Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Pərvanə çıxılmaz vəziyyətdə iki uşağını qatarın altına atıb” - TƏFƏRRÜATLAR
Tarix: 27.07.2017 | Saat: 12:44:00
Bölmə:Gündəm | çapa göndər

İyulun 25-də Şəmkir rayonunun Zəyəm qəsəbəsində özünü və iki uşağını qatarın altına ataraq intihar edən 1992-ci il təvəllüdlü Pərvanə Mahmudovanın ölümü ilə bağlı bəzi yeni təfərrüatlar ortaya çıxıb.

Kənd icra nümayəndəsinin müavini Rasim Vəliyev hafta.az-a açıqlamasında deyib ki, Pərvanə Mahmudovanın ölümündə əsas günahkar onun ögey qayınatası və qayınanasıdır:

“Pərvanə rəhmətliyin qayınanası və qayınatası ögeydir, doğma deyil. Qonşularının dediyinə görə, qayınanası Pərvanənin evinə sığındığı Dursun Mahmudova onu incidirmiş. Gün verib işıq vermirmiş. Döyürmüş, təhqir edirmiş. Pərvanə də bütün bu təhqirlərə dözməyərək öz doğma anasının yanına gəlib. Deyib ki, mən  orada yaşaya bilmirəm, həyat yoldaşım da Rusiyadadır. Həyat yoldaşı Nəsrəddinlə Pərvanənin heç bir ailə-məişət problemi olmayıb. Ana da deyib ki, get qayınatanın yurdunda otur. Eşitdiklərimizə görə, rəhmətlik gəlin də çıxılmaz vəziyyətdə qalıb. Döyülüb-söyüldüyünə, evdəki ağır şəraitə görə övladlarını da götürüb intihar edib. Cavan olub, 25 yaşı vardı, başa düşməyib. Böyük faciədir”.

Rasim Vəliyev deyib ki, faktla bağlı cinayət işi açılsa da, prokurorun gördüyü işlərdən heç bir məlumatları yoxdur:

“Bildiyimiz odur ki, dindirilmə hələ də gedir. Qayınata və qayınana saxlanılıb, ifadə alınır. İstintaq davam edir”.

Kənd sakinlərindən əldə etdiyimiz məlumata görə, mərhum Pərvanə Mahmudovanın həyat yoldaşı Nəsrəddini bibisi Dursun Mahmudova uşaqlıqdan övladlığa götürübmüş.

Qeyd edək ki, iki gün öncə Zəyəm qəsəbə sakini 1992-ci il təvəllüdlü Mahmudova Pərvanə İlqar qızı 3 yaşlı oğlu və 1 yaşlı qızı ilə özünü Bakı-Qazax qatarının altına atıb. Ana və iki övladı hadisə yerində ölüb.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.11.2017
19.11.2017
18.11.2017
“Evlənəndə məni ölümdən qurtaran yəhudi həkimdən xeyir-dua aldım” – Zəlimxan Məmmədli
“Son gecəsində səhərədək atamın yanında qaldım” – Mərhum prezidentin qızı
“Nə özümü nə də başqa birini bədbəxt etmək istəmirəm” – MİNTAC ELSEVƏR
"Həftə içi" qəzetinin əməkdaşı yol qəzasında həlak oldu
Nizami rayonunda yaşıllığı məhv edib obyekt tikirlər – FOTO-VİDEO
“Zəngilanla bağlı səhifəni oranı görməyən gənclər də maraqla izləyir” – Təranə Şükürlü
Bir nömrənin izi ilə - İcra Hakimiyyətindən gözəllik salonuna…
“Avstriya və Macarıstanda “Soros”un bağlanmasının iki səbəbi var” – Elnur Soltanov
Sevginin zaman üzərində qələbəsi - John From
Sərdar Cəlaloğlu yeni elm sahəsi yaratdı – EKSKLÜZİV