Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Birotaqlı evdə hazırlaşıb 700 bal toplamışam” – Pərvin Əhmədova
Tarix: 25.07.2017 | Saat: 11:55:00
Bölmə:Müsahibə | çapa göndər

O, bir neçə gün öncə Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi ali məktəblərə qəbul imtahanında maksimum nəticə toplayaraq tək oxuduğu 278 saylı məktəbin adını yüksəklərə qaldırmadı. Çətin şəraitdə - birotaqlı, yarıqaranlıq evlərdə qəbul imtahanlarına hazırlaşan gələcək abituriyentlərin də gözündəki 700 bal ümidini yenidən alovlandırdı.

Pərvin Əhmədova Ağdamda doğulmasa da, işğal altındakı rayonun təmsilçisidir. Ailəsi Yeni Günəşli massivində məskunlaşıb.

Pərvin Əmədova hafta.az-a müsahibəsində deyib ki, birotaqlı, darısqal bir evdə hazırlaşaraq 700 bal toplayıb.  Onun sözlərinə görə,  maksimum bal toplamaq üçün gərək elə orta məktəbin ilk illərindən yaxşı hazırlaşasan.

Təfərrüatları müsahibimin özündən dinləyək:

Ali məktəbə neçənci sinifdən hazırlaşırdınız?

-  Orta məktəbin ilk illərindən bütün dərslərimi yaxşı oxumuşam. Amma ali təhsil almaq üçün imtahanlara ciddi şəkildə doqquzuncu sinifdən başlamışam. Uşaqlıqdan arzum diplomat olmaqdır. Ona görə də üçüncü ixtisas qrupu üzrə hazırlaşmağa qərar verdim.

- Sınaq imtahanlarında 700 bal toplamışdınız?

-  Xeyr, toplamamışdım. İlk dəfə qəbul imtahanında 700 bal yığdım. İmtahan öncəsi sınaqlarda həmişə 650-dən yuxarı bal toplamışam. Hətta bir dəfə 700 bala yaxınlaşmışdım, amma onda da maksimum balı toplaya bilməmişdim.

İmtahanlara fərdi müəllim yanına getməklə hazırlaşmışdınız, ya məktəbdə?..

-  Hazırlıq müəllimlərim məktəbimizin pedaqoqları idi. Çətinliyə düşəndə sağ olsunlar, kömək edirdilər.

-  Hansı ali məktəbdə təhsil almağı düşünürsünüz? Seçiminiz haradır?

-  Azərbaycan Diplomatik Akademiyasında təhsil almaq fikrim var. Amma ora da ödənişlidir. Ona görə də birinci gün atamla gedib seçdiyim ixtisasın – beynəlxalq münasibətlərin ödəniş haqqının nə qədər olduğunu öyrənəcəyik. Arzum ADA-da oxumaqdır. Ailə büdcəmiz imkan versə, orada təhsil almaq istəyirəm. Fikrimi dəyişə də bilərəm. Çünki kodlaşdırma hələ başlamayıb.

Pərvin, gələcəkdə xaricdə təhsil almaq fikriniz varmı?

- Bəli var. Yenə də ailəmlə məsləhətləşəcəyəm. Hələ atamın xəbəri yoxdur ki, mən xaricdə təhsil almaq istəyirəm.

700 bal toplayanda siz, ailəniz hansı hissləri keçirdiniz? Həmin anlara bir də qayıdaq...

- 700 bal toplamaq istəyirdim. Cavabları kompüterdən öyrənməyə anamla getmişdik. Baxdım ki, maksimum bal toplamışam. İlk dəfə sevincimi anamla bölüşdük. Həmin vaxt anamla bir–birimizə sarılıb ağlamışdıq. Təbii ki, bu sevinc göz yaşları idi. Uşaqlıq xəyallarım gerçəyə çevrilmişdi. Sonra atama zəng etmək istədim. İşdə olduğu üçün telefonu məşğul idi. Ona qədər isə müəllimlərimlə danışdım, sevincimi onlarla bölüşdüm. Çox sevindilər. 700 bal topladığım xəbərini isə atama məndən əvvəl əmim vermişdi. Əmim də, atam da telefonda ağlayıblar. Atam mənə zəng vuranda kövrəlmişdi. İlk övladı 700 bal toplamışdı, uğur qazanmışdı. Yəqin ona görə... Sözlə ifadə etməyə çətinlik çəkirəm.

-  Ailədə neçə uşaqsınız?

- Ailədə üç uşağıq. İlk övlad mənəm. Maksimum bal yığmağımda özümdən kiçik bacı-qardaşlarımın da köməyi böyük olub. Qeydimə qalıblar. Məndən kiçik olmalarına baxmayaraq, hər cür fədakarlıq göstəriblər. İndi 700 bal toplamağım da onlar üçün bir stimuldur. İndi mən prezident təqaüdünə düşmüşəm. Təqaüdümü onlarla bölüşəcəyəm. Onların ali məktəbə daha yaxşı hazırlaşmaları üçün əlimdən gələni edəcəyəm.

Belə başa düşdüm ki, imtahanlara hazırlaşmaq üçün ailənizin maddi durumu bir o qədər də yaxşı olmayıb...

- Xeyr, nə maddi durumumuz, nə də imtahanlara hazırlaşmaq üçün evdəki şəraitimiz yaxşı olmayıb. Ağdamdan məcburi köçkünük. Hələ ki, evlə təmin olunmamışıq. Çox istərdim ki, bizim də geniş evimiz olsun. Özüm birotaqlı evdə hazırlaşıb 700 bal toplamışam. Bu, elə də asan deyil, əziyyətlərə, məhrumiyyətlə qatlaşmalı olursan. Mənimsə hədəfim maksimum bal toplamaq idi. Amma istəmirəm ki, özümdən kiçik bacı və qardaşım mənim kimi birotaqlı evdə hazırlaşsınlar. Daha yaxşı şəraitli evdə çalışmaqlarını istəyərdim. Mən o əziyyəti çəkmişəm, ağırdır. İnanıram ki, onlar da yüksək balla ali məktəbə qəbul olunacaqlar.

Ağdam işğaldan azad olunandan sonra ixtisaslı kadr kimi öz rayonunuza qayıdacaqsınız, yoxsa?..

- İnanıram ki, Ağdam azad olunacaq. Mən də beynəlxalq münasibətlər ixtisasına dərindən yiyələnərək gələcəkdə diplomat kimi Ağdamın və digər torpaqlarımızın işğaldan azad olunması yönündə əlimdən gələni etməyə çalışacağam. İstərdim ki, torpaqların azad edilməsində bir diplomat kimi mənim də töhfəm olsun. Ağdam işğaldan azad olunandan sonra öz rayonumuza qayıdacağam. Orada imkansız, maddi vəziyyəti ağır olan ailələrin uşaqlarının təhsil alması üçün çalışacağam.  İmkansız ailələrin maddi vəziyyətinin yaxşılaşdırılması üçün əlimdən gələni edəcəyəm. Özüm bu həyatı yaşamışam, çətinliyin nə olduğunu görmüşəm. İstəmirəm ki, kimsə bunu təkrar yaşasın. İmkan daxilində hər kəsə yardım əlimi uzadacağam.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.11.2017
18.11.2017
17.11.2017
“Evlənəndə məni ölümdən qurtaran yəhudi həkimdən xeyir-dua aldım” – Zəlimxan Məmmədli
“Son gecəsində səhərədək atamın yanında qaldım” – Mərhum prezidentin qızı
“Nə özümü nə də başqa birini bədbəxt etmək istəmirəm” – MİNTAC ELSEVƏR
"Həftə içi" qəzetinin əməkdaşı yol qəzasında həlak oldu
Nizami rayonunda yaşıllığı məhv edib obyekt tikirlər – FOTO-VİDEO
“Zəngilanla bağlı səhifəni oranı görməyən gənclər də maraqla izləyir” – Təranə Şükürlü
Bir nömrənin izi ilə - İcra Hakimiyyətindən gözəllik salonuna…
“Avstriya və Macarıstanda “Soros”un bağlanmasının iki səbəbi var” – Elnur Soltanov
Sevginin zaman üzərində qələbəsi - John From
Sərdar Cəlaloğlu yeni elm sahəsi yaratdı – EKSKLÜZİV