanın tərəflər arasında balans nümayişi və ya səmimiliyi o qədər də əhəmiyyət kəsb etmir. Rusiyanın problemi həll etmə ilə bağlı yanaşması yoxdur, sadəcə olaraq tərəfləri görüşdürmək təşəbbüsü irəli sürüb:
“İndiki halda biz Rusiyanın bu təklifinə razı olmağa məcburuq. Moskva tərəflərdən kimisə dəstəkləmir. Ermənilərə qarşı xüsusi imtiyazlar tanıyır, vəssalam. Hazırki vəziyyətdə biz Kremlin münaqişəyə dair siyasətinin dəyişməsinə çalışmalıyıq. Çünki hazırki vəziyyət Ermənistanın xeyrindir. Status-kvo onların lehinədir. Biz isə işğala məruz qalan tərfik. Aydındır ki, Rusiya Ermənistana kömək edir, ona görə də işimizi elə qurmalıyıq ki, vəziyyəti öz xeyrimizə dəyişə bilək”.

Millət vəkili, politoloq Sahib Alıyev isə indiki şəraitdə təkcə Rusiyanı deyil, ümumilikdə bütün həmsədr dövlətləri münaqişəyə yanaşma tərzlərinin işğalçının lehinə olduğunu vurğulayıb:

“Biz cənab prezidentin də vurğuladığı kimi substantiv danışıqların aparılmasını istəyirik. Azərbaycan üçün mühüm olan budur, danışıqların kimin moderatorluğu altında aparılması yox. Həmsədrlərə gəkdikdə tək Rusiya deyil, təəssüf ki,  onların hamısı işğalçı Ermənistana yanaşmada ikili standartdan qaynaqlanan himayədarçı, havadarçı və dəstəkçi siyasət yeridirlər”.

Politoloq Arzu Nağıyevin sözlərinə görə, Moskva artıq bir neçə müddətdir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində həddən artıq canfəşanlıq etmək istəyir. Hətta Sankt-Petrburq şəhərində Azərbaycan və Ermənistan Prezidentləri arasında keçirilən görüşdən sonra problemin demək olar ki, müəyyən qədər həll  ediləcəyinə ümid də vardı. Moskvanın belə aktivliyinin bir neçə səbəbi  var:

“Birincisi, Rusiya regionda kimin nüfuz sahibi olmasını nümayiş etdirməyə çalışır.İkincisi, ATƏT –in Minsk Qrupunun həmsədri kimi özünü sülhsevər bir dövlət kimi aparmaq istəyir. Üçüncüsü, Qərb də başa düşür ki, bütün bu münaqişələrin yaranmasında SSRİ-nin varisi kimi Rusiya bir başa məsuliyyət daşıyır və yaranmış vəziyyətin həllində Kreml açar fiqurdur və müəyyən bir irəliləyiş olarsa, məruz qaldığı sanksiyalardan da müəyyən qədər can qurtara bilər. Eyni zamanda, Türkiyə ilə sərhəddin məhz Ermənistan ərazisindən keçməsi də Rusiyanın əraziyə silah gətirməsi  və guya NATO –dan qorunması üçün bir bəhanədir. Yəni, bu gün Rusiya münaqişəni tək başına həll edə biləcək bir güc olmasa da təsir mexanizminə malik bir qüvvədir”.

Politoloq Hikmət Hacızadə isə bildirib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsini yaradan bir dövlətdir və heç zaman Azərbaycanın ərazi bütövlüyünə hörmət qoymayıb. Politoloqun sözlərinə görə, rusların ermənipərəst siyasət yürütməsi bu nöqteyi nəzərdən normal görünür:

“Ruslar heç vaxt Dağlıq Qarabağ münaqişəsində qəti mövqe ortaya qoymayıb, üstəlik ermənilərə havadarlıq etməklə məşğuldur. Həyasızlıq o dərəcəyə çatıb ki, iyulun dördündə ermənilər mülki şəxsləri, özü də qadınları atəşə tutur, öldürür, sabahı gün Moskvadan bəyanat verirlər ki, erməni soyadı daşıyan vətəndaşları Azərbaycana buraxmasanız sizinlə başqa cür danışa bilərik. Belə bir məqamda Azərbaycan Rusiya ilə elə davranmalıdır ki, nə şiş yansın, nə də kabab. Görüşün nə vaxt keçiriləcəyindən asılı olmayaraq, heç bir müsbət nəticə gözləmirəm. Bütün bu görüşlər İrəvan və Moskva üçün vaxt udmağa hesablanıb”. 

Ağ Partiyanın (AP) başqanı Tural Abbaslının sözlərinə görə, Rusiya tarixin heç bir bölümündə Azərbaycana dost və ya müttəfiq olmayıb. Onlar hər zaman Azərbaycana öz təsir dairələrində saxlamalı olduqları və imkan olarsa işğal etməyi düşündükləri bir məkan kimi baxıblar. Odur ki, Rusiyanın Azərbaycana qarşı olan heç bir siyasətini səmimi hesab etməmişəm və indi də etmir:

“Rusiyanın Qarabağ münaqişəsində tutduğu mövqedə heç vaxt bizim maraqlara uyğun olmayıb. Ümumiyyətlə Minsk qrupunda təmsil olunan 3 dövlətdən ikisi açıq şəkildə, biri isə nisbətən daha ehtiyyatlı şəkildə işöalçıların maraqlarından çıxış edib. Və bu dövlətlət hər zaman bu münaqişədən Azərbaycana təsir rıçaqı kimi istifadə edib. Bu tərkibdə ən azından Türkiyənin təmsil olumaması  Azərbaycanın maraqlarını orada tam müdafiəsiz hala gətirir. Təəssüf olsun ki, Azərbaycan hakimiyyəti də Türkiyənin bu qrupu.n tərkibində təmsilçiliyini təmin edə bilmir. Son dönəmlər Rusiyanın Azərbaycanda və Qarabağ məsələsində aktivləşməsi isə birbaşa olaraq yaxlnlaşan prezident seçkiləriylə əlaqədardır. Burada əsas məqsəd Qarabağ probleminin ədalətli həlli yolunu tapmaq bə ya ədalətli balansa nail olmaq deyil. Əsas məqsəd yaxınlaşan seçkilər fonunda Qarabağ kartı ilə bu günkü hakimiyyətə təsir və təzyiq edərək öz maraqlarını sığortalamaqdır. Bütün bu sadaladıqlarımı nəzərə alaraq deyə bilərəm ki, son dönəmdə Rusiyanın Azərbaycana yönəlik istənilən siyasi təşəbbüsü bu fonda analiz olunaraq dəyərləndirilməlidir”.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.07.2017
20.07.2017