Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Ermənistanın PKK və PEJAK-la əlaqələrinə dair təkzibolunmaz faktlar açıqlandı
Tarix: 26.07.2017 | Saat: 12:06:00
Bölmə:Gündəm | çapa göndər

Son günlərdə Azərbaycan və Ermənistanın təmas xəttində gərginlik xeyli artıb. Əslində keçən ilin aprel savaşı zamanı 100-lərlə itki verərək ağır zərbə alan Ermənistan silahlı qüvvələri bu məğlubiyyətin acısını çıxmaq üçün dinc sakinləri hədəf almaqdadır. Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulması nəticəsində iki dinc sakinin - onlardan biri yaş yarımlıq uşaq idi - qətlə yetirilməsi dünyaya Ermənistanın terroru dəstəkləyən və bəsləyən bir ölkə olduğunu bir daha isbatladı.

Hər dəfə atəşkəsi pozduğu üçün ağır itkilər verən Ermənistanın bu itkiləri cəmiyyətə açıqlamaması işğal altındakı ərazilərdə dünyanın bir çox dövlətlərindən terrorçu silahlıların gətirilməsinə dair Azərbaycanın iddialarını xeyli gücləndirməkdədir. Qeyd edək ki, hələ keçən ilin aprel döyüşləri zamanı Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın 300-dən artıq canlı qüvvəsinin məhv edildiyini açıqlamışdı. Lakin Ermənistan tərəfi bu məlumatları reallıq olsa da, ciddi-cəhdlə təkzib etməyə çalışırdı. Bu gün cəbhə xəttində ermənilərin itkilərinin gizli saxlanılmasının səbəbləri artıq ortaya çıxmaqdadır.

Belə ki, Türkiyənin İhlas Xəbər Agentliyinin məlumatına görə, ASİMDER rəhbəri Göksel Gülbey Ermənistan-PKK terror təşkilatının işbirliyinə dair yeni faktlar açıqlayıb.

Onun sözlərinə görə, Ermənistan öz ərazisində PKK/PEJAK terror təşkilatı üçün təlim düşərgələri yaradaraq onlardan Azərbaycan, Türkiyə və İrana qarşı istifadə etməkdədir: "Ermənistan bölgədəki terror təşkilatlarını bəsləyən və onları dəstəkləyən bir ölkədir. 1984-cü ildə ASALA-nı yaradaraq PKK və PEJAK-la sıx əlaqələr qurdu və xəstə böyük Ermənistan xəyallarının gerçəkləşməsi üçün bu terror təşkilatlarına dəstək verdi. 2016-cı ilin aprel döyüşləri zamanı Ermənistan Qarabağda savaşmaları üçün Suriyadan 400 nəfərdən ibarət PKK/PYD/YPG terror təşkilatı üzvülərini Türkiyənin Ağrı Tendürek bölgəsi üzərindən keçirərək Sevan gölü yaxınlarındakı Vardanes düşərgəsində 80 nəfərlik terror təşkilatı üzvüləri ilə birlikdə buraya yerləşdirdi. Onlardan 150 nəfəri Suriya ermənisi, 250-si isə Türkiyə, İraq və İran kürdlərindən ibarət qruplar idi".

ASİMDER sədrinin sözlərinə görə, terror təşkilatı üzvülərinin Türkiyə üzərindən Ermənistana keçidini həyata keçirənlər "Ağrı qartalları" adlı birliyin erməni əsilli üzvüləri Livan Karadağ, Hemaran Kervaçiyan və Sərvət Bagopşin adlı üç terrorçu olub: "Bu terrorçuların Ermənistandan Qarabağa getməsinə dair videogörüntülər artıq əlimizdədir və onları yaxın zamanlarda ictimiayyətə açıqlayacağıq".

Ekspert bildirib ki, Ermənistan müharibə qaydalarını və əsirlərlə bağlı beynəlxalq konvensiyaların tələbələrini heçə sayır: "1992-ci ildə əsir aldıqları 2700 azərbaycanlı türk qadınları zorla evləndirdikləri və onlara təcavüz etdikləri ilə bağlı xəbərlər dəfələrlə dünya mətbuatında səsləndirilib. Bu azərbaycanlı qadınların dünyaya gətirdikləri uşaqları götürərək yetimxanalarda Türk və Azərbaycan düşmənı olaraq yetişdirib, Ermənistan ordusuna alaraq PKK/PEJAK/PYD/YPG terrorçüuları ilə bərabər Azərbaycana qarşı müharibədə istifadə edirlər".

ASİMDER sədrinin açıqladığı bu faktlar bir daha Ermənistanın terroru hansı səviyyədə dəstəklədiyini bütün dünyaya nümayiş etdirir. Həmçinin cəbhə xəttində məhv edilən yüzlərlə düşmən əsgərinin adlarının nə üçün gizli qaldığını da bir daha göstərmiş oldu. Azərbaycanın işğal olunmuş ərazilərdə terror təşkilatlarının düşərgələrinin yaradılması, insan alveri, narkotik ticarəti və yetişdirilməsi ilə bağlı dünya ictimaiyyətinə çağırışlar etməsinə baxmayaraq beynəlxalq birliyin hələ də susqunluq nümayiş etdirməsi bir sıra iddiaları da gücləndirmiş olur. Belə ki, məhz işğal altındakı ərazilərdə qanunsuz fəaliyyət nəticəsində əldə edilmiş milyonlarla dollar erməni lobbisinin əsas maliyyə qaynaqlarından sayılır. Məhz bu vəsaitlər hesabına dünyanın bir çox dövlətlərində bəzi üzdəniraq siyasətçilər və rəsmilər ələ alınaraq Azərbaycan və Türkiyəyə qarşı Ermənistan və onun havadarı erməni lobbisinin mənfur planlarının pionuna çevrilirlər.

Azad Əliyev

 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.11.2017
23.11.2017
“Ərdoğanla Putin bir-biri ilə ən yaxşı anlaşan liderlər hesab edilir” - Hasan Oktay
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi
"Erməni məzarları üzərində tikilmiş ayaqyolu sökülməyəcək" - Atif Çiçəkli
“Bu il 750 avtobus əsaslı təmir olunaraq yenidən xəttə buraxılıb” – Mais Ağayev
Gəlin, ailə mədəniyyətini birlikdə qoruyaq
“Neftin qiymətlərinin artması bizi arxayınlaşdırmamalıdır” – Fikrət Yusifov
Yeni ildə 5 gün iş olmayacaq
“Lirə və rublun məzənnəsinin dəyişməsi manata təsir edir” – Vüqar Bayramov
“Bulvar İdarəsi yeni illə bağlı “Tədbirlər planı” hazırlayır” – APARAT RƏHBƏRİ