Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bağçalarda təhlükəsizlik işində boşluq varmı? – EKSPERTLƏR
Tarix: 03.08.2017 | Saat: 16:36:00
Bölmə:Sosial | çapa göndər

Son üç ayda azyaşlıların zorlanması ilə bağlı mediada araşdırma apardıq. Açığını deyək ki,  bu araşdırmamıza bizi sövq edən ötən gün sosial şəbəkələrdə Culfada 23 yaşlı Ələsgər Məmmədovun 4 yaşlı qızcığazı dəmiryolu relslərinin üstündə zorlaması ilə bağlı yayılan xəbərlər oldu. Bu tükürpədici olay son üç ayda sayca dördüncü hadisə idi. Son 90 gün ərzində azyaşlıların və ibtidai sinif uşaqlarının 4 cinsi istismara məruz qalma faktı qeydə alınıb ki, bunlardan da ikisi əyalətlərin, digər yarısı isə paytaxtın payına düşür.

Bağça yaşlı uşaqların zorlanması faktının get – gedə artması bir məsələni gündəmə gətirib. Görəsən bağçalarda mühafizə sistemi və iş qrafiki hansı formada təşkil olunur? Ümumiyyətlə, məktəbəqədər müəssisələrdə azyaşlıların kənar şəxslərlə ünsiyyəti üçün boşluqlar varmı? Uşaqlarımızın taleyi etibarlı əllərdədirmi?

Məsələni bir az gendən araşdırmağa çalışdıq. İlk olaraq qeyd edək ki, ilk dəfə bağçalarda mühafizə sisteminin təşkili 1951 –ci ildə ABŞ-da, Missuri ştatında gerçəkləşib. O vaxt sahə müvəkkilliyində çalışan sivil polislər uşaq oğurluğunun sayının artması ilə əlaqədar olaraq bağçalarda mühafizə sistemi qurub. 1982 –ci ildə azyaşlıların cinsi istismarının qarşısını almaq üçün Belçikada bütün bağçalarda uşaq polisləri fəaliyyətə başlayıb. Bu gün də həmin adıçəkilən sistem üzrə bağçaların mühafizəsi krallıq tərəfindən təşkil edilməkdədir. Üstəlik uşaq polisləri azyaşlılarla zorakılıq və cinsi istismara məruz qalmamaları üçün onlarla mütəmadi iş aparırlar.

Keçmiş polis rəisi, Elmi-Praktik Hüquq Mərkəzinin rəhbəri, sabiq polis rəisi Mahmud Hacıyev hafta.az-a açıqlamasında deyib ki, son vaxtlara qədər bağça yaşlı uşaqların zorlanması faktına ölkəmizdə demək olar ki, rast gəlinməyib. Ümumiyyətlə, istintaq-hüquq praktikasında da belə bir halla üzləşilməyib. Üstəlik bağçalarımızda da bu günə qədər azyaşlıların zorlanması faktı yoxdur:

“Bizim mentalitetdə belə bir anlayış yoxdur. Bağçada uşaqlar nə bağça kollektivindən kimsə tərəfindən, nə də yad bir adam tərəfindən zorlanmayıb. Bağça yaşlı uşaqların zorlanması ya evdə, ya toyda nəzarətsiz qalarkən baş verib. Bu cür halların qarşısının alınması üçün hüquq-mühafizə orqanları maarifləndirmə işləri apamalıdır. Valideynlərlə söhbət edilməlidir ki, azyaşlıları nəzarətsiz buraxmasınlar. Kütləvi informasiya vasitələrində də bununla bağlı mütəmadi maarifləndirmə xarakterli verilişlər efirə getməlidir. Bildiyim qədəri ilə uşaqları bağçaya valideynləri aparırlar. Tərbiyəçilərdən də valideynlər təhvil alırlar. Əgər valideyn uşağı nəzarətsiz buraxırsa, yaxud onu üçüncü şəxsə təhvil verirsə, bu, onun öz günahıdır. Bundan başqa, valideynlər azyaşlılarla bu mövzuda onların yaş psixologiyasına uyğun söhbət aparmalıdırlar. Məktəbəqədər müəssisələrdə və ibtidai sinif uşaqları ilə bu mövzuda polisin  söhbətlər aparmasındansa valideynin öz övladının davranışına və psixologiyasına uyğun danışması daha məqsədəuyğundur. O daha təsiredici olur”.

