Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Xəzər dənizinin statusu üzrə yekun sənəd 80 faiz razılaşdırılıb - Məmmədyarov
Tarix: 17.07.2017 | Saat: 15:37:00
Bölmə:Siyasət | çapa göndər

Xəzərin statusu ilə bağlı yekun sənəd 80 faiz razılaşdırılıb, tərəflər arasında dialoq və qarşılıqlı anlaşma mühiti yaranıb.

Hafta.az-ın məlumatına görə, bunu Azərbaycanın xarisi işlər Naziri Elmar Məmmədyarov "RİA Novosti" agentliyinə müsahibəsində deyib.

Nazir deyib: "Xəzərin hüquqi statusunun müəyyən edilməsi üçün xarici işlər nazirlərinin müavinləri səviyyəsində İşçi Qrup yaradılıb. Yekun sənədin təxminən 70-80 faizi artıq razılaşdırılıb".

Nazirin sözlərinə görə, Xəzər dənizi - "ayıran deyil, birləşdirən sərvətdir".

E.Məmmədyarov əlavə edib: "Müsbət amildir ki, Xəzəryanı dövlətlər addım-addım cəhdlərini birləşdirərək, məsələnin həllinə yaxınlaşıblar. Baxmayaraq ki, dənizin hüquqi statusu hələ müəyyən edilməyib, Xəzərin flora və faunasının qorunması, fövqəladə hallarda qarşılıqlı fəaliyyət, terrorizmə qarşı mübarizə kimi məsələlərdə hüquqi baza formalaşdırılıb. Məhz bu baza bizə imkan verir ki, hüquqi status məsələsinin müəyyən edilməsi istiqamətində irəliləyişə nail olaq".

Qeyd edək ki, Xəzəryanı dövlətlər - Azərbaycan, Qazaxıstan, Rusiya, Türkmənistan və İran 2003-cü ilin noyabrında Xəzər dənizinin dəniz mühitinin mühafizəsi üzrə çərçivə sazişi imzalayıblar.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.11.2017
23.11.2017
“Ərdoğanla Putin bir-biri ilə ən yaxşı anlaşan liderlər hesab edilir” - Hasan Oktay
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi
"Erməni məzarları üzərində tikilmiş ayaqyolu sökülməyəcək" - Atif Çiçəkli
“Bu il 750 avtobus əsaslı təmir olunaraq yenidən xəttə buraxılıb” – Mais Ağayev
Gəlin, ailə mədəniyyətini birlikdə qoruyaq
“Neftin qiymətlərinin artması bizi arxayınlaşdırmamalıdır” – Fikrət Yusifov
Yeni ildə 5 gün iş olmayacaq
“Lirə və rublun məzənnəsinin dəyişməsi manata təsir edir” – Vüqar Bayramov
“Bulvar İdarəsi yeni illə bağlı “Tədbirlər planı” hazırlayır” – APARAT RƏHBƏRİ