Sözarası qeyd edək ki, bağçalarımızda mühafizə sistemi ilə bağlı araşdırma apardıq. Məlum oldu ki, əksər özəl bağçalarda mühafizəni mülki mühafizə xidmətinin işçiləri, nadir hallarda – yəni, müraciət olanda polis əməkdaşları təşkil edir. Dövlət bağçalarında isə bu işi məktəbəqədər müəssisələrin təsərrüfat işlərinə nəzarət edən şəxslər həyata keçirir. Yəni, bağça qapılarını açıb-bağlamaq, həyətdəki  azyaşlıların bayıra çıxmamasına nəzarət tərbiyəçilərlə yanaşı onlara da həvalə edilib.

Təhsil Şurasının sədri Əjdər Ağayev isə deyir ki, bağçalarda azyaşlıları mühafizə ilə qorumaq mümkün deyil. Bunun yeganə çıxış yolumuz məktəbəqədər müəssisələrdə boşluqların buraxılmamasıdır:

“Bağçaların hər birisi hasarlanıb, mühafizəsi təşkil olunub. İşlər düzgün qurulduqda mühafizəçiyə ehtiyac qalmır. İndiyə qədər bağçalarda azyaşlıların zorlanması, cinsi istismara məruz qalması ilə bağlı fakta rast gəlməmişəm. Çünki bizim yaşam tərzimizdə belə əxlaqsızlıq olmayıb. Bağçaların hər biri rejimdə olur, ona görə də məktəbəqədər təhsil ocaqlarında bu cür halların baş verməsinə inanmıram. Əgər baş verərsə bu, rəhbərliyin pedaqoji rejimə riayət etməməsindən qaynaqlana bilər. Valideyn uşağı tərbiyəçiyə verir, axşam saat beşə qədər uşaq tərbiyəçidə olur və valideyn təhvil verdiyi uşağı özü götürür. Adətən belə olur. Həmin müddətdə də uşaqlar otaq içərisində olurlar. Həyətdə belə onlara tərbiyəçi nəzarəti altında proqrama uyğun olaraq metodik məşğələlər keçirilir. Bir sözlə məktəbəqədər və ibtidai məktəbdə proqrama olduğu kimi əməl olunsa heç bir boşluq yaranmaz. Yox əməl olunmursa, bu, həmin məktəbəqədər ocağın iş sistemində olan bir problemdir və istənilən halda məsuliyyət onların üzərindədir. Əgər valideyn özü uşağı bağçaya aparmırsa, başqasına təhvil verirsə burada ata və ya ana məsuliyyəti birbaşa özü daşıyır”.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.12.2017
17.12.2017
“Həyat yoldaşım da məni şeir yazdığım yerdə görməyib” – Rüstəm Behrudi
“Müstəqilliklə bağlı səsverməyə hazırlaşarkən oğlumu öldürdülər” – Mirmahmud Mirəlioğlu
ADU-nun birgünlük “xəlifələr”inin hüzurunda – “XƏLİFƏ GÜNÜ”NDƏN FOTOLAR
“Nazarbayev türk millətinin birliyi və inkişafı üçün çalışır” – Ahmed Dağduran
“İŞİD-ə qoşulan azərbaycanlı ailələrdən bir çoxu Kürdüstana aparılıb” - "Haşbi Şabi" komandanı
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“Azərbaycan Suriya münaqişəsinin həllində müəyyən mənada rol oynayır” – Əfşar Süleymani
Mikayıl Cabbarov vergilər naziri təyin olunub
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev